Azərbaycanda pulsuz dini Wi-Fi zonalar yaradıla bilər

09:00 / 12.11.2015

Müasir dünyada dini icmalar sıralarını genişləndirmək məqsədilə bir sıra vasitələrlə yanaşı, internet auditoriya uğrunda da ciddi mübarizə aparırlar. Onların arasında radikallığı ilə seçilən, din pərdəsi altında gizlənən ekstremist cərəyanlar xüsusi fəallığı ilə seçilir.

Bunu nəzərə alaraq Rusiyada əhalinin dini maarifləndirilməsi üçün müasir texnoloji imkanlardan daha səmərli şəkildə faydalanmaq qərarına gəliblər. Belə ki, Rusiyanın Dinlərarası Şurasından verilən məlumata görə, Rusiyada imanlı vətəndaşlar üçün təmiz interneti təmin etmək üçün xüsusi pulsuz dini Wi-Fi girişi nöqtələri yaradılacaq. Dini Wi-Fi sektantların və ekstremistlərin məlumatlarını, eləcə də saxtalaşdırılmış tarixi faktları və porno ilə bağlı sorğuları bloklayacaq.

Pulsuz Wi-Fi nöqtələri dini məbədlərdə, əhali, xüsusən də gənclər arasında populyar olan şəhər meydanlarında və digər ictimai yerlərdə quraşdırılacaq.

Artıq bu layihəyə Rusiyanın müvafiq dövlət qurumları dəstək verəcəklərini də bəyan ediblər.

Bəs Azərbaycanda necə, belə bir sistemin tətbiqinə ehtiyac varmı və bunu etmək mümkündürmü?

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz Milli.Az-a bildirib ki, belə bir sistemin tətbiqinin böyük sosial əhəmiyyəti və onun Azərbaycanda da tətbiqi texniki cəhətdən tam mümkündür: "Nəzərə alsaq ki, son zamanlar radikallğın və ekstremizmin qarşısının alınması üçün insanların dini sahədə maariflənməsinə ehtiyac var, bu baxımdan pulsuz dini Wi-Fi nöqtələrinin yaradılmasının böyük sosial-ictimai əhəmiyyəti var. Əgər maliyyələşmə olsa, bunu həyata keçirmək problem olmamalıdır".

Lakin ekspertin fikrincə, Azərbaycanda nəinki dini Wi-Fi, ümumiyyətlə ictimai yerlərdə - mədəniyyət, ticarət mərkəzlərində, parklarda, üniversitetlərdə, dini və s. yerlərdə internetlə və Wi-Fi-la bağlı ciddi problemlər var: "Bu problemlər əsasən maliyyələşmə ucbatından həll edilmir. Amma düşünürəm ki, Azərbaycan hökumətinin buna imkanı çatar ki, insanların çox toplaşdıqları müəyyən ictimai, sosial, mədəni əhəmiyyətli yerlərdə bunu həyata keçirə bilsin. Çünki bu çox vacib məsələdir. Başqa ölkələrlə müqayisədə Wi-Fi texnologiyası üzərindən internetə əlçatımlılıqla bağlı Azərbaycanda problemlər var. Əlbəttə, belə bir infrastruktur qurulsa, müəyyən filtrasiyanın, süzgəcin də qurulması problem yaratmayacaq. Məsələn, hökumət təhsil sektoruna internet verir. Bu sektora verilən internet süzgəcdən keçirilir. Orada uşaqların əldə olunması qadağan olunan informasiyaları əldə etmələri mümkün deyil. Belə şeyləri universitetlərdə, parklarda, o cümlədən dini yerlərdə etmək olar. Burada qanunvericiliklə müəyyən informasiyaların alınması məhdudlaşdırıla bilər".

İçərişəhər "Gileyli" məscidinin axundu, ilahiyyatçı Mirhəmid Mirtofiqoğlu da Milli.Az-a açıqlamasında belə bir sistemin Azərbaycanda tətbiq olunacağı halda çox səmərəli olacağına inandığını deyib: "Dini maarifləndirmə hər baxımdan təqdirəlayiqdir. İnsanlara dini düzgün öyrətmək, onlara bu işdə kömək etmək savab əməllərdən hesab olunur. Pulsuz dini Wi-Fi vasitəsilə insanların internetlə dini maarifləndirilməsi məsələsi də yaxşı fikirdir. Kim bunu edirsə, insanların din haqqında doğru məlumatlar əldə etməsini kim təmin edirsə, yaxşı iş görür. Amma təbii ki, bu, xərclə olan məsələdir. Düzgün dini maarifləndirmə, insanları zərərli cərəyanlardan uzaq tutmaq və əsl həqiqəti insanlara çatdırmaq həm dövlətimizə, həm cəmiyyətimizə, həm alimlərimizə, ümumilikdə hər kəsə gərəkdir. İnsanlara doğru yolu göstərmək lazımdır ki, adını dini cərəyan qoyan əyri, saxta, xoşagəlməz yollardan uzaq dursunlar. Əgər Azərbayanda da belə bir imkan yaradılsaydı, çox gözəl olardı. Bu, ümumən istənilən, arzulanan bir şeydir".

Milli.Az-ın sorğusuna cavab olaraq Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnformasiya cəmiyyəti şöbəsinin müdiri İsfəndiyar Əliyev isə bildirib ki, əgər müvafiq qurumlar tərəfindən sifariş olarsa, Azərbaycanda da ictimai yerlərdə pulsuz Wi-Fi zonalarının yaradılması problem deyil: "Bizim nazirliyin əsas funksiyası ondan ibarətdir ki, əhalinin, vətəndaşların internetə və digər rabitə xidmətlərinə çıxışını təmin etsin. Qanunvericiliklə müvafiq qaydada texniki olaraq istənilən yerdə Wi-Fi zonaların yaradılması mümkündür. Sadəcə bunun maliyyələşməsi məsələsi həll olunmalıdır. Aidiyyatlı qurumlar tərəfindən belə bir təşəbbüs olsa və bizə müraciət edilsə ki, filan yerlərdə Wi-Fi zonanın yaradılmasına baxılsın, bu işləri həm dövlət qurumları, həm də özəl sektordakı mütəxəssislər həyata keçirə bilərlər. Çünki bunun həyata keçirilməsi üçün texniki baxımdan ciddi problem yoxdur. Filtrasiyanı də tətbiq etmək mümkündür. Lakin kontentlə, hansı mövzularla bağlı məlumatların əldə edilməsi ilə bağlı məsələ isə artıq bizim səlahiyyətimizə aid deyil".

Milli.Az məsələ ilə bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin də rəyini öyrənməyə çalışıb. Dövlət Komitəsindən bildiriblər ki, sorğu yaxın zamanda cavablandırılacaq.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM