Xalq artisti Rafael Dadaşovun qızı, müğənni Səidə Dadaşovanın ikinci dəfə ərə getməsi və ana olması xəbəri özüylə birlikdə qalmaqal da gətirdi. Qalmaqala səbəb isə Səidənin uşağının atasının evli olması barədə iddia idi. Aysel adlı xanım xalq artistinin qızının evləndiyini iddia etdiyi Məhəmməd adlı şəxsin onunla rəsmi nikahda olduğunu açıqlayıb.
Strategiya.Az xəbər verir ki, ötən gün Aysel xanımın iddialarına yer verən Lent.az-ın əməkdaşı Səidə Dadaşova ilə əlaqə saxlayaraq üçün onun da mövqeyini öyrənib.
- Yəqin ki, Məhəmməd bəyin həyat yoldaşı Ayselin sizin barənizdə mətbuata verdiyi müsahibəni oxumusunuz. Həmin iddialara münasibətiniz necədir?
- O, qadın müsahibəsində məni əxlaqsız sözlərlə ittiham edib. İstəməzdim ki, onun mənim haqqımda dediyi sözləri təkrar edim. Çünki bu bizə yaraşmaz. Çörək kəsmişik. Başa düşürəm ki, o da qadınıdır, onu qızışdırıblar, beynini doldurublar. Amma onu bilsin ki, mən bu günə qədər heç kimə qardaş deməmişəm. Heç Məhəmmədə də qardaş deməmişəm. Mən yalnız doğma qardaşıma qardaş deyirəm. Məhəmmədin yoldaşını mənə qarşı kimin öyrətdiyini də bilirəm. Ad çəkmək istəmirəm. Ad çəksəm, həmin adama böyük reklam olar. Sadəcə bu söz-söhbətlər mənə atılan şərdir. Bu məsələyə görə bir çox insanlar cavab verəcək. İndi uşağımla məşğulam deyə bu məsələyə tam fikir vermirəm.
- Xanım iddia edir ki, Məhəmməd sizin sürücünüzdür və yeni doğulmuş körpəniz də ondandır. Bu, doğrudurmu?
- Yox, qətiyyən. Məhəmməd sadəcə mənim dostumdur. O sadəcə mənim işlərimə kömək edir. İşimlə bağlı məni bir çox yerlərə aparıb-gətirir. Amma Məhəmmədin vəzifəsi sürücü deyil. Sürücü başqa şeydir. Adam sürücü olanda nə olar ki? Məhəmmədə və onun ailəsinə hər zaman maddi və mənəvi kömək olmuşam. Mən etdiyim yaxşılığı deyən insan deyiləm. Amma məni məcbur edirlər ki, hər şeyi açıb deyim. Mən hamı ilə şəkil çəkdirə bilərəm. Evdar qadın deyiləm ki... İndi kimlə şəkil çəkdirsəm, deyəcəklər əridi? Əl çəksinlər məndən. O, qız heç kompüterin nə olduğunu bilmir. Bu yaxınlarda “WhatsApp”ın nə olduğunu bilib. Bir insan ki, internetdən mahnı yükləyə bilmirsə, bu nə tez saytları bildi? Nə tez müsahibə verdi? Yəni onu sadəcə qızışdıranlar olub.
- Bu söz-söhbətin bu həddə çatmasına səbəb nə oldu?
- Ümumiyyətlə kimsə ağzımdan eşidib ki, deyim, uşağımın atası filankəsdir? Yox. Hətta “5/5” verilişinə çıxanda məəttəl qaldım ki, bunlar haradan bildilər ki, mən ailə qurmuşam, övladım olub? Hər bir qadının haqqıdır ki, ana olsun. Necə və haradan olubsa, bu, mənə aid olan işdir. Şou-biznesdə bir çox qadınlar doğub. Mən onların işinə qarışıram? İndi nə oldu ki, mənim uşağım oldu, belə söz-söhbətlər ortaya çıxdı?! Hətta “İnstagram”da bir izləyici mənə yazıb ki, “heç bir ay bundan qabaq hamilə olduğunuz bilinmirdi”. Bu insanlar başa düşmür ki, mən hamilə olduğumu reklam etməmişəm. Mənə reklam lazım olsaydı, hamilə vaxtımda reklam olunardım. Belə şeylər mənə lazım deyil. Hər zaman sənətimlə reklam olunmuşam. Belə şeylərlə yox. Məni dinc buraxsınlar. İmkan versinlər ki, dinc başımla övladımı böyüdüm. Bir neçə il öncə gözəl sənətkarımız Cavan Zeynallı ilə şəkil çəkdirmişdim. Elə o vaxtda dedilər ki, onunla sevgiliyəm. Bu şayiə idi. Sadəcə mən Cavan bəylə duet oxumuşdum. İndiki söhbət də mənə o şayiəni xatırlatdı. Mən heç kəsə ixtiyar vermirəm ki, mənə şər atsın.
- Məhəmməd bəyin xanımı Ayselə nə demək istərdiniz?
- Kim Ayselə nə deyibsə, babalı onun boynuna. O, mənim haqqımda nə fikirləşirsə, babalı onun boynunadır. Sadəcə ona demək istəyirəm ki, boş-boş söhbətlərə fikir verməsin. Uşağın atası mən özüm bilərəm kimdir. Övladımın atasının kimliyini açıqlamamaq istəyim isə şəxsi işimdir.
- Bu məsələyə atanızın münasibəti necə oldu?
- Atam da əsəbiləşib. Mənə dedi, bu nə məsələdir, sən özün insanları başa sal ki, bu iş əslində elə deyil, belədir. Yəni bu mövzuya son qoy. Sizi inandırım ki, başıma çadra bağlayıb, evdə otursam, onu da söz edəcəklər. Yəni bizim sahə elə sahədir ki, hər adamın haqqında bir şayiə çıxarırlar. Necə ki, mənim barəmdə belə bir şey çıxartdılar.
- Bəlkə uşağın əsl atasını açıqlayasan, söz-söhbətə son qoyulsun?
- Övladımın atası hələ burada deyil. O gələndə hər şeyə son qoyulacaq. Sadəcə onu deyə bilərəm ki, uşağın atası sənət adamı deyil. Əgər sənət adamı olsa idi, onu açıq deyərdim. İndi o, uzaqdadır.
- Bəs bu söhbətlərə münasibəti necədir?
- O, çox narahatdır. Deyir ki, başa düşmürəm, bu nə söhbətdir? Uşağın atası hətta Məhəmmədlə dostdur. Elə ona görə də rahatdır. Bəzi şeylərdə mənə dəstək oldu, bəzilərində yox. Özü yanıma gələndə məsələyə aydınlıq gətirəcəyik. Hələlik o da, mən də oğlumuzun qırxının çıxmasını gözləyirik.
Yenə deyirəm. Məhəmməd mənim həyat yoldaşım deyil. Sadəcə işlərimə kömək edən şəxsdir. Biz onunla dostuq. Özü də çox yaxşı dost. Bu cür söhbətlərdən sonra Məhəmməd insanlığını itirmir, yenə də yanımdadır. Xahiş edirəm ki, dostumu narahat etməsinlər.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM