Gün.Az xəbər verir ki, bunu YAP-dan olan millət vəkili Aydın Mirzəzadə dilə gətirib.
Onun sözlərinə görə, kimliyindən, siyasi və ya dini baxışlarından asılı olmayaraq, qanuna hörmət etmək hamı üçün məcburidir.
O, deyib ki, bu baxımdan, Sabunçuda baş verən hadisələr ilk növbədə bəzi qrupların qanun çərçivəsində hərəkət etmək istəməmələrindən irəli gəlib.
"Hüquq-mühafizə orqanlarının da atdığı addımlar onların öz üzərinə düşən vəzifəni yerinə yerirməsi ilə bağlıdır.
Yəni ümumən götürdükdə Azərbaycanda sabitlik, təhlükəsizlik, qanunun aliliyi ilk növbədə qanuna hörmətdən başlayır və buna əməl etmək də hər kəsin borcudur” - deyə, YAP funksioneri daha sonra sözlərinə əlavə edib.