Hər il noyabrın 12-də Azərbaycanda müstəsna əhəmiyyətə malik dövlət bayramı - Azərbaycan Respublikasının Konstitusiya Günü qeyd edilir. İyirmi il əvvəl - 1995-ci ildə ümumxalq səsverməsi ilə müstəqil suveren Azərbaycan dövlətinin Əsas Qanunu - Konstitusiya qəbul edildi. Bu, müstəqil demokratik hüquqi cəmiyyət quruculuğunun qarantı oldu.
Yeni Konstitusiyanın qəbulu Azərbaycan xalqının həyatında baş verən köklü dəyişikliklərlə bağlı idi. Dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycan xalqının qarşısında duran mühüm vəzifələrdən biri Azərbaycanın gələcək inkişafının əsas istiqamətlərinin müəyyənləşdirilməsi üzrə zəruri tədbirlərin həyata keçirilməsi idi. Ölkənin gələcək inkişafının konseptual əsaslarını və fundamental prinsiplərini əks etdirən yeni qanun lazım idi. Lakin o dövrdə ölkədə siyasi sabitliyin və xalqın mənafeyini əks etdirən siyasi iradənin olmaması qarşıya qoyulan vəzifələrin həyata keçirilməsini mümkünsüz edirdi. Yalnız ulu öndər Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra mühüm ictimai-siyasi mühit formalaşdı. Bu, dövlət və cəmiyyət həyatının bütün sahələrində irimiqyaslı işlərə başlamağa, o cümlədən Əsas Qanunu qəbul etməyə imkan verdi.
1995-ci ildə qəbul edilən Konstitusiyası müstəqil Azərbaycanın ilk Konstitusiyasıdır və onun qəbul edilməsi Heydər Əliyevin əvəzsiz xidmətinin nəticəsidir. O, Konstitusiya layihəsini hazırlayan xüsusi komissiyaya şəxsən sədrlik edib, onun cəmiyyətin müxtəlif təbəqələr arasında açıq müzakirəsini təşkil edib. Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində Azərbaycan öz müstəqilliyini bərpa edib. Bu müstəqillik dövlətçilik ənənələri və liderin şəxsi siyasi təcrübəsi əsasında qurulub. Böyük siyasi təcrübəyə malik Heydər Əliyev müstəqil Azərbaycanın dövlətçilik ənənələrinin inkişafında və milli şüurun oyanışında əvəzsiz rol oynayıb. Heydər Əliyevin sayəsində Azərbaycan xalqının tarixi keçmişinə maraq çoxalıb, milli-mənəvi dirçəliş başlanıb.
90-cı illərin əvvəlində Azərbaycanın müstəqilliyini itirmək təhlükəsi yarandı. Xalqın tələbi ilə 1993-cü ilin iyun ayında Heydər Əliyev Bakıya gəldi və Azərbaycan Ali Sovetinin sədri seçildi.
Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra milli ideologiyanı əks etdirən dövlətçilik konsepsiyası hazırlandı. Bu baxımdan o, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ kimi mühüm problemin həlli üçün əhəmiyyətli addımlar atdı. Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində 1994-cü ilin mayında Ermənistanla atəşkəs rejimi haqqında razılıq əldə edildi. Həmin ilin sentyabrında isə neft şirkətləri ilə Xəzərin zəngin neft-qaz strukturlarının istismarı üzrə “Əsrin müqaviləsi” tarixi sənədi imzalandı.
Yeni Konstitusiya demokratik, dünyəvi, hüquqi dövlətin bünövrəsini qoydu. Siyasi sistemin mərkəzində insan, onun hüquq və azadlıqları, demokratik və hüquqi dövlət idealları durdu. Konstitusiyanın Preambulasında Azərbaycan xalqının özünün çoxəsrlik dövlətçilik ənənələrini davam etdirərək, keçmiş, indiki və gələcək nəsillər qarşısında öz məsuliyyətini anlayaraq və suveren hüququndan istifadə edərək bəyan etdiyi ülvi niyyətləri sadalanır.
Azərbaycan Konstitusiyasında müasir sivilizasiyalı cəmiyyətlərin inkişaf istiqamətlərini müəyyən edən proqressiv ideyalar və dəyərlər geniş əks edilib.
Burada nəzərdə tutulur ki, Azərbaycan xalqı suveren hüququnu ümumxalq səsverməsi - referendum yolu və ümumi, bərabər və birbaşa seçki hüququ əsasında seçdiyi nümayəndələri vasitəsilə həyata keçirir.
Dövlət hakimiyyətinin təşkilinin hakimiyyətlərin bölünməsi prinsipinə əsasən aparılması hüquqi dövlətin təməl prinsiplərindən biri olmaqla, Konstitusiyada təsbit edilib. Konstitusiyaya əsasən, qanunvericilik, icra və məhkəmə hakimiyyətləri qarşılıqlı fəaliyyət göstərir və öz səlahiyyətləri çərçivəsində müstəqildirlər.
Əsas Qanunda qeyd edildiyi kimi, Azərbaycanda iqtisadiyyatın inkişafı müxtəlif mülkiyyət növlərinə əsaslanaraq xalqın rifahının yüksəldilməsinə xidmət edir, Azərbaycan dövləti bazar münasibətləri əsasında sosial yönümlü iqtisadiyyatın inkişafına şərait yaradır, mədəniyyətin, təhsilin, səhiyyənin, elmin, incəsənətin tərəqqisinə yardım göstərir, xalqımızın tarixi, maddi və mənəvi irsini qoruyur.
Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanan və ümumxalq səsverməsi yolu ilə qəbul edilən Konstitusiyanın hüquqi fəlsəfəsinin əsasını, onun bütün norma və müddəalarının özəyini məhz demokratik, hüquqi, sosial dövlət formulu, insan hüquq və azadlıqlarının təmin olunması təşkil edir. Ötən dövr ərzində Azərbaycanın hərtərəfli tərəqqisi, ölkə həyatının ən müxtəlif sahələrində aparılan irimiqyaslı islahatlar öz əsasını, mənbəyini məhz 1995-ci il Konstitusiyasından götürüb.
Ümummilli Lider elmi prinsiplərə və zəngin intellektual potensiala əsaslanan mükəmməl dövlətçilik konsepsiyası yaratdı, dövlətin idarə edilməsi sahəsində zəngin elmi-nəzəri və praktiki irs qoydu. Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Heydər Əliyevin nəzərdə tutduğu yolu davam etdirir.
Arif Cəmil oğlu Quliyev, hüquq elmləri doktoru, Kiyev Milli Aviasiya Universitetinin beynəlxalq hüquq kafedrasının professoru, Ukraynanın Əməkdar Təhsil İşçisi, Ukrayna Elmlər Akademiyasının akademiki, “Ukrayna Azərbaycanlıları Elmi Şurası” İctimai Təşkilatının rəhbəri./Azertag/
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM