Trend Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən məlumat verir ki, 19 oktyabr 2015-ci il tarixində “Baku Bus” MMC-nin yeni xətlərinin istifadəyə verilməsi ilə əlaqədar, 79 saylı marşrut avtobusunun hərəkət istiqaməti Rəsulzadə qəsəbəsindən 20 yanvar m/s-na kimi qısaldılmışdı. “Bakı Sərnişin Nəqliyyatı və Yük Daşımalarının Təşkili” MMC sakinlərin çoxsaylı müraciət və xahişini nəzərə alaraq, “Baku Bus” avtobuslarının həmin istiqamətdə hərəkəti saxlanılmaqla, 79 saylı marşrut avtobusunun əvvəlki hərəkət istiqamətini bərpa edir.
Belə ki, bu gündən etibarən 79 saylı marşrut avtobusu əvvəlki xətti üzrə: M.Rəsulzadə qəs. – Azadlıq pr. – M.Davudoğlu küç. – 6-cı mkr. – “Nəsimi” m/st. – S.Məmmədova küç. – İ.Cümşüdov küç. – Cavadxan küç. – “Memar Əcəmi” m/st. – 3-cü mkr. dairəsi – S.Pişəvəri küç. – Tbilisi pr. – “20 Yanvar” m/st. – Tbilisi pr. – C.Cabbarlı küç. – “Nizami” m/st. – Ş.Qurbanov küç. – Füzuli meydanı – Ş.Bədəlbəyli küç. – S.Rüstəm küç. – Füzuli küç. ilə fəaliyyət göstərir.