Strategiya.az-ın DİN-in saytına istinadən verdiyi məlumata görə, oktyabrın 31-də saat 14.00 radələrində Səbail rayonunun Salyan şossesində Bakı şəhər sakinləri Səxavət Salahovun və Nizami Mehdiyevin idarə etdikləri “Mercedes” markalı avtomobillər toqquşub. Hər 2 sürücü, habelə N.Mehdiyevin 2 sərnişini xəstəxanaya yerləşdirilib. N.Mehdiyevin vəziyyəti ağır, digərlərinə isə ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.
Səbail rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.