Azərbaycanda alkoqollu içkilərin və siqaretlərin nağd pulla satışı qadağan ediləcək. Bu qadağa İnzibati Xətalar və Cinayət Məcəllələrinə ediləcək dəyişikliklərdə nəzərdə tutulacaq. Həmin dəyişikliklərə görə, siqaret və alkoqollu içkilərin nağd satışına görə cərimə, hətta cinayət məsuliyyəti nəzərdə tutulur. Beləliklə, İnzibati Xətalar Məcəlləsinin 229-cu maddəsinə təklif edilən dəyişikliklərə görə, aksiz markası ilə markalanmalı olan məhsulların nağd qaydada alqı-satqısına görə cərimə tətbiq olunacaq.
Həmin maddəyə 229.2 hissəsi əlavə ediləcək. Həmin hissəyə əsasən, tütün məmulatlarının pərakəndə satışı istisna olmaqla, aksiz markaları ilə markalanmalı olan məhsulların nağd yolla az miqdarda satılması, belə məhsulların satış məqsədləri üçün nağd qaydada az miqdarda alınmasına görə cərimə nəzərdə tutulur.
Belə ki, ümumi məbləği 50 manata çatan alkoqollu içkilərin həm içmək, həm də alıb-satmaq məqsədilə satılması üçün 100 manat cərimə nəzərdə tutulub. Siqaretlərin isə pərakəndə satışı yalnız çəkmək məqsədi ilə nağd pulla almaq mümkün olacaq. Əgər siqaret sonradan satılmaq məqsədi ilə satılırsa, onun pulu yalnız kartla və ya bank köçürməsi ilə ödənilməlidir. Əks halda 100 manat cərimə nəzərdə tutulur. Hətta kartsız satışa görə 2 illik həbs cəzası da gözlənilir. Amma bu hələ yüngül cəzadır. Paralel olaraq Cinayət Məcəlləsinə təklif edilən dəyişikliyə görə, nağd yolla alınıb satılan aksiz markalı mallar xeyli miqdardadırsa, yəni onların məbləği 50-500 manat arasındadırsa, min manatdan iki min manatadək cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Əgər 500 manatdan artıq məbləğdə alkoqollu içki və ya siqaret alınıb-satılarsa, iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. İnzibati Xətalar və Cinayət məcəllələrinə edilən dəyişikliklər araq və digər spirtli içkilərlə yanaşı, pivə satışına da aiddir. Yəni bundan sonra pivə satışı da yalnız plastik kartla və bank ödənişləri ilə həyata keçiriləcək. Yeni dəyişikliklər qüvvəyə mindikdən sonra nəinki mağazadan, hətta restoranda araq almaq istəyənlər də onun pulunu kartla ödəməli olacaqlar. Belə ki, restoranda yeməklərin pulunun nağd ödənilməsinə icazə olsa da, araq və ya digər alkoqollu içkilər sifariş edərkən onun pulu yalnız kartla ödənilməlidir. Alkoqollu içkilərin və siqaretlərin satışında tətbiq olunacaq yenilik başqa bir dəyişikliyə də səbəb olacaq. Belə ki, bunların satışı üçün plastik kart tələb olunduğuna görə, bu məhsulların satış nöqtələrinin hamısında pos-terminallar quraşdırılmalıdır. Əks halda bu obyektlərdə alkoqollu içki və tütün məmulatlarının satışı ümumiyyətlə, mümkün olmayacaq.
Nəzərdə tutulacaq bu dəyişikliklərə alıcıların və satıcıların fikrini öyrənmək üçün bir neçə marketə baş çəkdik. Satıcıların əksəriyyəti bu məlumatlardan xəbərsiz idilər. Ancaq qanun nə tələb edirsə, onu da edəcəklərini, yəni kart tələb edilirsə, kartla da satacaqlarını deyirdilər. Alıcılar isə bu fikri birmənalı qarşılamadı. Alıcı Səməd Rəhimov bu qərarın yersiz olacağını dedi: "Mən siqaret çəkənəm. Kartım da yoxdur. Belə çıxır ki, hər dəfə siqaret alanda ondan bundan kart dilənəcəm? Yatıb yuxuda nə görürlərsə, onu da tətbiq edirlər. belə olmaz".
Digər alıcı Ruslan Əliyev isə bu haqda məlumatlı olduğunu dedi: "Məncə, o qərar bizə aid deyil. Alıb başqa yerdə satmaq istəyənlərə aiddir. Biz gün ərzində bir iki paket siqaret alırıq. Bunu da səhv etmirəmsə, nağd pulla almaq olacaq. Amma restoranlarda yeməkləri nağd spirtli içkinin pulunu isə kartla ödəmək fikri gülməlidir. Şəxsən mənim kartım yoxdur. O zaman heç kim araq sifariş etməyəcək. bu da onların biznesinə zərər verəcək, bizə yox".
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə bunun çox zəruri bir tədbir olduğunu dedi: "Bunun çox zəruri bir tədbir olduğunu düşünürəm. Siqaret və spirtli içki istehlakçılarını azaltmaq üçün, yetkinlik yaşına çatmayanların bunun almasının qarşısını almaq üçün çox zəruri bir tədbirdir. Bu, ona görə zəruridir ki, Azərbaycan tütün əleyhinə Dünya Səhiyyə Təşkilatının Tütün Əleyhinə Çərçivə Konvensiyasına qoşulub. Tütün və tütün məmulatı haqqında qanun qəbul olunub. Həmin qanunun tələblərində çoxsaylı məhdudiyyətlər var. Buna baxmayaraq uzun müddətdir ki, ölkədə siqaretin tək-tək satışı həyata keçirilir. Təhsil, tibb müəssisələri yaxınlığında satışı həyata keçirilir. Kim gəldi ona siqaret satılır. Azərbaycan dünyanın az ölkələrindən biridir ki, supermarketlərə girəndə ilk olaraq müştərini siqaret stendi, reklamı qarşılayır. Azad İstehlakçılar Birliyi İqtisadiyyat Nazirliyi ilə iş aparır ki, bunu məhdudlaşdıraq. Ən azından Rusiyadakı kimi vəziyyətə gətirək. Rusiyada siqaret stendlərinin üstü örtülü olur. 18 yaşından aşağı şəxslərə satışının qadağası görünsün. Həmçinin Rusiyada siqaret saatla satılır. Bizdə də bunu tətbiq etmək olar ki, hansı saatdan sonra siqaret satmaq olar hansı saatdan sonra satmaq olmaz. Azad İstehlakçılar Birliyi Azərbaycanda da buna nail olmaq istəyir. Səhiyyə Nazirliyi də bu işdə bizə dəstək verir. Bu tədbirlər həyata keçirirlərsə, qəzet köşklərində siqaretlərin kütləvi şəkildə satışının qarşısı alına bilər. Yeniyetmələrin siqaretin əlçatanlığı məhdudlaşdırıla bilər".
Qurum sədri yeni qəbul edilmiş qanuna görə kartı olmayan istehlakçılar üçün siqaret və spirtli içki alışında müəyyən problem yaratsa da, kartı olanlara pul verməklə bu problemi özləri həll edəcəklər: "Azərbaycan istehlakçıları Avropa istehlakçıları deyil ki, kiməsə kartına görə nağd pul verəsən, o da ondan imtina etsin. Kartı olmayan alıcılar kartı olanlara pul verməklə istədikləri siqareti və spirtli içkini alacaqdır. Ancaq bu zəruri bir tədbirdir. Lakin düşünürəm ki, Nərimanov rayonu ərazisində, vağzal ərazisində əksər hallarda aksiz markası olmayan qaçaqmal siqaretlərin qarşısını hökumət ala bilməyəcək. Çünki bunun çox böyük himayəçisi var".//"Yeni Müsavat"
Strategiya.az
KOBİA və Qlobal Sahibkarlar Şəbəkəsi arasında əməkdaşlıq genişlənir
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM