1500 manata razılaşmayan sakinlərin evləri sökülməyəcək

16:31 / 26.02.2014

"Abid Şərifovun dediyi həqiqətə uyğun deyil"

  Şəhərin mərkəzində böyük xaos gözlənilir; evi sökülənlərlə sökülməyənlər biri-birinə qarşı çıxacaq
Gündəmdə olan məsələlərdən biri də Bakının "Sovetski" adlanan məhəlləsinin sökülməsidir. Ümumiyyətlə, indiyə qədər Bakıda aparılan söküntü işlərinin heç birində bu qədər səs-küy salınmamışdı. "Sovetski" camaatı verilən kompensasiyanın azlığından ötrü aksiya da etdi, bura nə ""Basin"dir, nə də "Xutor". Bizi evimizdən istəyimiz olmadan kimsə çıxara bilməz", - də dedilər. 
"Heç kəs buradan zorla köçürülməyəcək"
Baş nazirin müavini Abid Şərifov fevralın 19-da sakinlərlə görüşdü. O, sakinlərə müraciətlərinin nəzərə alınacağını, onlara bir həftə ərzində cavab veriləcəyini söyləyib. Ancaq sakinlər bu görüşdən razı qalmadıqlarını dedilər. "Sovetski"də yaşayan Sevda Bədəlova da deyir ki, görüşdə onlara "xoşundu razılaş, xoşun deyil çıx bayıra", - deyiblər: "Bir sözlə də rədd ol! Bizə göstərilən münasibət insanlıqdan çox-çox uzaqdır. Bizə bilirsiniz nə dedilər? Sözümüzü deməyə belə imkan vermədilər. " razı deyilsiniz? Onda xoş getdiniz". Bircə kəlmə. Sizcə bütün bunlar bizi nə gözlədiyini demir?".
Abid Şərifov: "Kim qalmaq istəyirsə qalsın"
Baş nazirin müavini Abid Şərifov fevralın 23-də ANS-də çıxışı zamanı yenə "Sovetski" məsələsinə toxunub. O, bildirib ki, insanların müəyyən hissəsi qoyulan məsələlərin həllindən narazıdırlar. Bu hamıya bəllidir ki, Bakı şəhərində şəhərin mərkəzində evlər köçürüldükdə 1 kvadratmetr yaşayış məkanı üçün 1500 azn kimi maksimum hədəf qoyulub: "Lakin burda iki məsələ var. Sözsüz köməkçi binalar da bura daxil olmalıdır. Heç kimə də sirr deyil ki, "Sovetsk" deyilən sahədə yaşayış evləri 50, 60, 70 il bundan, bəziləri 100 il bundan qabaq tikilib. Evlərin kvadratı kiçikdir. 30 faiz ev 25 kvadrat metrdir. İnsanlar da deyirlər ki, "əgər mən 15 kvadrat metr evdə yaşıyıramsa, verilən məbləğə nə ala bilərəm?" Prezidentin verdiyi tapşırığı vətəndaşlarımızın nəzərinə çatdırdım ki, heç kim zorla oradan çıxarıla bilməz. Kim qalmaq istəyirsə qalsın".
"Aydın məsələdir ki, 1500 manata ev almaq olar"
O ki qaldı, sakinlərin "bizi şəhərin mərkəzində evlə təmin edin", - tələbinə Abid Şərifov deyir ki, indiyə qədər qədər belə bir təcrübə olmayıb: "Ki, biz kiməsə ev tikək verək. Aydın məsələdir ki,  1500 manata ev almaq olar. Şəhərin mərkəzində, yaxud kənarında. Yeganə məsələ onun yaşadığı evin kvadrat metridir ki, burada 15, 20 kvadrat metrdə yaşayır. Bu problem ola bilər. Buna görə də biz belə göstəriş aldıq ki, bu evlərə toxunulası deyil. Necə olacaq bu evlərin vəziyyəti? Hələlik olan variantlar üzərində işlənilir". 
""Sovetski"də 3 otaqlı ev 50 kvadratdır, ancaq, kənar yerlərdə bu 67-72 kvadratdır"
Daşınmaz əmlak üzrə ekspert Nüsrət İbrahimov deyir ki, ümumiyyətlə ortaq qiymət baxımından Abid Şərifovun səsləndirdiyi fikir doğrudur: "Köhnə tikililər Bakının mərkəzi hissəsindən savayı 2, 3, 4-cü zonalarda qiymətlər təqribən elədir. Yəni, qiymətin 1500 manat olması reallıqdır. Sovetskidə olan köhnə tikililər bu gün bazarda satışa çıxarılsa əgər həmin evlərə kimsə o qiyməti verməz. Açıq bazarda kvadratına heç kim 1500-dən verməz. Amma başqa nahiyələrdə şəhərin 2, 3, 4-cü zonalarında bu qiymətə rahat ev almaq olar. Ancaq, birinci zonada yox, bahadır. Burada əsas problem sahə problemidir. Məsələn "Sovetski"də 3 otaqlı ev 50 kvadratdır, ancaq, kənar yerlərdə bu 67-72 kvadratdır". 
Zöhrab İsmayıl: «Abid Şərifovun dediyi həqiqətə uyğun deyil"
"Azad İqtisadiyyata Yardım İctimai Birliyi"nin rəhbəri Zöhrab İsmayıl Abid Şərifovun nə deməsindən asılı olmayaraq, hamının həmin ərazidə tikilən mənzillərin qiymətinin 3000 manat olduğunu bildiyini deyir: "Bu da onu göstərir ki, Abid Şərifovun dediyi həqiqətə uyğun deyil. Düzdür, ətraf ərazilərdə kvadratmetri 1000, 1500-ə olan evlər var. Söhbət hazır evlərdən gedir.  Məsələn, Yeni Yasamalda kvadratı 700 manata da evlər var. Ancaq onun təmir edilməsi, təmir müddətində bir ay kirayədə qalma və s. axı bu kimi xərclər də onun üstünə gəlməlidir. Məncə məmurlar hələ də problemin kökünü anlamırlar".
"İndiki binalarda 20 kvadratmetrlik ev yoxdur"
Zöhrab İsmayıl deyir ki, məmurlar "Sovetski" sakinlərinin əsas problemini başa düşmək istəmir: ""Sovetski"dəki mənzillərin hamısı köhnə həyət evləridir. Ortaq ərazilər var ki, ondan bir neçə ailə istifadə edir. 16, 20 kvadratmetr sahəsi olan evlər var. Qalan hissələr isə ümumidir. İllərdir onlar öz yaşayışlarını bu cür qurublar. Ancaq istər indiki tikilən yeni binalarda, istərsə də Rusiya, Ukrayna proyekti ilə tikilən köhnə binalarda 20 kvadratmetr ev yoxdur axı. Ancaq "Sovetski"də 20 kvadratmet sahəsi olan evdə 4 nəfərlik ailə yaşayır. Onlara 30 min manat pul verirlər ki, "get özünə ev al", - gülməlidir. Bakı şəhərinin heç bir yerində 30 min manata bir otaqlı mənzil yoxdur. baxın, problem bundan ibarətdir, ancaq bunu düşünən yoxdur. Məsələyə çox səthi, başdansovdu yanaşılır". 
Abid Şərifov zarafat edir?
İqtisadçı ekspert Natiq Cəfərli isə o fikirdədir ki, Abid Şərifov şəkili olduğuna görə dünənki çıxışında bəzi şeyləri zarafatla deyib: "Heç olmazsa əsaslandırmasını etməliydi. Əlbəttə ki, şəhərin bəzi yerlərində, mərkəzə yaxın yerlərində 1500 manata  evlər var. Bu o demək deyil ki, Sovetskidə sökülən 20 kvadrat metrdə yaşayan 3-4 nəfərlik ailə 30 min pul alacaqsa, satışda 20 kvadrat metrlik ev tapıb ala biləcək. Satışda bu ölçüdə ev yoxdur. Yeni tikililərdə olan evlərin kvadrtaları 50-dən başlayaraq qalxır. Əsasən 80, 90 və daha çox kvadrat metrlik evlər olur satışda».
Natiq Cəfərli deyir ki, "Sovetski"də ən çox kvadratı olan ev ortalama 30-35 kvadrat metrdir. Bunlar da üst-üstə gələndə 45-50 min edir: "Bu qiymətə şəhərin istənilən yerində ev almaq mümkündürmü? Çox güman ki, Abid Şərifov bu sualın cavabını çox gözəl bilir. Sadəcə bütün bunlar söz oyunudur. «Kvadratı 1500-ə evlər var» deməklə, o aşağı-yuxarı həqiqəti söyləyir. Doğurdan da bu qiymətə evlər var. Amma kvadratları çox yüksəkdir. Sökülmüş evlərin müqabilində heç bir şəxs həmin kvadratda Bakı şəhərində ev ala bilməyəcək. Təəssüf ki, hörmətli Abid müəllim bunu deməyi unudub". 
"Kim istəyir qalsın" demək insanlara qarşı mənəvi şantajdır"
Abid Şərifovun "kim istəmir qalsın" deməsinə gəlincə, Natiq Cəfərli deyir ki, bu bir növ mənəvi şantaja oxşayır. Çünki bu texniki cəhətdən mümkün deyil: "Təssəvvür edin, "Sovetski"də iç-içə olan evlər var. Biri digərinin divarına söykənmiş evlərdi hamısı. Bir qonşu razı olacaqsa, onun evi söküləcəksə digər qonşular onun ətrafında necə yaşaya biləcək? Kommunikasiya xətləri dağıdılıacaqsa, tikinti gedəcəksə ən azından təhlükəsizlik baxımından bu mümkün deyil. Düşünürəm ki, bu insanlara qarşı mənəvi şantajdır".
İqtisadçı ekspert Vüqar Bayramov isə deyir ki, Bakının mərkəzi hissəsində 10000 boş ev tapmaq olduqca çətindir. Söhbət əlbəttə ki, birinci zonadan gedir: "Bu gün Bakıda ərazi dörd zona üzrə qruplaşdırılır. "Sovetski" adlanan ərazi birinci zona, yəni mərkəzi hissə hesab olunur. Ərazi sahiblərinin tam olaraq Bakının mərkəzində mənzillə təmin olunması faktiki olaraq mümkün deyil"./bizimyol.info/

Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM