Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-ya açıqlamasında bildirib ki, noyabrın 5-də Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən 106 saylı orta məktəbdə baş vermiş insidentlə bağlı Bakı şəhər prokurorluğu tərəfindən şəhər Təhsil İdarəsi ilə birlikdə araşdırmalar aparılır.
Araşdırmaların nəticəsindən asılı olaraq qanunamüvafiq qərar qəbul ediləcək.
Qeyd edək ki, noyabrın 5-də 106 saylı orta məktəbdə şagird Hacı Əliyevin əlindəki pnevmatik tüfəngdən ehtiyatsızlıqdan atəş açılıb və nəticədə onun sinif yoldaşı Murad Nurzadə yüngül xəsarət alıb.