Yalnız özünüzü düşünməyin

08:22 / 30.10.2015

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Qoç - Maliyyə məsələlərinə bu gün aydınlıq gətirin. Tanıdığınız və dəyər verdiyiniz insanlara qarşı güc, kobudluq, təzyiqə əl atmayın. Ətrafınızdakı insanlar sizə qarşı deyillər və onlarla müvafiq formada danışsanız, yardım edəcəklər. Bu gün izafi məsləhətlər alaraq, işlərinizi başqalarının göstərişi əsasında qurmayın. Gün ərzində ev üçün nə isə almaq, təcili və təxirəsalınmaz saydığınız əşyaya yiyələnmək, artan iştahınızı təmin etməyə çalışacaqsınız.

Buğa - Bu gün ən xırda təfərrüatlara və detallara diqqət verin. Gəldiyiniz nəticələrdə dəqiq və səlis olun. Bu gün başlayacağınız bir çox işlərdə uğur qazana bilərsiniz. Bir şərtlə ki, məşğul olduğunuz işə maraq göstərəsiniz. Darıxdırıcı, usandırıcı işlərlə məşğul olmayın. Diqqətiniz yayınmasın, səhvlərə yol verməyin.
Şəxsi həyatda dəyişikliklər ola bilər. Son vaxtlar sizi maraqlandıran suallara cavab alacaqsınız. Əvvəllər son qoyulmuş bəzi münasibətlərin bərpası ehtimalı var. Sevdiyiniz adamla mübahisə edibsinizsə, barışmaq çətin olmayacaq.

Əkizlər - İşdə və şəxsi həyatda yeni münasibətlərə başlamaq üçün əlverişli gündür. İnsanlarla asanlıqla dil tapmağa çalışın. Onların sizdən gizlədikləri, söyləmək istəmədikləri məqamları təxminləməyə çalışın.
Aldadılmamaq üçün sərvaxt olun. İstənilən məlumatı və ya informasiyanı çox təfərrüatlı, dəqiq şəkildə yoxlayın. 
Ailə üzvləriniz, xüsusilə də kiçik yaşlılar bu gün sizə sürpriz edə bilərlər. Yaxınlarınızın yanında özünüzü rahat hiss edirsiniz. Evdə qarşılıqlı anlaşma və xoş niyyət var.

Xərçəng - Gün maraqlı olacaq. Yeni, cazibədar işlə məşğul olmaq imkanı yaranacaq. Ətrafınızdakı insanların sizdə olmadığını düşündükləri istedadlarınız üzə çıxacaq. İş yoldaşları, tanışlar arasından bir nəfər sizə pis olmayan təkliflə yaxınlaşa bilər. Qeyri-adi diqqət nişanələri, xoş sürprizlər ola bilər.
Sevdiyiniz insan varsa, sizi əla gün gözləyir. Onu sevindirmək üçün hər şeyə hazırsınız. Bilin ki, o da hisslərinizi anlayır və dəyərləndirir. Günün emosional fonu çox əlverişlidir.

Şir - Gün ağırdır, gərgindir və yaşanan olaylardakı imkanlar artdıqca gərginlik də çoxalır.
Qabriel Qarsia Markesin "fənd"indən istifadə edin, ciddi emosiyaları zəiflədin.
Əgər müəyyən şəxslə münasibətlərdə çətinlik yaranarsa, tərəf-müqabili dinləyin. İn və Yanın arasındakı cığırı taparaq qarşılıqlı münasibətlərin yeni xəttini çəkin.
Maliyyə məsələlərində xüsusilə ehtiyatlı olun. İmkan varsa, maliyyə əməliyyatlarını təxirə salın, ya da etibarlı və bilikli, təcrübəli insana üz tutun.

Qız - Yaxın ətrafınızdakı insanlar planlarınız və ideyalarınızın hamısını dəstəkləməyəcəklər. Tələsməyin. Emosionallığınız və çılğınlığınız bu gün münasibətlərin harmoniyasını poza bilər. 
Amma hadisələrin belə məcrası bəzi şərtlərin aydınlaşdırılması üçün mühümdür.
İtki verə biləcəyiniz tədbirlərə qatılmayın.
Hadisələrə müdaxilə etməsəniz, gün yaxşı alınacaq.

Tərəzi - Bu gün sizin üçün mühüm dövrlərdən biridir. Günəş və Plutonun tutduqları mövqelər bundan xəbər verir. Mərhələ dəyişikliyi yaşanır. Önəmli işin birindən imtina edib, başqasına başlayaraq sizin üçün ən əhəmiyyətli olanı seçin.
Təzyiq, narazılıq hissləri keçirəcəksiniz. Hansısa önəmli məqamı nəzərdən qaçırdığınızı, yad ünsürlərin artmağa başladığını duyacaqsınız.
Köhnəlmiş təmaslar və əlaqələrdən qurtulun. Xüsusilə də itirilmiş illüziyalar və imkanlarla bağlı gözləntilərlə vidalaşın.
Alış-verişi axşama saxlayın, ya da sabaha təxirə salın.

Əqrəb - Bu gün qarşınızda çox yaxşı peşə imkanları açılacaq. Tərəfdaşınıza və sizə sərfəli olan əməkdaşlıq başlaya bilər. İşdə qərarlar asanlıqla verilir, dinamik çalışırsınız. Yeni müttəfiqlər və tanışlar sizə xoş təsir bağışlayır. 
Fəqət xəyallar aləminə qapılmayın, illüziyaların izinə düşməyin. Həyata real baxan insanların yanında olun.
Elektrik əşyaları və odla ehtiyatlı olun. Kiçik travmalar istisna deyil.

Oxatan - Bu günün hadisələri müəyyən vasitə və yollarla keçmişinizlə bağlı olacaq. Ona görə də maraqlandığız suallara məhz həmin əlaqələrdə cavablar arayın.
Valideynlər və ailə üzvləriniz, qohumlarla anlaşılmazlıqlar mümkündür.
Səbrli olun, təmkinli davranın.
Baş verənlərə sakit yanaşsanız, problemlərin həll yollarını tapacaq, əmin-amanlığı bərpa edəcəksiniz.

Oğlaq - Bu gün işdə uğur qazanmağa və peşəkar ambisiyalarınızı təmin etməyə çalışacaqsınız. İşinizə, əməyinizə müsbət təmayüllərin təsiri az olmayacaq. İmicinizə xüsusi diqqət yetirin.
Ətrafdakı insanlara bağışlayacağınız təsirdən çox şey asılıdır. 
Bu gün mümkün qədər diqqətli olun, ətrafı sərrastlıqla müşahidə edin. Məhz belə olarsa, şəxsi həyatınızda yaranmış situasiyanı anlaya bilərsiniz.
Sizi çoxdan bəri narahat edən problemin həll yolunu tapa biləcəksiniz.

Dolça - Bu gün istənilən işin, o cümlədən ən çətin problemlərin öhdəsindən gələcəksiniz. Heç bir səddə və maneəyə fikir vermədən məqsədinizə doğru irəliləyin. 
Bədxahlar sizə mane olmağa çalışacaq, amma uğursuzluğa düçar olacaqlar. Yeni işgüzar münasibətlərin yaradılması üçün əlverişli gündür. İş yoldaşları və ya tərəfdaşlarla, şərik və dostlarla əməkdaşlıq sərfəli ola bilər.
Şəxsi həyatda hər şey asan deyil. Fəqət situasiyaya fərqli baxsanız, bütün problemlərin həll yolunu tapa bilərsiniz. Səfərə çıxmaq, mühiti dəyişmək pis olmaz.
 
Balıqlar - Sizin üçün önəmli olan insanla aranızdakı fikir ayrılıqlarına rəğmən, yaranmış anlaşılmazlığı bu gün aradan qaldırmaq olar. Çalışdığınız insanlara ideyalarınızın pis olmadığını, onların perspektivə hesablandığını başa salın. Kəmhövsələ olmayın, tələsməyin.
Ümumi işlərdə yalnız özünüzü düşünməyin.
Gün mühüm məsələlərin həlli üçün əlverişlidir.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM