Bu gün Bakı şəhərinin Suraxanı rayonu ərazisində kəsilmiş insan ayağı tapılıb.
Strategiya.az-ın Lent.az-a istinadən məlumatına görə, Neapol dairəsindən Qaraçuxur qəsəbəsinə gedən yolun yaxınlığında, Kərpiczavod adlanan ərazidəki təpəlikdən yeni kəsilmiş insan ayağı tapılıb. Dərhal hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları gedib.
İlkin məlumata görə, orta yaşlı şəxsə məxsus olan insan ayağı hər hansı cinayətin qurbanına deyil, aşağı ətrafları amputasiya edilmiş şəxsə məxsusdur. Tapılmış ayağın üzərindəki qanqren əlamətləri əməliyyatçıları bu mülahizə üzərində də düşündürür.
Faktla bağlı araşdırmalar davam etdirilir.
***
Bu gün Bakı şəhərinin Suraxanı rayonu ərazisində tapılan kəsilmiş insan ayağı məhkəmə-tibbi ekspertizasına təhvil verilib. Lent.az-ın məlumatına görə, hadisə yerinə gələn hüquq-mühafizə orqanları əməkdaşları ayağı 3 saylı şəhər xəstəxanasının morquna yerləşdirməyə qərar verib. Aparılacaq tibbi ekspertizadan sonra müəyyən ediləcək göstəricilər əsasında ayağın kimə məxsus olması müəyyənləşəcək. Daha sonra isə hadisənin hansı şəraitdə, hansı səbəbdən baş verməsi və digər maraqlı məqamlar aydınlaşacaq.