Saytların problemləri müzakirə edildi - FOTOLAR

16:25 / 27.02.2014

Bu gün Azərbaycan Mətbuat Şurasında «Onlayn media: peşəkarlıq və məsuliyyət» mövzusunda «dəyirmi masa» keçirilib. 
 
Musavat.com-a verilən məlumata görə, tədbiri giriş sözü ilə MŞ sədri Əflatun Amaşov açaraq bildirib ki, bütün dünyada olduğu kimi, Azərbaycanda da ənənəvi mediadan onlayan mediya keçid prosesi yaşanmaqdadır. Mövcud prosesdə bir sıra problemlər də var və onların həllində ictimai institut kimi jurnalistikanın özü yaxından təşəbbüs göstərməlidir.
 
Ə.Amaşov çıxışında Mətbuat Şurasına daxil olan şikayətlər üzərində dayanıb: «Ötən illərlə müqayisədə internet media resurslarının fəaliyyəti ilə bağlı daxil olan müraciətlərin sayı çoxalmaqdadır. Bəzən görürsən ki, peşə davranışı qaydalarına etinasız yanaşan hansısa qəzetin rəhbəri sonradan xəbər saytı yaradır və eyni əməllərini orada da davam etdirir. Belələrinin xoşagəlməz davranışları əksər hallarda cəmiyyətin rəhbər tutduğu dəyərlərə də kölgə salır. Bütün bunları nəzərə alaraq Mətbuat Şurası bir sıra tədbirlər həyata keçirib. Məlum olduğu kimi, Şuranın tərkibində İnternet media resursları üzrə Komissiya yaradılıb. Biz eyni zamanda «Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları»na dəyişikliklər aparmaqla internet media orqanlarını da bir növ, ictimai məsuliyyətə çağırmışıq. Mətbuat Şurasının strukturunun internet media məkanındakı proseslərə daha aktiv şəkildə nüfuz etməsi üçün Azərbaycan jurnalistlərinin ötən ilin iyulunda baş tutmuş VI qurultayında nizamnaməyə dəyişikliyi həyata keçirdik. Artıq Şuranın İdarə Heyətinin tərkibində internet medianı təmsil edən şəxslər də fəaliyyət göstərməkdədirlər».
 
Azərbaycanda əhalinin 70 faizindən çoxunun internet istifadəçisi olduğunu vurğulayan Ə.Amaşov dünyanın bir sıra ölkələrində xəbər portallarının dövlət qeydiyyatının aparıldığını diqqətə çatdırıb. MŞ sədri eyni zamanda müəyyən müddətə xəbər saytlarının dövlət tərəfindən müəyyən yardımlar əldə etməsinin mümkünlüyündən də söz açıb: «Mətbuat Şurası xəbər saytlarına dövlət yardımının edilməsinin tərəfdarıdır və bu təşəbbüslə çıxış edir. Hesab edirəm ki, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə vəsaiti artdıqca məsələnin daha real mexanizmi barədə düşünmək mümkün olacaq». 
 
MŞ-nin İnternet media resursları üzrə komissiyasının rəhbəri Elnur Baimov çıxışında əsasən internet təhlükəsizliyi ilə bağlı məqamlara toxunub. O bildirib ki, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tərkibində Elektron Təhlükəsizlik Mərkəzi fəaliyyət göstərməkdədir. İnternet xəbər portallarının rəhbərləri təhlükəsizliklə bağlı hər hansı problemin yarandığını hiss etdikləri halda mərkəzin 1654 nömrəsinə zəng edib fikirlərini çatdıra bilərlər. Digər tərəfdən, Mətbuat Şurası həmin mərkəzlə birgə xəbər saytlarının sırf texniki işə cavab verən işçiləri üçün təlimlərin təşkilini də nəzərdə tutur. E.Baimov çıxışında həmçinin dövlət yardımının internet təhlükəsizliyi ilə əlaqədar məsələlərin həlli baxımdan önəmli ola biləcəyinə diqqət çəkib. 
 
MŞ İdarə Heyətinin üzvü, Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin sədri Azər Həsrət bildirib ki, internet media resurslarında keyfiyyət məsələsi barədə söhbət açmaq günün aktual tələbidir. Xəbər portallarında qrammatik səhvlər həddən artıq çoxdur. Bu, müəyyən mənada təbiidir. Hər kəs istəyir ki, əldə etdiyi informasiyanı mümkün qədər tez paylaşsın. Lakin tədricən belə tələskənliyin gətirdiyi mənfi meyllərdən uzaq olmaq lazımdır. Çünki oxucular daha çox səlist təqdimatlara üstünlük verirlər. A.Həsrət çıxışında eyni zamanda internet media məkanının jurnalistikadan sui-istifadə üçün də geniş imkanlar yaratdığını vurğulayıb. O, konkret faktlar üzərində dayanaraq mövcud müstəvidəki xoşagəlməz hallara qarşı ictimai nəzarətin gücləndirilməsinin zəruriliyini əsaslandırıb. 
 
Yeni Media Jurnalistləri İctimai Birliyinin sədri Xəqani Səfəroğlu diqqəti dünyada internet media ilə bağlı müzakirələrin intensiv səciyyə daşıdığını çəkib. Müzakirələrdə əsas xətt internet medianın statusu məsələsidir. Azərbaycan qanunvericiliyində internet media seqmentində boşluqlar var. «Kütləvi informasiya vasitələri haqqında» Qanunda internet anlayışı çox yayğındır. KİV məhsulu kimi onlayn internet media vasitələrinin təqdim etdikləri materiallar nəzərdə tutulmur. Bunları qeyd edən X.Səfəroğlu qanunvericilikdəki bu sayaq boşluqların aradan qaldırılmasının zəruriliyini bildirib. 
 
Media hüququ üzrə ekspert Ələsgər Məmmədli bir sıra nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən internet media ilə bağlı diskussiyaların davamlı şəkildə düzənləndiyindən söhbət açıb. Texniki imkanlarla bağlı təchizat prosedurlarının müxtəlif ölkələrdən gerçəkləşdirildiyi hazırkı durumda məsuliyyət məsələləri önəmlidir. Ekseprt onu da bildirib ki, dünyada internet media ilə əlaqədar müxtəlif prosedurların tətbiqinə əsasən konkret mübahisələndirilmə predmetinin mövcudluğu təqdirdə üstünlük verilir.
 
Musavat.com
 









 

Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM