Strategiya.az bildirir ki, Rusiya-Azərbaycan Dostluq Mərkəzinin direktoru, politoloq Nataliya Krasovskaya AZƏRTAC-a müsahibəsində bakılıların Yeseninə sevgisi, Azərbaycan ruhu və rus dilinin bu iki ölkənin gələcəyini necə müəyyən etməsi barədə söhbət açıb.
-Rusiya-Azərbaycan Dostluq Mərkəzi (RADM) təxminən bir il bundan əvvəl yaradılıb. Bu təşkilatın məqsədləri nədən ibarətdir və mövcud olduğu müddətdə həmin məqsədlərə nail olunubmu?
-Məqsədimiz iki ölkənin xalqlarını bir-birinə yaxınlaşdırmaqdır. Biz həm tarixən, həm də mənəvi cəhətdən bir-birimizə çox bağlıyıq, amma bununla belə bir-birimiz haqqında bilməli olduğumuz yaxşı cəhətlərin heç də hamısını bilmirik. Bizim Mərkəz mədəni və təhsil xarakterli tədbirlər keçirilməsinə kömək edir. Bu tədbirlərin məqsədi Rusiya və Azərbaycan vətəndaşları arasında etimada əsaslanan münasibətlər yaratmaq, nə qədər ortaq cəhətlərimiz olduğunu göstərməkdir. Qələbə Günü həm Rusiyada, həm də Azərbaycanda eyni dərəcədə təntənəli şəkildə qeyd edilir. Bizdə Ramazan bayramının qeyd edilməsi geniş yayılıb, azərbaycanlılar respublikada Pasxa bayramında məmnuniyyətlə iştirak edirlər. RADM rusiyalıları azərbaycanlıların maraqlı ənənələri ilə tanış edir. Məsələn, biz Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində Gül Bayramı təşkil etmişik. Biz Azərbaycan mədəniyyəti və onun ənənələri barədə məlumatı daha əlyetərli etmişik. Hazırda kütləvi informasiya vasitələrində bizim ən yaxın qonşumuzun həyatı barədə, iki ölkənin ümumi cəhətləri barədə məlumatlar xeyli çoxalıb. Buna görə də güman edirəm ki, biz öz məqsədimizin müəyyən qisminə nail olmuşuq, lakin təkmilləşmənin hüdudu yoxdur.
-Azərbaycanda və ya Rusiyanın ictimai təşkilatları arasında sizin tərəfdaşlarınız varmı?
-Əlbəttə! Biz işimizin lap əvvəlində Rusiya cəmiyyətində Azərbaycan mədəniyyətini translyasiya edən təşkilatlarla tanış olmağa başladıq. Buna misal kimi Azərbaycan-Rus Mədəniyyət və Həmrəylik Mərkəzinin adını çəkə bilərəm. Bu mərkəzin keçirdiyi tədbirlər həmişə təsirli olur. Bu yaxınlarda onlar müasir rus yazıçı və şairlərinin əsərlərinin Azərbaycan dilinə tərcüməsi kimi böyük bir mədəni hadisənin təqdimatını keçirdilər. Bu, xalqlarımızın bir-birinin mədəniyyətini mənimsəməsinə, bir-biri ilə tanış olmasına çox sanballı təsir edəcək. Güman edirəm ki, həmin mərkəzlə bizim əməkdaşlığımız davam edəcək. Əlbəttə, biz Azərbaycanda da çox iş görürük. Demək istəyirəm ki, Azərbaycan çox müasir və çox xeyirxah, gözəl ölkədir. Mən bir neçə dəfə Bakıda, o cümlədən birinci Avropa Oyunlarında olmuşam. Bu, həqiqətən möhtəşəm tədbir idi. Açılış və bağlanış mərasimləri Azərbaycan mədəniyyətinin cövhəri idi. Bütövlükdə həmin mərasimlər çox güclü təsir bağışladı.
-Sizin fikrinizcə, bir xalq mədəniyyət vasitəsilə özü haqqında başqa xalqa necə məlumat verə bilər?
-Ən başlıcası – elə məkanlar yaradılmalıdır ki, orada biz öz mədəniyyətlərimizin uğurlarını bir-birimizə nümayiş etdirə bilək. Yaxın vaxtlarda biz “Etnomir”də Qafqaz Günlərində iştirak etdik və mən özüm rusiyalıların Azərbaycan mədəniyyətini nə dərəcədə səmimi və böyük maraqla qarşılamalarının şahidi oldum. Rəqs – beynəlxalq dildir. Azərbaycan rəqqasları çıxış edəndə zaldakı insanlar sanki donub qalır. Xalq musiqisi səslənəndə yenə zaldakılar donub qalır. Xalq mədəniyyəti – istər Rusiyaya aid olsun, istər Azərbaycana – xalqın qəlbinin dərinliklərindən süzülüb gəlir. Qəlbin dərinliyindən gələn səmimi hisslər isə həmişə cavab reaksiyası doğurur. Buna görə də əsas məsələ mədəniyyəti necə təqdim etmək deyil, mədəniyyət özü danışır, ona əlavə bəzək-düzək lazım deyil. Əsas məsələ bunu harada etməkdir. Mərkəzin fəaliyyətdə olduğu bir il ərzində deyə bilərəm ki, bu cür məkanlar yaradılır, bu istiqamətdə hərəkət var. Məsələn, müxtəlif forumların proqramlarının bir hissəsi hökmən müxtəlif xalqların mədəniyyətinə həsr edilir. “Etnomərkəz” tipli çoxsaylı məkanlar da, festivallar, yarmarkalar da buraya aiddir. Həqiqətən bu sahədə maraq var, özü də səthi, bayağı məqamlara yox, dərin məsələlərə maraq var. Söhbət təkcə xalqın mədəniyyətindən getmir. İstedadlı opera müğənnisi Dinara Əliyeva klassik əsərləri ifa edir, lakin onun ifasında milli ruh hiss olunur. Bu da tamaşaçının qəlbində əks-səda yaradır, ifaçıya heyranlıq və hörmət doğurur. Müslüm Maqomayev misilsiz, əbədi sənətkardır, bu səsi eşidənlər Azərbaycanın ruhunu eşidirlər.
-Bəs, Rusiya mədəniyyəti Azərbaycanda nə dərəcədə yaxşı məlumdur?
-Ölkənizdə rus dili və rus ədəbiyyatını Azərbaycanın çoxşaxəli mədəni irsinin bir elementi hesab edirlər. Bircə misal göstərim: Bu il böyük rus şairi Sergey Yeseninin anadan olmasının 120 illiyi tamam oldu. Bu hadisə Azərbaycan üçün də Rusiya üçün olduğu kimi böyük bayram oldu. Artıq bir neçə ildən bəri keçirilən respublika rus dili olimpiadası Rusiyada ədəbiyyat ilinə və Yeseninin yubileyinə həsr edilmişdi. Bundan əlavə, bizim aramızda dil baryeri yoxdur, biz asanlıqla razılığa gələ bilirik. Bunun sayəsində Rusiya ilə Azərbaycan arasında mədəni mübadilə səviyyəsi ilbəil, özü də bütün sahələrdə artır. Bu, bizim gələcəyimizi müəyyən edir.
-Bu məsələ ilə “xalq diplomatiyası” deyilən anlayış arasında nə əlaqə var?
-Bunlar birbaşa bağlı məsələlərdir. Xalq diplomatiyası məhz bu cür müştərək tədbirlərdə xüsusilə parlaq şəkildə təzahür edir, xalqlar öz qonşularının mədəniyyətində olan yaxşı cəhətləri görürlər. Birinci Avropa Oyunlarında könüllülər kimi çıxış etmiş rusiyalı tələbələr Azərbaycan haqqında indi də böyük ruh yüksəkliyi ilə danışır, bununla da öz yaşıdlarının nəzərində Azərbaycanın müsbət obrazını formalaşdırırlar. Qonşuların mədəniyyəti və məişəti ilə şəxsən tanış olan insanlara, bir-birinin qonaqpərvərliyindən istifadə etmiş insanlara kənardan neqativ fikri qəbul etdirmək çətin məsələdir.
Fəridə Abdullayeva
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM