Milli.Az jurnalist İntiqam Valehoğlunun müəllif layihəsi olan "Həftəbecər"i (52-ci say) təqdim edir.
Son günlər havalar o qədər romantik keçir ki, adam bir quşa da kiş deyib narahat eləmək istəmir. Quş olanda nə olar? Onu da Allah yaradıb, onun da istirahət etmək hüququ var, o da bir ananın balası, bəlkə də bir balanın anasıdır.
Nə etmək olar ki, onun da bəxtinə quş olmaq düşüb. Quş demişkən, yenə də söhbət fırlandı gəldi bu şou aləminin üstünə. Bura elə bir yerdir ki, lap istəyir ən dürüst adam olasan, yenə deyəcəklər ki, əşşi müğənnidir də. Bir az sarsaq bənzətmə olsa da, çəkinmədən demək olar ki, müğənni həyatı quş həyatı kimidir. Hər gələn sənə bir daş atır.
Səidə Dadaşova 36 yaşında bir uşaq dünyaya gətirib. Hərə bir tərəfdən tökülüşüb ki, bəs uşağın atası başqa bir qadının əridir. Vəziyyət o həddə çatıb ki, ərlərinin sonsuzluğundan gileylənən qadınlar da həmin uşağı öz ərlərinə "bağlayırlar". Amma bir qadın ortaya əməlli-başlı sənəd-sübut qoyub ki, bəs Səidə mənim ərimə qardaş deyib, sonra da əlimdən alıb. Səidə də deyib ki, atam balası, mən heç kimə qərdeş-zad demirəm, deməmişəm də. Uşağın atası tamam başqa adamdır. Həmin o qardaş da zəng vurub jurnalistlərə deyib ki, mən indi xaricdəyəm, Bakıya çatınca qaçın canınızı qurtarın. Yoxsa gəlib orada qanı su yerinə axıdacağam. Axırda görüb ki, söhbətin barıtı çox oldu. Deyib atam, pis başa düşməyin, özüm elə elədim ki, hirsli olduğumu başa düşəsiz.
Bir təklifim var. Yüz faiz bir qurum yaradılmalı və şou arvadlarının doğduğu uşaqların kimdən olduğu üzə çıxarılmalıdır. Yoxsa belə getsə, çox kişilərin evi dağılacaq. Məsələn, bir evə sən də gedirsən, mən də, bizdən başqa daha beş nəfər də. Sabah oradan güldan itirsə, hamımızı birdən tutub basırlar dama. Amma evdə təhlükəsizlik kamerası olsa, daha bir də əziyyət çəkib hamını çağırmazlar. İndi mən demirəm kiminsə harasınasa kamera qoymaq lazımdır. Düşünülsə, nəsə etmək mümkündür.
Mədəniyyət və Turizm Nazirliyində xətrimi o qədər çox istəyirlər ki, hər həftə bu qurum haqda yazmağı özümə borc bilirəm. Ötən həftə əməkdar artist Əli Nur demişdi ki, bu qurum fəxri adları satır. Özü də qiymətlər xeyli yüksəkdir. Elə bunu yazmışdım ki, bir də gördüm nazirlikdə aləm dəyib bir-birinə. Dedim yəqin çox xoşlarına gəlib. Məlum oldu ki, başqa söhbət imiş. Azərbaycanda heç bir nazirlikdə mənim bu qədər hörmətim yoxdur. Heç bir dövlət qurumu yazdığım yazıya görə bu qədər narahat olmur, müxtəlif şəxslərin vasitəsilə bu qədər xahiş-minnətlər etmir. İki gün öncə jurnalistləri Naftalana yığıb aparıblar. Jurnalistlər də burada Naftalan nefti ilə tanış olublar.
Səfərdən şəkilləri görəndə çox sevindim. Bildim ki, nazirlik özü mənə əziyyət verməmək üçün dəvət etməyib. Naftalan Bakıdan xeyli yoldur. Get, qayıt, yazı hazırla, xeyli vaxt aparacaq. Nazirlikdən bir tanış adam mənə dedi ki, səni başqa səbəbə dəvət etməyiblər. Soruşdum səbəbi. Dedi ki, qardaş, sən Bakıda oturub Gəncə, Mingəçevir teatrları haqda yazdığın yazıları zorla çıxartdırmağa çalışırlar. Bəs gedib Naftalanda gözünlə gördüklərini yazsaydın, onda yalvarsaydılar da, xeyri olmayacaqdı. Dedim, əşşi mənim boş vaxtım olsa, göyərçinlərimi uçurdaram da buradan Naftalana nöyütə baxmağa görə nöş gedirəm ki? Həm də nöyüt işinə başqaları baxır.
Üç-dörd gün öncə Space-də böyük sənətkar, vokal-estrada məktəbimizin nadir səs sahiblərindən biri, toyların bəzəyi, kənd toylarının şahı, şəhər toylarının padşahı Əlikram Bayramovun ad günü keçirilirdi. Ad gününü də elə Əlikram boyda da olmasa, təxminən o "razmer"də xeyli sənətkar toplaşmışdı. Elə birinin adını deyəcəm - aşıq Telli. Yox, deyəsən "razmer" çox yekə oldu. Eşitdiyimə görə gələn ay Üzeyir Mehdizadənin ad günüdür. Keçirmək məsləhətdir.
Müğənni Ayan müsahibədə deyib ki, bundan sonra ailə qurmaq haqda düşünür. Ailə qurduğu insanla da yaş fərqi 10 da ola bilər, 30 da. Hərə bu söhbəti bir yerə yozub.
Axır ki, Elza Seyidcahanın parlament seçkilərində uduzduğu rəsmən təsdiqini tapdı. Ha-ha-ha-ha... hi-ha-ha-ha... Gülmürəm. Deputatların bəxti gətirdi bu səsləri eşitməkdən. Əsas məsələ odur ki, İlhamə Quliyeva növbəti seçkilərdə özü Elza Seyidcahana səs verəcək. Tobaaa...
Strategiya.az
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM