Ədliyyə naziri Fikrət Məmmədov nazirliyin ötən ay keçirilən kollegiya iclasında isə deyib ki, 2015-ci ilin ötən dövrü ərzində 4 mindən çox borclunun ölkədən getmək hüququ məhdudlaşdırılıb.
"İcra haqqında" Qanunun 84-1-ci maddəsinə (Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması) əsasən, məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər.
Bir neçə gün öncə Milli Məclisdə "İcra haqqında" Qanuna dəyişiklik edilib və dəyişikliyə əsasən, bundan sonra vergi borcu olanların ölkədən getməsinin məhdudlaşdırılması məhkəmə qərarları ilə yanaşı, vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında da həyata keçirilə bilər.
Qanuna əsasən, kredit borcunun qaytarılmadığı zaman isə, ödəmə vaxtından 3 ay müddət keçdikdə şəxs barəsində məhkəməyə müraciət edilir və məhkəmə qərarına əsasən, borclunun ölkədən getmək hüququ məhdudlaşdırılır.
Nəzərə alsaq ki, Mərkəzi Bankın açıqladığı son rəqəmlərə görə, ölkədə problemli kreditlərin ümumi məbləği 1,4 milyard manatdan çoxdur, onda ilin sonunadək ölkədən getmək hüququ məhdudlaşdırılan insanların sayı daha da arta bilər.
Onu da nəzərə alsaq ki, vətəndaşlarımızın bir qismi "Yeni il" bayramı ilə əlaqədar istirahət günlərində xarici ölkələrə üz tuturlar, bu məsələ bəzi şəxslər üçün əlavə problem yarada bilər.
Bəs çıxış yolu nədir, problemi necə həll etməli?
İqtisadçı-ekspert Vüqar Bayramov bununla bağlı Milli.Az-a bildirib ki, hazırda Azərbaycanda 2,4 milyon vətəndaşın kommersiya banklarına krediti var: "Bu, o deməkdir ki, bu gün orta hesabla hər ailədə 1 nəfər banklara kredit ödəyir. Təbii ki, onların heç də hamısı problemli kredit deyil. Lakin kredit borcuna görə ölkədən getməyə görə tətbiq edilən qadağa xeyli insana təsir edə bilər. Burada söhbət kredit borcunu ən azı 3 ay ödəyə bilməyənlərdən gedir. Vətəndaş kredit götürübsə, onu qaytarmaq çətinlik çəkirsə, lakin o, problemli kredit kimi rəsmiləşməyibsə, bank bununla bağlı məhkəməyə müraciət etməyibsə və məhkəmə qərarı yoxdursa, o zaman həmin şəxsin ölkəni tərk etməsində hər hansı maneə yoxdur.
Vergi borcları ilə bağlı isə ölkədən çıxış həm məhkəmə qərarları ilə, həm də artıq vergi orqanlarının qərarı ilə məhdudlaşdırılır".
İqtisadçı kredit götürüb gələcəkdə problemlərlə üzləşmək istəməyən vətəndaşlara bəzi tövsiyələr verib: "Monitorinqlər göstərir ki, kredit götürüb borcunu qaytara bilməyən şəxslər təşvişə düşür. Panikaya düşmək olmaz. Əvvəla, qaytarılmayan kredit 3 aydan sonra problemli kredit kimi rəsmiləşdirilir, ikincisi, vətəndaş çalışmalıdır ki, alternativ mənbələr hesabına bu kreditin qaytarılmasını təmin edə bilsin.
Kredit borclarının və problemli kreditlərin strukturu göstərir ki, onların arasında faktiki olaraq vacib olmayan istiqamətlər üzrə götürülmüş kreditlərin sayı az deyil. Bura məişət kreditləri, turist səfərləri üçün götürülən istehlak kreditləri və s. daxildir. Vətəndaş vacib olmayan istiqamət üzrə kredit götürüb onu qaytara bilmədiyi üçün ölkəni tərk edə bilmir, məhkəmə də digər orqanların nəzarəti altında olur. Ona görə də vətəndaşların öz öhdəliklərinə diqqətlə və məsuliyyətlə yanaşması vacibdir. Onlar kredit götürən zaman öz ödəmə qabiliyyətlərini nəzərə almalıdırlar. Beynəlxalq praktikada yığım üçün nəzərdə tutulan vəsaitin 70 faizi ilə kredit ödənişlərini etmək mümkündür. Ancaq təklif edirik ki, vətəndaş yığım üçün nəzərdə tutulan vəsaitin 50 faizini keçməmək şərti ilə kredit götürsün. Məsələn, onun maaşı 1000 manatdırsa, ay ərzində onun 500 manatını xərcləyirsə, qalan 500 manatı yığım kimi qalırsa, o zaman onun aylıq kredit ödənişinin 250 manatdan çox olmaması məsləhətdir. Çünki gözlənilməz xərclər, iş yerinin dəyişməsi və ya bağlanması riskləri də nəzərə alınmalıdır. Ona görə də öz ödəmə qabiliyyətinin və öhdəliklərin ciddi və düzgün şəkildə qiymətləndirilməsi, kreditin nə üçün götürülməsinə diqqət yetirməyə ehtiyac var".
V.Bayramovun fikrincə, əgər artıq problemli kredit faktı və ya vergi borcu yaranıbsa, bu zaman dövlət qurumları və bankların bəzi addımlar atmasına ehtiyac var: "Əvvəla, biz borcların bağışlanmasının tərəfdarı deyilik, çünki bu, neqativ nəticələrə və mənfi tendensiyaya gətirib çıxara bilər. Ona görə də borcların bağışlanması arzuolunan deyil. Amma kommersiya bankları borcların strukturuna baxıb, məsələn, nisbətən sosial əhəmiyyət daşıyan borcların silinməsini həyata keçirə bilərlər. Məsələn, təcrübə göstərir ki, kredit götürən şəxs bir müddət sonra dünyasını dəyişir, amma kredit öhdəliyi onun varislərinə keçir. Və ya kredit götürən şəxs əmək qabiliyyətini itirir, sonra onun qaytarılmasında çətinliklə üzləşir. Belə hallarda kommersiya banklarının özləri tərəfindən güzəştlərin tətbiqi arzuolunandır və mümkündür. Lakin təəssüf ki, banklar borcun üstünə əlavə faizlərin hesablanmasına davam edirlər. Amma bank çalışmalıdır ki, problemli kredit məsələsini həll etsin və vətəndaşa imkanlar yaratsın ki, o, borcunu qaytara bilsin. Əlavə faizlər hesabına borcu yükləməklə isə heç nəyə nail olmaq mümkün deyil".
Bundan başqa, ekspert hesab edir ki, ölkədən çıxışa qoyulan qadağanın böyük həcmli kredit və vergi borcları üçün tətbiq edilməsi daha məqsədəuyğundur. Bu məqsədlə o, hətta qanunverilciyə də dəyişiklik edilməsini zəruri sayır: "Məsələn, əgər kreditin məbləği 5 min manatdan azdırsa və problemli kredit olsa belə, onu götürən şəxsin ölkədən çıxışına qadağa qoyulması arzulanan deyil. Ölkədən çıxışa qoyulan qadağalar o şəxslərə tətbiq edilməlidir ki, onların kredit borclarının həcmi böyükdür. Ona görə də bununla bağlı qanunvericliyə dəyişiklik edilməsinə ehtiyac var. Diskriminasiya yaranmaması üçün bu cür halların məhkəmənin öhdəsinə buraxılması daha yaxşı olar. Əgər borc çox deyilsə, o zaman onun ölkədən çıxmasına qadağa qoyulmasına ehtiyac yoxdur. Bununla bağlı qanunda konkret məbləğ də göstərmək olar. Məsələn, 5 min manatadək olan kredit borclarına görə vətəndaşın ölkədən çıxışının məhdudlaşdırılmasına lüzum yoxdur. Məbləğ böyük olmadığına görə, maliyyə baxımından ciddi əhəmiyyət daşımır.
Ona görə də həm qanunvericiliyə dəyişiklik edərək qaydaların nisbətən yumşaldılması, eyni zamanda problemli kreditlər və vergi borclarının məbləği ilə bağlı minimumların müəyyənləşdirilməsi, banklar tərəfindən kredit strukturunun öyrənilməsi və ona uyğun olaraq faiz endirimlərinin edilməsi, faizlərin hesablanmasının dayandırılması və bəzi hallarda kreditlərin bağışlanmasına ehtiyac var. Vergiyə gəlincə, burada konkret güzəştlərin edilməsi mümkün deyil, amma stimullaşdırıcı olaraq vergi borcunun ödənilməsi ilə bağlı müəyyən müddətlərin verilməsi mümkündür. Amma ilk növbədə, vətəndaşlar da öz öhdəliklərinə ciddi yanaşmalıdırlar".
Strategiya.az
Strategiya.az
KOBİA və Qlobal Sahibkarlar Şəbəkəsi arasında əməkdaşlıq genişlənir
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM