Hamısı həyatından razı olduğunu deyir.
Amma yalandır.
YouTube-dakı kanalının 265 141, İnstagram-dakı profilinin 682 min daimi təqibçisi, Snapchat-dakı akkauntunun 60 mindən artıq "tamaşaçısı" olan 18 yaşlı Essena O-Nil sosial şəbəkələrin ən populyar simalarından biridir.
Onun Facebook və Twitter-dəki profillərinin milyonlarla daimi təqibçisi vardı.
Populyar bloqu da olan Essena sosial şəbəkələrdəki illüzor həyatına, populyarlığına son qoymaq, real həyata qayıtmaq niyyətində olduğunu bildirib.
Dünən o, YouTube-dakı kanalında son videosunu yerləşdirib.
Milli.Az bildirir ki, evində kamera qarşısında oturmuş 18 yaşlı Essena deyib: "Arzuladığım hər şeyə nail oldum. Pul, məşhurluq... Hər şeyim oldu. Lakin indi anlayıram, hər səhər yuxudan ayılaraq mümkün qədər qlamur görünməyə çalışmaq, videolar və fotolar paylaşmaq real həyatdan nə qədər uzaqdır. Sosial mediada özümü "ideal insan" kimi göstərməyə çalışırdım. Videolarım və fotolarımda özümü mümkün qədər bəxtəvər, şən göstərməyə çalışırdım. Halbuki bəzən ağrıyırdım, bəzən xəstə idim, bəzən qəmli idim. Amma video və fotolarımda bunu göstərmək olmazdı. Sosial mediada şən, bəxtəvər, həyatından tam razı insan təsiri bağışlamalı idim.
Halbuki sosial mediadakı görüntülərimlə real həyatım arasında çox böyük fərqlər vardı. İndi anlayıram ki, sosial şəbəkələr, sosial media həyatıma müdaxilə edib və əslində həyatımı əlimdən alıb. Özümü könüllü olaraq marionetkaya çevirmişəm. Sosial mediada çoxlu təqibçilərim, dostlarım var. Amma onlar real həyatda, gerçək yaşamda dostlarımı əvəzləyə bilərmi? Biz təqibçilər, oxucular, izləyicilər deyilik. Biz insanıq. Fərdlərik, sevirik, sevilirik, hər halda buna can atırıq. Artıq mobil telefon, sosial mediadan kənaram. Özümü indiyədək belə azad, asudə, sərbəst hiss etməmişdim, - Essena deyib. - Sosial media bizim hesabımıza milyardlarla dollar qazanır. Mən artıq marionetka olmaq istəmirəm. Mən "onlardan biri" olmaq istəmirəm. Mən adi, normal, sevincli və qəmli həyat yaşamaq istəyirəm. Artıq yetər deyirəm, sosial mediadan kənarlaşıram və əsl həyata başlayıram. Bunu manifestim də hesab edə bilərsiniz".
Essena O-Nilin sözlərinə görə, bəzən səhərlər yuxudan ayılmaq istəmirdi. O, illüzor həyatına, sosial şəbəkələrdəki profillərində yaratdığı bəxtəvər, həyatdan kam almış, varlı-hallı, sağlam, fitneslə məşğul olub pəhriz saxlayan gözəlçə obrazına nifrət edirdi.
Hər səhər yuxudan oyanandan sonra saatlarla makiyaj və vizaj etmək, sonra kameralar qarşısına keçərək video və fotolarını çəkmək işin ilk mərhələsi idi.
Bundan sonra o görüntülər arasında ən uğurluların seçimi, videoredaktə, fotomanipulyasiyalar başlanırdı.
Çünki fotolarda və videoda Essena qəmsiz, kədərsiz, nikbin təsir bağışlamalı, qlamur olmalıydı.
Sonda da mətnlər yazılmalı, profillərdə yerləşdirilməli idi.
Həmin fotolarda və videoda Essena uydurma həyatın obrazı kimi görünürdü.
Milyonlarla insan da bu görüntüləri həsədlə izləyir, ona paxıllıq edir, amma "like"lar qoyur, bəyənirdilər.
Onlar bilmirdilər ki, bu fotolar çəkiləndə Essenanın halı necə olub, başı ağrıyıb, yoxsa ürəyi bulanıb - bütün bunlar kamera arxasında qalan "mənasız xırdalıqlar"dı.
Az adam düşünürdü ki, o fotolar və videolar saatlarla redaktə olunub, dəyişdirilib, qayğısız qızın ideal obrazın və görüntünün əldə olunması üçün necə zəhmət sərf olunub.
Hələ reklamlar...
"Müxtəlif şirkətlərdən reklam təklifləri alırdım, yaxşı pul verirdilər. Bunun müqabilində səhərlər üzümə məhz bu kremi çəkdiyimi, səhər yeməyində məhz bu cemi yediyimi, günortalar məhz o zalda məşq etdiyimi, axşamlar məhz bu paltarı geydiyimi deməliydim. Halbuki o krem, o cem, o zal, o paltar murdardı, pisdi, xoşuma gəlmirdi. Amma susurdum, lal olurdum və işimi görürdüm. Mən milyonları aldadırdım, çünki pul alırdım. O milyonlar da mənə həsəd aparırdılar, düşünürdülər ki, nə gözəl, şən və maraqlı həyatım var", - Essena söyləyir.
Avstraliyanın Sanşayn Kost səmtində yaşayan Essena bundan belə illüziya predmeti olmadığını deyir.
"Sosial şəbəkələr həyatımı məhv etdi. İçim boşdur, özümü qovuq kimi hiss edirəm. Özümə nifrət edirəm. Bəsdir, bu uydurma obrazla, saxta həyatla vidalaşmaq zamanıdır. Sosial mediada məni milyonlar "sevir", amma real həyatda sevdiyim və məni sevən yoxdur. Bu, həyat deyil. Artıq həyata qayıtmaq zamanıdır", - Essena deyir./milli.az/
Strategiya.az
Bakıda yeni dələduz peyda oldu: bu qadın görün nələr edib – VİDEO
TƏHLÜKƏ: Şagirdlər qapısı açıq avtobusdan sallanaraq gedir - VİDEO
Cahangir Hacıyevin arvadınadan 21 milyon dollarlıq xəbər - VİDEO
Bakıda DƏHŞƏT: Sahibsiz itlər azyaşlılara hücum çəkdi - VİDEO
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM