Qəzaya uğrayan sərnişinlərin telefonları zəng çalırdı... - Dəhşətli mənzərə

17:33 / 01.11.2015

Rusiya özünün aviasiya tarixində ən ölümcül təyyarə qəzasının 224 qurbanının matəmini saxlayır.

Bu arada ekspertlər isə təyyarənin Misirin kurort sahilindən havaya qalxdıqdan az sonra Sinay yarımadası üzərində qəzaya uğramasının səbəblərini araşdırılar.

“İslam Dövləti” (İŞİD) adlanan təşkilatın yerli qollarından biri təyyarəni vurub saldığını elan edib. Bununla belə qruplaşma hadisənin təfərrüatlarını açıqlamayıb. Rusiya isə bu xəbəri dərhal təkzib edib.

Misirin təhlükəsizlik orqanları da bildiriblər ki, “Airbus A321” təyyarəsinin vurulub salındığını göstərən heç bir məlumata malik deyil.

Rusiyanın “Koqalımavia” şirkətinə məxsus təyyarə oktyabrın 31-də səhərin erkən saatlarında Sankt-Peterburqa üçmaq üçün Misirin Şarm əş-Şeyx hava limanından qalxmışdı. Havaya qalxdıqdan az sonra təyyarə Sinay yarımadasındakı kimsəsiz bir yerdə - sahil şəhərləri Ariş və Hasna arasındakı əraziyə düşüb.

Misir hakimiyyət orqanları bu qəzadan heç kimin sağ çıxmadığını bildirib. Xisalasedicilər hadisə yerində dəhşətli və kədərli mənzərinin şahidi olublar. Bəzi sərnişinlərin cəsədləri hələ də təhlükəsizlik kəmərləri ilə kreslolara bağlanmışdı, mobil telefonlar isə zəng çalmaqda davam edirdi.

Rəsmilər bildiriblər ki, 7 nəfərlik ekipajın idarə etdiyi təyyarədə 24 uşaq da daxil, 217 sərnişin olub.

Qurbanların demək olar, hamısı ruslardır. Onlar Qırmızı dəniz kurortunda istirahətdən sonra Sankt-Peterburqa qayıdırdılar.

Misir hökuməti həmçinin indiyədək 168 cəsədin tapıldığını, axtarış ərazisinin 15 kvadrat kilometrədək genişləndirildiyini bəyan edib.

Postsovet məkanında ən ölümcül qəza

Rusiya prezidenti Vladimir Putin noyabrın 1-də matəm elan edib. Həlak olanların Pulkovo hava limanında gözləyən qohumlarına psixoloji və tibbi yardım göstərilib.

Qəzaya uğramış təyyarəni gözləyənlər sarsıdıcı xəbər alıb

Rusiya hakimiyyət orqanları həmçinin cəsədlərin identifikasiyası məqsədilə qurbanların qohumlarından DNT yaxmaları götürüb.

Rusiyanın “RİA Novosti” agentliyi bildirib ki, bu qəza postsovet məkanının tarixində ən ölümcül fəlakət olub. Bundan əvvəl sovet dövründə - 1985-ci ildə Özbəkistanda baş vermis qəzada 200 nəfər həlak olmuşdu.

Misir rəsmiləri bidliriblər ki, təyyarənin “qara qutuları” tapılıb və təhqiqat üçün ekspertlərə göndərilib. Onlar 9268 reysi ilə uçan təyyarənin yaxşı hava şəraitində göyə qalxdıqdan 23 dəqiqə sonra qəzaya uğramasının səbəblərini aşkar etməlidirlər.

İslamçıların iddiası rədd edilib

İŞİD-in yerli qolu olan “Vilayət Sinay” Twitter və Telegram da daxil sosial mediada təyyarənin qruplaşma tərəfindən vurulduğunu iddia edib.

Bu qəza Rusiyanın Suriyada hava zərbələri kampaniyasına başlamasının bir ayı tamam olarkən baş verib.

Rusiyanın nəqliyyat naziri Maksim Sokolov isə qruplaşmanın bu iddiasının doğru olmadığını bildirib.

Qərb agentlikləri də bildirirlər ki, bu ərazidəki qruplaşmaların hər hansı təyyarəni 10 min metr yüksəklikdə vurmaq üçün silahları yoxdur.

Pilot təyyarənin nasazlığından gileylənirmiş...

Buna baxmayaraq “Lufthansa”, “Emirates” və “Air France-KLM” aviaşirkətləri bu qəzanın baş verdiyi hava məkanında uçuşları dayandırdıqlarını bəyan ediblər.

Rusiyanın NTV telekanalının bir proqramında qəzaya uğramış təyyarənin pilotunun xanımı Tryukaçova deyib ki, əri təyyarənin nasazlığından şikayətlənirmiş.

Rusiyanın federal təhlükəszilik xidmətləri “Koqalımavia” şirkətinin Moskvadakı ofisinə reyd keçiriblər.

Qeyd edək ki, hər il 3 milyonadək rusiyalı turist istirahət üçün Misirin Qırmızı dəniz sahillərinə yollanır./ATV/


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM