XİN-dən Strategiya.az-a verilən xəbərə görə, cari ilin 12 fevral tarixində Azərbaycan Respublikasının İtaliyadakı səfirliyi və İnsan Hüquqları üzrə İtaliya Helsinki Komitəsi və İnsan Hüquqları üzrə İtaliya Liqasının birgə təşkilatçılığı ilə “Silahlı münaqişələr zamanı dinc əhalinin müdafiəsi: Xocalı məsələsi” adlı beynəlxalq konfrans keçirilib.
Konfransda İtaliya və Almaniyadan olan natiqlərin məruzələri olub. Konfransı İnsan Hüquqları üzrə İtaliya Helsinki Komitəsinin baş katibi Antonio Stanqo açmışdır. İlk öncə o, rəhbərlik etdiyi Komitənin uzun illərdir davam edən və hələ də həllini tapmayan Ermənistan-Azərbaycan münaqişəsinə artan marağını qeyd etmişdir. A.Stanqo buna misal olaraq ötən il ərzində Səfırlik və Komitənin birgə təşkilatçılığı ilə Romada keçirilmiş “Münaqişələr zamanı insan hüquqlarının pozulması: Xocalı qətliamı - Qafqazda Srebrenitsa” və “Beynəlxalq humanitar hüquqda məcburi köçkünlərin müdafiəsi: Azərbaycan məsələsi” adlı beynəlxalq konfranslar haqqında danışıb.
İnsan Hüquqları üzrə İtaliya Liqasının rəhbəri Alfredo Arpaia silahlı münaqişələr zamanı dinc əhalinin hüquqlarının müdafiəsi və onların pozulmasına görə məsuliyyətin müəyyən edilməsi istiqamətində beynəlxalq hüquqa uyğun olaraq daha da təsirli addımların atılması və beynəlxalq ictimaiyyət tərəfindən bu cür məsələlərə diqqət yetirilməsinin vacibliyini vurğulayıb.
İtaliya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun üzvü senator Roberto Mura Xocalı qətliamının 22-ci ildönümü ərəfəsində belə bir tədbirin keçirilməsinin əhəmiyyətindən danışmışdır. O, vurğulamışdır ki, 1992-ci il fevralın 25- dən 26-na keçən gecə 613 dinc sakin öldürülmüş. 1275 nəfər girov götürülmüşdür. Roberto Mura bunun bəşəriyyətə qarşı ağır cinayət və soyqırım olduğunu xüsusilə qeyd etmişdir. R.Mura bildirmişdir ki, BMT Təhlükəsizlik Şurası işğalçı Ermənistanın Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarılması haqqında dörd qətnamə qəbul etsə də, Ermənistan bu nüfuzlu beynəlxalq təşkilatın tələblərinə məhəl qoymamaqdadır.
Roma Apellyasiya Məhkəməsinin baş ittihamçısı Antonio Marini Xocalı qətliamı ilə bağlı ədalətin bərpa olunması haqqında danışarkən münaqişələr zamanı insan hüquqlarının pozulmasında təqsirli olanların məhkəmə mühakiməsi yolu ilə cəzalandırılmasının vacibliyini vurğulamışdır.
İtaliyanın keçmiş baş prokuroru, hazırda Avropa Şurasının İrqçiliyə və Dözümsüzlüyə qarşı Avropa Komissiyasının üzvü Vitaliano Espozito Xocalı və Srebrenitsanın oxşar və fərqli cəhətlərindən danışarkən bildirmişdir ki, Xocalı qətliamının Srebrenitsa ilə müqayisədə əsas fərqi hüquq nöqteyi nəzərdən beynəlxalq ictimaiyyət tərəfındən indiyə qədər heç bir addımın atılmamasıdır.
Sonra Xocalı soyqırımından bəhs edən videoçarx nümayiş olunub.
Tədbirdə İtaliya — Azərbaycan Assosiasiyasmın rəhbəri Paola Kasaqrande, Tor Verqata Universitetinin beynəlxalq hüquq üzrə dosenti Fiametta Borcia, Udine Universitetinin müasir tarix üzrə professoru Fulvio Salimbeni, “II Sole 24 Ore” qəzetinin müxbiri Roberto Boncorni, İtaliya Senatının İnsan hüquqlarının qorunması və təşviqi üzrə fövqəladə komissiyasının sabiq üzvü senator Marko Perduka, Sapienza Universitetinın beynəlxalq əlaqələr üzrə prorektoru Antonello Biagini və həmin universitetin Azərbaycan üzrə tədqiqatçısı Daniel Pommier çıxış edərək, Xocalı qətliamı ilə bağlı keçırilən bu cür tədbirlərin beynəlxalq ictimaiyyətin məlumatlandırılması baxımından mühüm əhəmiyyət daşıdığını bildirmişlər. Natiqlər Xocalı faciəsinin dünya ölkələri tərəfındən soyqırım kimi tanınması istiqamətində görülən işlərin vacibliyini vurğulayıblar.
Tədbir çərçivəsində Hamburqda fəaliyyət göstərən Bundesver Akademiyasının tədqiqatçısı, professor Yohannes Raunun müəllifı olduğu “Azərbaycan tarixində Dağlıq Qarabağ münaqişəsi” kitabının təqdimatı da keçirilmişdir. Y.Rau diqqətə çatdırmışdır ki, kitabda Ermənistan-Azərbaycan münaqişəsinin tarixi kökləri, səbəbləri və nəticələri barədə faktlara əsaslanan dolğun məlumatlar yer almışdır. Nəşr Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı təcavüzünü. etnik təmizləmə siyasətini və münaqişə ilə bağlı həqiqətləri əks etdirir.
Tədbirin auditoriya ilə müzakirələr hissəsində Ermənistan səfırliyinin müşavıri Anahit Tovmassian erməni mövqeyini səsləndirərək həmişəki kimi Sumqayıt hadisələri, R.Səfərov məsələsini və Azərbaycan tərəfındən hərbi xərclərinin artırılması ilə regionda guya gərginliyin yaranması haqqında yalanları dilə gətirmişdir. Buna cavab olaraq səfır Vaqif Sadıqov vurğulamışdır ki, 20 ildən artıqdır ki, Ermənistan tərəfı bu cür yalanları beynəlxalq ictimaiyyətə çatdırmaqdadır. Sanki Azərbaycan ərazisini başqa bir qüvvələr işğal edib və Azərbaycanın dinc əhalisinə qarşı törədilmiş cinayətlər Azərbaycan tərəfindən edilibdir. Səfır Vaqif Sadıqov qarşı tərəfin yalanlarını auditoriya qarşısında ifşa edərək, münaqişənin həll olunması məsələsində Ermənistan hökumətinin qeyri-konstruktiv mövqeyini və ATƏT-in Minsk Qrupunun uzun müddətdir ki, uğursuz fəaliyyətini qətiyyətlə pisləmişdir. O, həmçinin xüsusilə qeyd etmişdir ki, Azərbaycanın 20 faiz ərazisi Ermənistan tərəfindən işğal edilmiş və belə bir şəraitdə hərbi potensialımızın artırılması məhz ərazimizin qorunması məqsədini daşıyır. Sonda səfır Vaqif Sadıqov Ermənistan-Azərbaycan münaqişəsinin həllini yalnız Azərbaycanın ərazi bütövlüyü prinsipi əsasında beynəlxalq hüquqa uyğun olaraq mümkün olduğunu vurğulayıb.
Konfransda İtaliyanın akademik, elm və təhsıl dairələrinin təmsilçiləri, Romada akkreditə olunmuş diplomatik korpusun və yerli KİV-lərin nümayəndələri iştirak ediblər.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM