Ombudsman Aparatı: Parlament seçkiləri demokratik, azad, şəffaf, ədalətli qaydada keçirilib

19:54 / 02.11.2015

 Xalqımızın və demokratik hüquqi dövlət quruculuğu yolunu seçmiş müstəqil dövlətimizin həyatında xüsusi əhəmiyyət kəsb edən 1 noyabr 2015-ci il tarixdə keçirilmiş parlament seçkiləri uğurla başa çatıb”. Strategiya.az saytının xəbərinə görə, bu barədə Ombudsman Aparatının parlament seçkiləri ilə bağlı açıqlamasında deyilir. 

Bildirilib ki, fəaliyyətinin əsas istiqamətlərindən biri də vətəndaşların seçki hüququnun müdafiəsi və təmin edilməsi vəziyyətinin öyrənilməsindən ibarət olan Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova və Ombudsman təsisatının mərkəzi aparatını, habelə regional mərkəzləri təmsil edən 42 əməkdaşı ötən illərdəki müsbət təcrübə nəzərə alınaraq, seçki prosesini Bakı şəhəri və ölkənin bütün regionlarını əhatə etməklə, çox sayda dairələrin seçki məntəqələrində müstəqil olaraq, özlərinin təşəbbüsü ilə qeydiyyatdan keçərək müşahidəçi qismində seçkilərə qatılıblar: “1 noyabr 2015-ci il tarixdə Müvəkkil və Aparatın əməkdaşları müstəqil müşahidəçi qismində Bakı şəhəri və ölkənin 52 rayonunda 101 seçki dairəsi üzrə 452 seçki məntəqəsində, o cümlədən qaçqın və məcburi köçkünlərin məskunlaşdığı qəsəbələrdə, Müdafiə Nazirliyinin bir sıra hərbi hissələrində, Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin cəzaçəkmə müəssisələrində səsvermə prosesini izləyiblər.

Ombudsman müstəqil müşahidəçi qismində paytaxtın hər bir rayonunda bir çox seçki dairələri üzrə seçki məntəqələrində, həmçinin 6 saylı cəzaçəkmə müəssisəsində, qadınlar üçün 4 saylı cəzaçəkmə müəssisəsində, hərbi hissədə təşkil edilmiş, habelə məcburi köçkünlər üçün yaradılmış məntəqələrdə səsvermə prosesini müşahidə edib, Penitensiar Xidmətin Tərbiyə müəssisəsində saxlanılan 18 yaşına çatmış gənclərin ilk dəfə səsverməsini şəxsən izləyib və onları təbrik edib. Eyni zamanda respublikanın müxtəlif bölgələrində müşahidəçi qismində səsvermə prosesində iştirak edən əməkdaşlardan hər saat məlumatları qəbul edərək vəziyyətə nəzarət edib”.

Qeyd olunub ki, müşahidələr zamanı Ombudsman həm seçki komissiyalarının üzvləri, seçicilər, həm də müşahidəçilərlə bilavasitə görüşüb və seçki prosesi ilə bağlı onların rəylərini öyrənib: “Yeri gəlmişkən, Elmira Süleymanova beynəlxalq qurumları və xarici ölkələri, o cümlədən Polşa, Yunanıstan, Rusiya Federasiyası, Pakistan və digər ölkələri təmsil edən müşahidəçilərlə görüşüb, onların təəssüratları ilə tanış olub. Qeyd olunmalıdır ki, görüşdüyü şəxslər seçkilərin əhalinin çox yüksək fəallığı ilə, nizam-intizamla, müvafiq qaydalar və standartlara uyğun olaraq keçirildiyini vurğulamış, heç bir irad söyləməyiblər. Ombudsmanın ünvanına hər hansı bir şikayət və müraciət daxil olmayıb.

Səsvermə günü Müvəkkil aparılan müşahidələrin nəticələrini ümumiləşdirir, MSK-nın Seçkilər İnformasiya Mərkəzinə gələrək, KİV-in və geniş ictimaiyyətin diqqətinə çatdırmış, mövzu ilə əlaqədar geniş müsahibələr verib”.

“Müşahidələrin nəticəsi onu deməyə əsas verir ki, ümumilikdə parlament seçkiləri əhalinin fəallığı şəraitində, demokratik, azad, şəffaf, ədalətli, qanunvericiliklə müəyyən edilmiş qaydada və nizam-intizamla keçirilib. Vətəndaşların seçki hüquqları təmin olunub, əlil, o cümlədən gözdən əlil seçicilər üçün seçki hüquqlarının həyata keçirilməsi ilə bağlı şərait yaradılıb. Seçkilərin nəticələrinə təsir göstərən pozuntu halları, hər hansı bir dövlət qurumunun rəsmiləri, icra hakimiyyəti nümayəndələri və polis tərəfindən qanun pozuntusuna yol verilmədən seçkilərə müdaxilə müşahidə edilməyib. Hər bir seçici sərbəst seçim edərək öz istədiyi namizədə səs verib”, - deyə məlumatda bildirlib.

Qeyd olunub ki, müxtəlif siyasi partiyaları, ictimai birlikləri, qeyri-hökumət təşkilatlarını təmsil edən, eyni zamanda müstəqil və bitərəf olan, o cümlədən çoxsaylı qadın müşahidəçilər də nizamla, bir-birinə qarşılıqlı hörmət ruhunda seçki prosesində iştirak edərək, öz vəzifələrini səlahiyyətləri çərçivəsində yerinə yetiriblər: “Müşahidə edilmiş bir sıra məntəqələrdə MSK tərəfindən veb-kameralar quraşdırılıb, seçkilərin bilavasitə izlənilməsi üçün real şərait yaradılıb. Ümumilikdə, parlament seçkiləri Seçki Məcəlləsinə uyğun həyata keçirilib, Azərbaycan Respublikasının hüquqi, demokratik dövlət quruculuğu, insan hüquq və azadlıqlarının təmin edilməsi, cəmiyyətimizin daha da demokratikləşməsi, idarəetmənin, milli qanunvericiliyin və seçki texnologiyalarının inkişafı, milli dövlətçilik ənənələrinin möhkəmləndirilməsi prinsiplərinə sadiq olduğu bir daha təsdiqlənib”.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM