Məsələn, son zamanlar apteklərdə, mağazalarda arıqlamaq üçün müxtəlif növ dərmanlar, preparatlar, xususi həblər, müxtəlif adlarda bitki çayları, kofelər, qida əlavələri və digər arıqlama vasitələri satılır. Adətən onların qiymətləri 5 - 50 manat arasında dəyişir və bu vasitələrdən istifadə edən müştərilərin sayı getdikcə artır.
Burada onların sosial şəbəkələrdə və KİV-lərdə təşkil edilmiş geniş reklamı da xüsusi rol oynayır. Bəs reklam olunan bu məhsullar insan orqanizmi üçün nə dərəcədə xeyirli və ya ziyanlıdır? Mütəxəsisslər bu suala çoxdan və birmənalı cavab veriblər ki, bu yolla arıqlamaq məsləhət deyil. Çünki arıqlama vasitələrinin çoxunun təlimatlarında onların istifadəsi ilə bağlı məlumatlar olmur və yaxud da onlarda qeyri-dəqiqliyə yol verilir. Belə arıqlama vasitələrinin qəbulundan sonra orqanizmdə çoxlu problemlər - mədə-bağırsaq, ürək-damar, dəri, əsəb xəstəlikləri, yuxu pozğunluqları, qadınlarda isə ginekoloji xəstəliklər, sonsuzluq, hətta onkoloji xəstəliklər yaranır. Bəzi hallarda həmin vasitələr həyati təhlükəyə, ölüm kabusuna çevrilir.
Təsadüfi deyil ki, artıq bununla bağlı bir neçə ölüm faktı qeydə alınıb.
Criminal.az-ın bu yaxınlarda yaydığı xəbər də bu qəbildən idi. Bakıda dərman qəbul etməklə arıqlamaq istəyən iki yaxın rəfiqə həyatları ilə vidalaşmalı olub. Hər iki qadın arıqlamaq üçün "Tengda Plus"dan istifadə edib. Qadınlardan birinin adı Cəmilə İsmayılova, digərinin adı isə Lalə olub. Əvvəlcə Lalə dünyasını dəyişib. Bir neçə gün sonra isə C.İsmayılova da bu dərmanın qurbanı olub. Hətta C.İsmayılova rəfiqəsi öləndən sonra öz Facebook səhifəsində profil şəkli kimi rəfiqəsinin fotosunu yerləşdirib. Lakin vaxtsız ölüm onu haqladığından profil şəkli olaraq, hələ də, rəfiqəsinin fotosu qalıb. Mərhumların yaxınları ilə əlaqə saxlamaq mümkün olmasa da, rəfiqələri onların məhz arıqlama dərmanından öldüklərini təsdiqləyiblər.
Bəs bu kimi halların qarşısını almaq üçün dövlət tərəfindən hansı tədbirlər görülür?
Məsələ ilə bağlı Milli.Az-ın sorğusuna cavab olaraq, Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, apteklərdə satılan və arıqlamaq üçün istifadə edilən vasitələr dərman hesab edilmədiyindən nazirlik ölkəyə gətirilən belə məhsullara sertifikat vermir. Qeyd edilib ki, həmin məhsullara keyfiyyət sertifikatı verilir, amma bu sahəyə nəzarət etmək onların səlahiyyətində deyil. Onlar, əsasən, badlar, yəni bioloji əlavələr hesab edildiyindən bununla bağlı məsələlərə Gigiyena və Epidemiologiya Mərkəzi (GEM) baxır.
GEM-nin Qidalanma gigiyenası bölməsinin müdiri İmran Abdullayev isə Milli.Az-a deyib ki, onlar arıqlama məhsulları ilə bağlı heç kimə icazə sənədi verməyiblər: Qidaya biloji aktiv əlavələr, yəni badlar var ki, onlar da müxtəlif məqsədlər üçün istifadə edilə bilər. Onlar da müalicəvi vasitə hesab edilmir. Onlarla da bağlı biz hələlik heç bir sənəd verməmişik. Amma xaricdən Azərbaycana belə mallar gəlir. Onlara da gömrük orqanları nəzarət edir və Respublika Sanitar-Karantin Müfəttişliyi tərəfindən sertifikatlar verilir. Hələlik bizə badlara sertifikat verilməsi ilə bağlı heç bir müraciət daxil olmayıb".
Bölmə müdirinin sözlərinə görə, qanunvericiliklə badların ölkəyə gətirilməsi və istifadəsi qadağan deyil: "Badlar qidaya bioloji əlavə hesab olunduğundan "Yeyinti məhsulları haqqında" Qanunda badlardan istifadəyə icazə verilir. Lakin onların tərkibində biomol tərkibli məhsullar olmamalıdır. İstifadəçilər də bilməlidir ki, bu qida yox, qidaya aktiv əlavədir. Badlar qida hazırlanarkən onun tərkibinə qatılan maddələrdir. Onlar bitkilərdən hazırlanır və müxtəlif qaydada daxilə qəbul edilə bilər. Əgər onlar ayrıca formada buraxılırsa, artıq dərman olur. Əgər qidadan başqa kimsə ondan müalicəvi məqsədlər üçün istifadə edirsə, bu, artıq bizə aid məsələ deyil".
Qısası, yenə də anlaşılmaz vəziyyət, qapanmış bir dairə alınır və yenə də zərər istehlakçıya dəyir. Ona görə də hər reklamda gördüyünüz şeylərə aldanmayın. Bir addımı atmazdan əvvəl yaxşıca düşünün, yüz ölçüb, bir biçin. Axı ömür insana bir dəfə verilir. Ona görə də özünüzdən muğayat olun.
Strategiya.az
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM