Leonid Slutski : “ATƏT DTİHB özünü Qərbdən gələn sifarişləri yerinə yetirən qurum kimi göstərir"

15:20 / 02.11.2015

“Bundan öncə Azərbaycanda keçirilən bütün seçkilərin monitorinqi seçki təcrübəsinin təkmilləşdiyini göstərib. Seçkilər seçicilər və seçki komissiyalarının üzvləri üçün rahat keçir. Artıq öncəki seçkidə seçki qutularından tutmuş seçki məntəqəsinin təşkilini əhatə edən seçki texnologiyası prezident və parlament seçkilərinin keçirilməsi ilə bağlı bütün beynəlxalq standartlara cavab verib”.

 

APA-nın məlumatına görə, bunu Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr üzrə komitəsinin sədri,MDB Parlament Assambleyasının müşahidə missiyasının koordinatoru Leonid Slutski deyib.  

 

Azərbaycanı ardıcıl inkişaf edən və artım müşahidə olunan iqtisadiyyata malik ölkə kimi xarakterizə edən L. Slutski qeyd edib ki, bu gün Azərbaycan cəmiyyətinin böyük əksəriyyəti ölkə rəhbəri İlham Əliyevin, onun atası Heydər Əliyevin işini davam etdirərək ardıcıl şəkildə yürütdüyü siyasət ətrafında birləşib. Onun sözlərinə görə, bütün bunları o və Rusiya Dövlət Dumasındakı həmkarları Azərbaycan xalqının rifahına, iqtisadiyyat və sosial sahəsinin inkişafına yönəlik böyük prezident proqramının tərkib hissəsi kimi qəbul edir.  

 

L. Slutski həmçinin ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Azərbaycanda parlament seçkilərini müşahidə etməmək qərarına toxunub: “Bu qərarı ən azından qəribədir. Halbuki DTİHB vaxtiləATƏT məkanında müxtəlif səviyyəli seçkilərin demokratikliyini müşahidə etmək üçün yaradılmışdı”.  

 

Qərbin Azərbaycana qarşı münasibətinə gəldikdə isə rusiyalı deputat Azərbaycan dövləti rəhbərinin müstəqil siyasətinin Qərbdə müəyyən dairələri razı salmadığını, həmin dairələrin davranışları ilə özlərini bugünkü Azərbaycanın və Azərbaycan rəhbərliyinin yürütdüyü kursun opponentləri kimi göstərdiyini bildirib: “Deməliyəm ki, seçkilərin nəticələrindən asılı olmayaraq, biz bu xətti qeyri-obyektiv və destruktiv hesab edirik. Çünki bu xətt Azərbaycan rəhbərliyinin Azərbaycanın postsovet məkanında ən inkişaf etmiş ölkə olmasına, Xəzər regionunda və regiondan kənarda ən ciddi tərəfdaşa çevrilməsinə yönəlik addımlarını dəstəkləmək əvəzinə istənilən uğurlarını tənqid və qeyri-obyektiv qətnamələrin qəbulu üçün predmet kimi təqdim olunur”.

 

L. Slutskinin fikrincə, Milli Məclisə seçkilər Azərbaycan cəmiyyətinin böyük əksəriyyətinin prezidentin yürütdüyü kursun, dövlət başçısının ətrafında birləşməsini və şübhəsiz ki, bu gün tətbiq olunan seçki texnologiyalarının müasirliyini nümayiş etdirəcək: “DTİHB-yə isə sadəcə çatmayacaq, çünki o yoxdur. Neqativ yoxdursa, DTİBH-dən olan həmkarlar da güman ki, belə qərara gəldilər ki, Azərbaycana getməyə ehtiyac yoxdur. Çünki çətin olacaq. Hər dəfə barmaqdan neqativ sormaq daha da çətinləşəcək. Əslində bu neqativ mövcud da deyil. Qaranlıq otaqda qara pişik axtarmaq çətindir, xüsusən də o orada yoxdursa”.

 

Azərbaycanın uğurlarının, xüsusən də seçki təcrübəsinin inkar edilməsini DTİHB-dən olan həmkarlarına yaraşdırmadığını deyən L. Slutski qeyd edib ki, bununla da bugünkü DTİHB Azərbaycanın imicinə, MSK-ya qarşı deyil, özünə qarşı işləyir. “ATƏT DTİHB özünü Qərbdən gələn sifarişləri yerinə yetirən qurum kimi göstərir.  Bu mövqe DTİHB-ni gözdən salır və deməyə əsas verir ki, bugünkü DTİHB artıq tükənib. DTİHB siyasi sifarişləri yerinə yetirmək əvəzinə obyektiv, qərəzsiz və peşəkar qiymətləndirmə, o cümlədən ATƏT ölkələrində müxtəlif səviyyəli seçkilərin qiymətləndirilməsi üçün işləməlidir”, - deyə o vurğulayıb.   

 

Rusiyalı deputatın sözlərinə görə, bu gün Azərbaycan dövləti və cəmiyyəti o qədər ardıcıl inkişaf edir ki, bunu hansısa yolla inkar etmək cəhdləri Azərbaycana qarşı deyil, bu siyasəti həyata keçirməyə çalışan beynəlxalq təşkilatlara və strukturlara qarşı işləyir. O qeyd edib ki, Milli Məclisə seçkilər Azərbaycan dövlətinin bugünkü uğurlarının, o cümlədən seçki qanunvericiliyi səviyyəsinin və onun demokratik seçkilərin beynəlxalq hüquqi standartlarına uyğunluğunun etiraf edilməsində növbəti mərhələ olacaq.  

 

“Bu gün Azərbaycan dövləti və cəmiyyəti istənilən insinuasiyalardan və gerçəkliyi inkar etmək cəhdlərindən güclüdür. Əminəm ki, bu, demokratik yolla seçilmiş parlament olacaq və Rusiya üçün dost, qardaş ölkədə parlamentarizmin inkişafına xidmət göstərməkdə davam edəcək. İnanıram ki, Azərbaycana qarşı, habelə parlament seçkilərinə qarşı istənilən çirkli və əsassız böhtanlar istənilən beynəlxalq meydançalarda fiaskoya uğrayacaq. Bu cür cəhdlər artıq iflasa uğrayıb”, - deyə o vurğulayıb.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM