"Onlar özlərindən başqa kimsəni haqlı bilmirlər, çünki haqq bu adamlar üçün yalnız öz qənaətləri, bir də haqsızlığı haqqa çevirməyi ideologiya kimi təqdim edən təbliğatı quranlara inamdır. Onların saqqallarının altından bəzən çox fərqli bayraqlar görünür" (Məhəmməd Siddiq, "İslamdan danışanlar")
"Bu, əsl islam deyil". Tanış, geniş yayılmış ifadədir. Dünyanın müxtəlif yerlərindəki radikal islamçı təşkilatlar, qruplaşmalar, terror qrupları, dəstələr, hərəkatlar barədə danışanda, "Cəbhət əl Nüsra", "Boko Haram", "Əl Qaida", İŞİD, "Ləşkəri Taiba", "Taliban" və daha onlarla, bəlkə də yüzlərlə islamçı təşkilatların əməllərinin yer aldığı videolar nümayiş olunanda, fotolar paylaşılanda belə deyilir.
Bu terrorçular islamdan danışsalar da, ayələr və surələr söyləsələr də, hədislərə və Qurana istinad etsələr də, gerçək islamdan həddən ziyadə uzaq olduqları söylənilir.
Əslində, gerçəkdir. Belələri islama qulluq etmək əvəzinə islamı öz alətlərinə çevirməyə, Quranı oxuyub anlamaq yerinə bu kitabı oxumayıb anlatmağa çalışırlar.
Terrorçular "cihad" etdiklərini düşünürlər.
Radikal islamçıların qəti qənaətlərinə görə, yaşadığımız planet, kürreyi-ərz iki hissədən ibarətdir ki, "dar ül islam"da möminlər yaşayır, "dar ül hərb" adlandırılan məkanlar isə mütləq istila olunmalı, oradakı dövlətlər məhv edilməli, hakimiyyətlər devrilməli və hər yanda "Şəriət qaydaları" bərqərar olmalıdır. Fəqət ki, pırtlaşıq saqqallı "mömin"lərin bəhs etdikləri "Şəriət qaydaları" elə Şəriətin özünün qətlinə yönəlib: nədən ki, Şəriət insanın haqqını qoruyur və haqqı, ədaləti insana bərabər tutur, bu səbəbdən gerçək, əsl islam silahlı, çılğın baxışlı, tez-tez "Təkbir!" hayqıran adamların təhtəlşüur qatlarındakı nifrət obyektidir.
Azərbaycanda son vaxtlarda din adı ilə pərdələnmiş radikal qruplar və şəxslərin fəallığı artıb. Onlar iki düşərgəyə parçalanıblar.
Bir tərəfdə kütlənin "vəhhabilər" adlandırdıqları "sələfi"lər, yəni "sələfiyyun" təriqətinin mənsubları ki, onlar darbalaq şalvarları, uzun saqqalları, "İslam Xilafəti" barədə refren halını almış danışıqları ilə fərqlənirlər.
Belələrini radikallıqdan, hətta ekstremizmdən sadəcə, bir addım ayırır və onların bir parası da "Xilafət" idefiksi, illüziyası, hətta ximerası üçün Suriyaya, İraqa, Əfqanıstana, hətta Yəmənə vuruşmağa yollanır, özlərini "mücahid" adlandırırlar.
Sələfilərin antoqonistləri, qarşı tərəfində duranlar "Əsl Əhli-Beyt aşiq"ləridir ki, bu şəxslər də islamın, bəlkə də inkişafa, tərəqqiyə, elmə, tolerantlığa və müasirliyə ən meylli məzhəbi olan şiəliyin radikallaşdırılmış formatıdır.
Azərbaycandakı radikal dindarlar parçalandıqlarını, düşərgələrə bölündüklərini düşünsələr də, bir-birlərini "münafiqlər", "sələfiyyun uşaqları", "rafizilər", "xəvaricilər", "müşriklər" adlandırsalar da, əslində bir mikrosxemdəki eyni funksionallı çiplər təki, bir-birlərinə bənzəyirlər, bir-birlərinin təkrarı və eyniləridir.
Onlar Azərbaycandakı vəziyyəti pozmaq, ölkəni ən yaxşı halda Livan, ən pis halda Suriya və ya Yəmənə, İraqa, Liviyaya döndərmək istəyən dövlətlərin, təşkilatların, siyasi və maliyyə qüvvələrinin əllərində alətə çevrildiklərinin fərqinə varmırlar.
Bərəlmiş gözlər, "Allahu-əkbər!" qışqıran ağızlar, vurmağa hazır yumruqlar, düşərgə mənsubiyyətindən asılı olaraq hakimiyyətin "Taqut nökərləri" və ya "Yezid qulluqçuları" adlandırılması, polis idarələrinin qarşısına yürüşlər, məscidlər və ibadət məkanlarının, səcdəgahların qarşısında aksiyalar cəhdləri, sosial şəbəkələrdə kütləvi itaətsizliyə çağırışlar - bütun bunlar alınan sifarişlərin, əmrlərin, pulların müqabilində görülən işlərdir.
Əksi mümkün deyil və belə düşünən varsa, sadəlövhdür.
Əhalisinin əksəriyyəti müsəlmanlar olan bütün ölkələrdə olduğu kimi, Azərbaycanda da dindən hakimiyyətə sərt təzyiq vasitəsi qismində istifadə etmək, radikal dindarları alətə çevirmək və küçələrə çıxarmaq, qanun pozuntuları və ya cinayətə görə həbs olunmuş islamçını "ictihad yolçusu", "əzabkeş", "mücahid" kimi qələmə vermək artıq sınaqdan çıxarılmış metodlar arasındadır.
Hər iki tərəfi birləşdirən "dəyər"lər çoxdur və onların arasında əsas yeri Azərbaycandakı mövcud hakimiyyəti devirmək istəyi tutur.
Gərçi sələfilər "İslam Xilafəti" və ya öz təbirləri ilə desək, "Dövla İslamiya"nın yaradılmasını sidq-ürəkdən arzulayıb Azərbaycanı da bu efemer xülyada "əmirlik" kimi görürlərsə, qarşı tərəf ölkəmizi "Fiqh və Şəriətlə idarə olunan vilayət" təki arzulayır.
Zahirən "qəvi düşmən", batində isə ideoloji, təşkilati, struktur və metodologiya baxımından əkiz olan bu iki cərəyanı yönəldən, maliyyələşdirən, idarə edən güclərin yalnız Şərqdə olduğunu düşünmək gərək deyil.
İlk baxışdan paradoksal görünə bilər, amma reallıq budur ki, ölkəmizdə din pərdəsi altında fəaliyyət göstərən radikal qruplaşma üzvlərinin sayı az deyil. Onların aksiyalarının təşkilati baxımdan təkrarlanması, şüar və çağırışların dəyişməməsi heç də "tələblərin yerinə yetirilmədiyi üçün dəyişikliklər olmaması" ilə bağlı deyil.
Radikalların aksiyalarına, hər belə etiraz çıxışından əvvəl sosial şəbəkəllərdə və bu "dindar"ların yaratdıqları saytlardakı təbliğat materiallarına, təşviqat üsullarına fikir versək, eyni dəst-xətt aşkar görünür.
Həmin ssenari əvvəlcə Balkan yarımadasında, sonra postsovet məkanının bir neçə ölkəsində, daha sonra Şimali Afrika və Yaxın Şərq ölkələrində sınaqdan keçirilmiş, reallaşdırılmışdı.
Müxtəlif adları olsa da, hər dəfə "inqilab"dan, "mövcud hakimiyyətdən cana gələn geniş xalq kütlələrinin etirazları"ndan bəhs olunurdu və baş verənlər "adi vətəndaşların səbr kasasının daşması" kimi qələmə verilirdi.
"Mülayim hərəkat", "narıncı inqilab", "qızılgüllər inqilabı", "lalələr inqilabı" sonradan "ərəb baharı"na təkamül etsə də, proseslərin konstruktiv məhvəri sabitdi: kənardan idarə olunan və məharətlə bir istiqamətə yönəldilən kütlə hakimiyyəti devirir, "müstəbid rejim"dən qurtulur - amma sonrası pis olur.
Yəni sonra Liviya, İraq, Yəmən, Ukrayna, Qırğızıstan, Tunis, Əlcəzir olur ki, həmin ölkələrdəki vəziyyət göz qarşısındadır.
Azərbaycan müsəlman ölkələri arasında tolerant, dünyəvi, Şərq və Qərbə eyni səviyyədə meylli, inkişafa can atan, ən başlıcası isə böyük güclərin əlində alət olmayıb müstəqil siyasət yürüdən ölkədir və elə bu səbəbdən də Şərqdəki çeşidli radikal-terrorçu hərəkatlarla yanaşı, Qərbdəki "beyin mərkəzləri"nin hədəfindədir.
Azərbaycanda radikal islamçıların, din adı ilə pərdələnmiş qruplaşmaların kütləvi iğtişaşlar törətməsi rəsmi Bakıya illərdən bəri təzyiq göstərən, ölkəmizi "ram etmək" istəyən Qərb ölkələrinin də birbaşa marağındadır.
Çünki həmin dövlətlər, güclər Azərbaycanın sosial, institusional, iqtisadi, ictimai, mədəni yaşamının uzunmüddətli böhranına, dəyərlərin eroziyasına nail olaraq "cihad" və "möminlərin mübarizəsi" adı ilə ölkəni sözün əsl mənasında çökdürməyə çalışırlar.
Artıq hər şeyi öz adı ilə çağırmaq gərəkdir: Azərbaycanda sünnilərlə şiələr arasında qarşıdurma yaratmaq, qardaşı qardaşın üstünə qaldırmaq, ölkəni qan gölünə, parçalanmış məkana döndərmək və sonra da bu zəlil vəziyyətə düşmüş insanları "xilas" adı ilə idarə etmək istəyirlər.
Budur məqsəd.
Ölkədə guya "iki əks qütbə" bölünmüş təki bağışlayan radikal islamçı qruplaşmaları və dəstələri birləşdirən məqam da teonomizm, yəni Şəriət normalarının bütün qanunlardan və Konstitusiyadan üstün sayılmasının gərəkli olması prinsipidir.
Bu, fundamentalizm, teokratizmdir ki, sonrakı mərhələ hər hansı uzunmüddətli sonuclar nəzərə alınmadan düşmənə mümkün qədər ağır zərbə vurulmasını, xəsarət yetirilməsini hədəfləyən terrorizmdir.
Radikal islamçılıq, fikrimcə, faşizm və kommunizmdən sonra üçüncü totalitar ideologiyadır ki, çağdaş həyatın problemlərinə absurd, sərsəm formada orta əsrlər yanaşmasını təklif edir. Retroqrad, xurafatçı, aqressiv olan bu ideologiya "cihad" və ya "Şəriətin bərqərarı" adına hər zorakılığa haqq qazandırır.
Məhz bu səbəbdən radikal islamçılığın ifrat ideoloji mahiyyəti qadın və kişilərin bərabər hüquqlarını, fikir və söz azadlığını, əhalinin tam savadlılıq səviyyəsini nifrətlə rədd edir, müsəlman orta əsrinin aqressiv-utopik bərpası ideyalarını şüarlara, çıxışlara və nitqlərə hopdurur.
Radikal islamçılıq ənənəvi, əsl islamın mutasiya etdirilmiş, tənəzzül olunmuş formasıdır.
Ona görə də Azərbaycanda kütləni küçələrə çağıran, dini mərasimlər, ayinlər və bayramlar zamanı çeşidli rəngdə bayraqlar qaldıraraq yürüşlər edənlər həm də olduqca təhlükəli fiqurlardır.
Belə aqressiyanın qarşısının alınması, təhlükənin dəf edilməsi üçünsə din mütləq şəkildə - Konstitusiyada göstərildiyi təki - dövlət idarəetməsindən və qurumlarından ayrı tutulmalıdır.
Azərbaycan əhalisinin əksəriyyəti müsəlmandır, dinimiz islamdır, amma bu, dövlətin islam dininin şərtləri və qaydaları əsasında idarə olunması xülyalarının bəslənməsi anlamına gəlməməlidir.
Ölkəmzdə dini dözümlülük, tolerantlıq var. Amma bununla bahəm, dindarlar da dözümlü olmalı, dövlətin qaydalarına və qanunların tələblərinə riayət etməlidirlər.
Dinin şərtlərinə riayət etdikləri təki.
Azərbaycanda din dövlətdən ayrıdır. Amma dövlət dini özündən ayırmadığı, iraq tutmadığı üçün, ölkəmizi İraqın halına salmağa çalışanlara qarşı sivil mübarizə üsulları seçilməli, onların qanunun ayırdığı yoldan sapmalarının qarşısı alınmalıdır. Sivil mübarizə zamanı dinlə pərdələnmiş radikalların onsuz da zəif bazaları sarsılır, istinad dayaqları dağılır və onlar məğlub olurlar.
Onu da unutmayaq ki, artıq real tədbirlərin görülmə zamanıdır.
Çünki Suriyada, Liviyada, Yəməndə, İraqda proseslər məhz bir-iki dəstə radikal dindarın yürüşləri ilə başlanmışdı.
Azərbvaycanda yürüşlər və mərasimlər keçirən dindarlarasa sualım var: siz ki, belə vətənpərvər, mömin, münəvvər və qeyri məziyyətlər sahiblərisiniz - nədən aksiyalarınızda Azərbaycan bayraqlarına nadir hallarda rast gəlinir, dövlət atributlarımızısa ümumiyyətlə görmək mümkün deyil?
Sizdən istifadə olunduğunu, Qərb, Fars Körfəzi ölkələri və başqa "müəllif"lərin oyunlarına gəldiyinizi hələ də anlamayıbsınızmı?
Elçin Alıoğlu
Milli.Az
Strategiya.az
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM