Amerikada çıxan “Time” jurnalında Sinay məbədinin böyük ravvini Devid Volpun “Azərbaycan Yaxın Şərqdə tolerantlıq vadisidir” adlı məqaləsi dərc edilib (http://time.com/4099548/azerbaijan-is-an-oasis-of-tolerance-in-the-middle-east/). Məşhur Los-Ancelesin sinaqoqunun rəhbəri bu məqalədə cari ilin noyabr ayında konqreqasiyanın 50 üzvündən ibarət nümayəndə heyətinin Azərbaycana səfərindən aldığı təəssüratlarını bölüşür. D.Volp qeyd edir ki, dünyanın müxtəlif ölkələrində sinaqoqların çoxuna günün istənilən vaxtında getmək mümkün deyil. Ravvin yazır: “Hətta mənim təmsil etdiyim Los-Anceles sinaqoqunda da binanın mühafizə işçiləri sinaqoqa gələn maşınların yük yerlərini yoxlayırlar. Lakin bir müsəlman ölkəsində yəhudilər təhlükəsizlik məqsədilə hər hansı yoxlamadan keçmədən rahatca sinaqoqa daxil ola bilərlər. Bu ölkə - Azərbaycandır. Müəllif yazır ki, məhz bu səbəbdən Azərbaycan dünyanın qalan ölkələrindən yaxşı mənada fərqlənir.
D.Volp daha sonra yazır ki, bir həftə bundan əvvəl israilli diplomat Yerusəlimdə keçirdiyi görüşlərin birində deyib ki, o, “İsveçdə başında kipa (yəhudi kişilərin ənənəvi baş geyimi ) olduğu halda küçədə gəzməyə cəsarət etməzdi”, Azərbaycanda isə bunu rahatca edə bilər. D.Volp vurğulayır: “Mən bu bəyanatın düzgünlüyünü təsdiq edirəm. Mən təqribən bir həftə Azərbaycanın küçələrində gəzdim və hər yerdə özümə diqqət və xeyirxah münasibət gördüm”. Müəllif yazır ki, Azərbaycanda əhalinin 90 faizini müsəlmanlar təşkil edir. Bu ölkədə başqa azlıqlar kimi, yəhudilər də özlərini bu cəmiyyətin üzvləri kimi hiss edirlər. Ravvin qeyd edir ki, onun başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfərinin əsas məqsədi bu ölkənin otuz minlik dağ yəhudiləri icmasına Tövrat nüsxəsi hədiyyə etmək idi. D.Volp Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayevin dəstəyi ilə təşkil edilmiş həmin səfər barədə söhbət açaraq yazır ki, nümayəndə heyəti Quba rayonundakı Qırmızı Qəsəbədə də olub. Sovet hakimiyyəti qurulana qədər “Yəhudi kəndi” adlanan Qırmızı Qəsəbədə hazırda 4 minə yaxın yəhudi yaşayır. Beləliklə, Qırmızı Qəsəbə İsrail sərhədlərindən kənarda ən böyük yəhudi kəndlərindən biridir.
Ravvin daha sonra yazır ki, İsrail ilə Azərbaycanın yaxın münasibətləri var, iki ölkənin rəsmi şəxsləri tez-tez ünsiyyət saxlayır. D.Volp nümunə kimi yazır ki, Təl-Əvivdən Bakıya uçan təyyarədə onun yanında İsrailin baş nazirinin keçmiş müavini Aviqdor Liberman əyləşibmiş. İsrailin baş naziri və Prezidenti də Azərbaycanda olublar. Amerikalı ravvin Azərbaycanın geosiyasi mövqeyindən söhbət açaraq yazır ki, azad və müstəqil müsəlman respublikasını qoruyub saxlamağa çalışan yeni demokratik ölkənin səylərini süni şəkildə azaltmaq lazım deyil.
Sinay məbədinin nümayəndə heyəti Azərbaycanda səfərdə olduğu beş gün ərzində ölkəmizin rəsmi şəxsləri, mədəniyyət xadimləri və yəhudilərlə görüşüb, yəhudi məktəbində və bir neçə sinaqoqda olub, Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun məzarını ziyarət ediblər. Nümayəndə heyətinin üzvləri Bakının mərkəzində ucaldılmış “Azad qadın” heykəli ilə də tanış olublar.
D.Volp sonda qeyd edir ki, tolenrantlığın olmaması ciddi və get-gedə artan təhlükədir. Bu şəraitdə Azərbaycan başqa ölkələr üçün həyati əhəmiyyətli nümunə ola bilər./azertac/
Yusif Babanlı
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM