“Parlament-2015" Seçki Monitorinq Koalisiyası 2015-ci il noyabrın 1-nə təyin olunmuş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin monitorinqinə dair aralıq hesabat yayıb

10:36 / 30.10.2015

Bir müddət əvvəl məlumat verildiyi kimi, 5 qeyri-hökumət təşkilatı (Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi, Qarabağ Araşdırılmalar Mərkəzi,İqtisadi və Sosial İnkişaf Mərkəzi, Tətbiqi Tədqiqatlar Fondu,  Azərbaycan Tələbələr Birliyi) tərəfindən yaradılmış “Parlament-2015” Seçki Monitorinq Koalisiyası 2015-ci il noyabrın 1-nə təyin olunmuş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin monitorinqini aparır. Koalisiya oktyabrın 29-da monitorinqin nəticələrinə dair aralıq hesabat yayıb. Aralıq hesabatda Azərbaycan Respublikası Milli Məclisinə seçkilərin keçirilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin 28 avqust 2015-ci il tarixli Sərəncamından sonra 118 dairədə  seçkilərin təşkili, namizədlərin irəli sürülməsi və qeydiyyatı, seçkilərdə iştirak, müşahidəçilərin qeydiyyatı, namizədlər və siyasi qüvvələr arasında bərabər rəqabət imkanları, seçkiqabağı təşviqat, KİV-ə çıxış imkanları, habelə rəsmi seçki orqanlarının fəaliyyətiilə bağlı məsələlər yer alıb.

Hesabatda qeyd olunur ki, monitorinq aparılmış  bütün dairəvə məntəqə seçki komissiyalarının işi qanunvericiliyin tələblərinə uyğun qaydada təşkil edilib.Səsvermə məntəqələri əhaliyə yaxın binalarda yerləşdirilmiş və hazır vəziyyətə gətirilmişdir. Seçici siyahıları təkmilləşdirilibvə MSK-nın internet səhifəsində yerləşdirilib. Təqdirəlayiq haldır ki, internet səhifəsində namizədlər barədə məlumatlar, MSK-nın qərarları, seçki dairələrinin və seçki məntəqələrinin dislokasiyası, seçicilərin axtarış sistemi, seçki məntəqələrinin ünvanı və xəritəsi, seçicilərin siyahısı, seçkiqabağı təşviqatla əlaqədar məlumatlar, mətbuat bülletenləri və ictimaiyyət üçün maraq kəsb edən digər informasiyalar dayerləşdirilib.Koalisiya hesab edir ki, bütün bunlar seçkilərin azad, ədalətli və şəffaf keçirilməsinə münbit şərait yaratmışdır.

Hesabatda göstərilir ki. namizədlərin qeydə alınması prosesi müvafiq qanunvericiliyə və təkmil praktikaya uyğun şəkildə aparılmış,namizədlər üçün imza toplanması zamanı hər hansı ciddi qanun pozuntuları baş verməmişdir. İmza toplanması və onların dairə seçki komissiyalarında yoxlanılması zamanı meydana çıxan narazılıqlar aradan qaldırılmış, imza vərəqələrində çatışmazlıqlar səbəbindən qeydə alınmayan namizədlərə lazımi izahatlar verilmişdir. Eyni zamanda namizədlərin qeydiyyatı prosesində aşkarlığın və şəffaflığın təmin olunması məqsədilə dairə seçki komissiyaları tərəfindən müvafiq qərarlar qəbul edildikcə bütün namizədlər haqqında məlumatlar MSK-nın internet səhifəsində yerləşdirilmiş və vaxtaşırı yenilənmişdir.

Koalisiya namizədlərin seçicilərlə görüşlərin səmərəli təşkili məqsədilə seçki dairələrinin ərazisində 128 açıq və 128 qapalı yer ayrılmasını müsbət hal hesab edir. Bildirilir ki, namizədlərin bu imkandan bərabər şəkildə istifadə etməsi təmin edilir, bu istiqamətdə heç bir məhdudiyyət və  pozuntular qeydə alınmamışdır.

Monitorinq zamanı seçki komissiyaları tərəfindən müraciətlərə baxılması məsələsinə xüsusi diqqət ayrılmışdır. Hesabatda bildirilir ki, monitorinq göstərib ki, bu məsələ ilə bağlı həm hüquqi, həm də praktiki sahədə xeyli irəliləyiş əldə edilmişdir. Belə ki, şikayətlərə baxılması prosesiərizəçilər, müşahidəçilər və digər seçki subyektləri üçün açıq aparılır,vətəndaşların öz müraciətlərinə baxılması prosesini MSK-nın internet səhifəsindəki müvafiq bölmədən izləmək imkanı vardır.

Hesabatda seçkilərin müşahidəsi ilə bağlı qeyd edilir ki, ki, MSK tərəfindən müşahidəçilərə, xarici və yerli kütləvi informasiya vasitələrinin nümayəndələrinə seçki prosesini əvvəldən axıradək sərbəst izləmək üçün əlverişli şərait yaradılıb. Bütün seçki subyektləri, eləcə də müşahidəçilər üçün Azərbaycan, ingilis və rus dillərində müxtəlif maarifləndirmə materialları - “Seçki günü üçün yaddaş”, “Müşahidəçilər üçün yaddaş” kitabçaları və s. hazırlanıb və paylanılıb, həmçinin MSK-nın rəsmi internet səhifəsində yerləşdirilib. 

 Səsvermə günü “exit-poll” keçirtmək üçün müraciət etmiş vətəndaş cəmiyyəti qurumları MSK-da qeydiyyatdan keçiblər.  

Koalisiya hesab edir ki, 1000 məntəqədə veb kameraların quraşdırılması, ayrı-ayrı namizədlərin və seçkiyə qatılan siyasi partiyaların nümayəndələri də nəzərə alınarsa, seçkilərin müşahidəsinin və seçkilərə ictimai nəzarətin yetərincə təmin olunduğunu söyləmək olar.

Hesabatda qeyd olunur ki, seçkilərdə125 deputat mandatı uğrunda 767nəfərinmübarizə aparması, yəni1 yer uğrunda 6 namizədin yarışması,16 siyasi partiya və bir seçki blokunun seçki kampaniyasında iştirakı sağlam rəqabət mühitinin təmin edildiyini və ölkədə siyasi plüralizmin səviyyəsinin yüksək  olduğunu nümayiş etdirir.

Hesabatda qadınların bu seçkilərdə daha fəal olduğu xüsusi vurğulanır. Bildirilir ki, qeydə alınan namizədlərdən 170 nəfərdən çoxu qadındır. Elə seçki dairələri vardır ki, həmin dairələrdə qadın namizədlərin sayı 3-dən, yəni namizədlərin 50 faizindən  çoxunu qadınlar təşkil edir.

Hesabatın yekununda koalisiya bildirir ki, namizədlərin irəli sürülməsi, imza toplanması, qeydiyyatı və seçkiqabağı təşviqat mərhələlərində rəsmi seçki qurumları və icra hakimiyyəti orqanları tərəfindən vətəndaşların seçki hüquqları ilə bağlı qanunsuz məhdudiyyətlərə və pozuntulara yol verilməmişdir. Qanunvericiliyin tələblərinə uyğun olaraq, namizədliyini irəli sürmək istəyən Azərbaycan Respublikasının vətəndaşları passiv seçki hüququndan sərbəst istifadə edə bilmişlər. Keçirilən rəy sorğuları zamanı respondentlərin əksəriyyəti bildirib ki, seçki prosesi ümumilikdə demokratik mühitdə cərəyan edir.

 


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM