APA-nın qərb bürosunun verdiyi məlumata görə, bunu Gəncədə seçkiləri müşahidə edən Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının sədr müavini Ömər Kocaman bildirib.
O qeyd edib ki, müşahidələrə bu gün səhər saatlarından başlanılıb: “Seçicilərin məlumatlı olması və bu prosesə fəal iştirak etməsi bizi sevindirdi. Olduğumuz məntəqələrdə siyasi partiyaları təmsil edən və öz təşəbbüsü ilə gələn müşahidəçiləri gördük. Bu da Azərbaycanda demokratik seçkilərin keçirilməsini göstərir. Ümid edirik ki, bu seçkinin nəticələri Azərbaycan üçün xeyirli olacaq, ölkənin irəliləməsinə töhfə verəcək. Müşahidə etdiyimiz məntəqələrdə hər hansı nöqsan görmədik. Bu gün Türkiyədə də seçkilərdir. Ümid edirik ki, bir millər iki dövlət olan Türkiyə və Azərbaycan bu seçkilərdən güclənərək çıxacaq”.
Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasınının üzvü Amantay Şarip isə Gəncəyə bir neçə gün əvvəl gəldiyini bildirib. Onun sözlərinə görə, o həmkarları ilə birlikdə şəhərdə seçki prosesinə hazırlıq işləri ilə maraqlanıb. “Seçkilərə hazırlıq işlərindən razı qaldıq. Hazırlıq prosesi beynəlxalq standartlara cavab verir. Səsvermə üçün lazımi şərait yaradılıb. Bu gün səhərdən məntəqələrdə müşahidələrə başladıq. Seçici aktivliyi getdikcə artır. Səhər saatlarında seçicilərin sayı bir qədər az olsa da, getdikcə artmağa başlayıb. Əsas odur ki, seçkilər layiqli şəkildə keçir. Hər hansı nöqsan hələlik görməmişik”.