Strategiya.az-ın qurumun saytına istinadən verdiyi xəbərə görə, bu barədə İslam Əməkdaşlıq Təşkilatının Azərbaycanda keçirilən seçkilərlə bağlı yayılan bəyanatında deyilir.
Bəyanatda qeyd olunur ki, İƏT parlament seçkilərinin müvəffəqiyyətlə təşkil olunması münasibətilə Azərbaycan Respublikası hökumətini və xalqını təbrik edir.
Qeyd edək ki, İƏT baş katibi Azərbaycan hökuməti tərəfindən alınan dəvətə və İƏT Xartiyasına uyğun olaraq 1 noyabrda Azərbaycanda keçirilən parlament seçkilərinə müaşhidə missiyası göndərmişdi.