ABŞ-ın “seçki demokratiyası”

11:07 / 29.10.2015

 Azərbaycanda seçki prosesini tənqid edən bəzi “tənqidçilərin” yazıları fonunda diqqətimizi Fransız mətbuatında ABŞ-dakı seçkilərlə bağlı dərc olunmuş bir yazı cəlb etdi. Fransanın tanınmış contrepoints.org saytı Paris Sorbon Universitetinin hüquq elmləri doktoru Rozelin Letronun (Roseline Letteron) 2012-ci ildə dərc edilmiş “ABŞ həqiqətənmi demokratdır?” adlı yazısında bir çox mətləbə aydınlıq gətirib.

Xanım Letron qeyd edir ki, 21-ci əsrdə ABŞ-da seçki prosesi dəfələrlə neqativ hallarla müşayiət olunub. 2000-ci ildə Corc Buşun qalib gəldiyi seçkilərdə Florida ştatında səslərin təkrarən sayılması heç kimin yadından çıxmayıb. Səslərin təkrar sayılması prosesinə isə qəribə də olsa, Corc Buşun qardaşı, ştatın qubernatoru Ceb başçılıq edirdi. Səslərin təkrar sayılmasından sonra Corc Buş qalib gəldi. Bir neçə gün sonra Ali məhkəmə qərarı təsdiq etdi.

Buş məsələsindən sonra ABŞ-da bir çox təşkilat seçki prosesinin şəffaflaşdırılması tələbi ilə çıxış etdi. Bununla belə, xanım Letron seçki qanunvericiliyindəki boşluqların həm demokratlara, həm də respublikaçılara sərf etdiyini yazır.

“İnsanların hər addımda siyahıya alındığı və izləndiyi bir ölkədə normal seçici siyahısı yoxdur. Ölkədə ştatlar və şəhərlər səviyyəsində 13 mindən çox seçici siyahısı var. 2012-ci ildə aparılan tədqiqatlar seçki siyahılarındakı xaosu ortaya qoydu. Hesabata görə, seçki siyahılarında dünyasını dəyişmiş 1 800 000 nəfərin adı var. 2 750 000 nəfər isə 2 və daha çox ştatda qeydiyyatdadır. 140 000 nəfərin adı eyni vaxtda 4 ştatın seçici siyahısında yer alır” deyə xanım hüquqşünas vurğulayıb.

Seçkidə iştirakla bağlı ən ciddi məqam isə şəxsiyyət vəsiqələri ilə bağlıdır. Ştatlarda bu məsələ ilə bağlı vahid tələb yoxdur. Bəzi ştatlarda səsvermədə iştirak üçün bu sənəd tələb olunmur. 2011-ci ildə qəbul edilmiş qanunla Texas ştatında yetkinlik yaşına çatmış vətəndaşın şəxsiyyət vəsiqəsi alması onun öz ixtiyarına buraxılır. Lakin seçkidə iştirak üçün bu sənədin təqdim edilməsi məcburidir. Şəxsiyyət vəsiqəsi isə baha olduğundan hamı üçün əlçatan deyil. Nəticədə qara dərililərin 21, ispan mənşəlilərin isə 18%-i seçkilərdə iştirak edə bilmir. Ştatda silah gəzdirməyə icazə verən sənədlə səs vermək mümkün olduğu halda, tələbə bileti ilə bu mümkün deyil.

Seçki siyahısında adı olmayan vətəndaşın vəziyyəti də şəxsiyyət vəsiqəsi olmayanlardan çox da fəqlənmir. Adı siyahıda olmayan şəxs səs verə bilər (Provisional Ballot – müvəqqəti səsvermə), lakin onun səsinin sayılması üçün məhkəmə qərarı olmalıdır. Hüquq müdafiəçiləri bu prosesin şəffaf olmadığını və seçki saxtakarlğına əlverişli şərait yaratdığını iddia edirlər. Prosedurun dəyişilməsi cəhdləri iflasa uğrayıb.

2008-ci ildə Cənubi Karolina ştatında keçirilən seçkilərdə 953 ölü “səsvermədə iştirak edib”. Faktın üstü 2012-ci ildə açıldıqda prokurorluq işi araşdırmaq üçün məhkəməyə göndərib. Məlum olub ki, “seçicilər” bir neçə il əvvəl vəfat ediblər. İşə xitam verilməklə yanaşı, ştatın məhkəməsi seçicilərin şəxsiyyətinin müəyyən edilməsinə dair qanun layihəsini də ləğv edib.

Xarici müşahidəçilərin seçki məntəqələrinə buraxılması ilə bağlı da qanunvericilik ştata görə dəyişir. Bəzi ştatlar əcnəbi müşahidəçiləri “seçki prosesinə müdaxilə” bəhanəsi ilə prosesi izləməyə buraxmırlar. Buna ən yaddaqalan nümunə  2012-ci ildə Ayova, Arizona, Missisipi və Texas ştatlarının ATƏT müşahidəçilərini öz ərazisinə buraxmaması oldu.

İndi isə Azərbaycan təcrübəsindən bir nümunə: Əvvəlki seçkilərdə vətəndaşların vaxtı keçmiş sovet pasportu, 9 nömrəli forma və ya şəxsiyyət vəsiqələri ilə səs verməsinə icazə verilməsinin şahidi olmuşuq. Paralel olaraq rayonlarda şəxsiyyət vəsiqələrinin verilməsi üçün səyyar kampaniyalar təşkil edildi. Bu yolla kənd əhalisinin şəxsiyyəti təsdiq edən sənəd almaq üçün rayon mərkəzinə gəlməsi zərurəti də ortadan qalxdı. Bir çox halda Azərbaycan vətəndaşı səsvermə hüququnu ümumvətəndaş pasportu və hərbi biletlə də reallaşdıra bilib. Vaxtı keçmiş sənədlə səsverməyə icazə verərək Azərbaycan hökuməti bir daha öz vətəndaşının konstitusion hüququndan istifadə etməsi üçün imkan yaratdı.

Bir tərəfdə müstəqilliyini 24 il əvvəl əldə edən dövlətin həyata keçirdiyi addımlar, digər tərəfdə isə 250 illik supergücün seçki proseduruna dair faktlar. Bizcə, artıq şərhə ehtiyac yoxdur. 

Mənbə: http://www.contrepoints.org/2012/08/07/92986-les-etats-unis-sont-ils-vraiment-une-democratie

http://www.lemonde.fr/elections-americaines/article/2008/10/28/le-spectre-de-la-fraude-electorale-est-de-retour-aux-etats-unis_1111842_829254.html

http://www.legrandsoir.info/etats-unis-demonstration-que-la-fraude-electorale-aux-presidentielles-est-possible.html

Secki-2015.az


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM