APA-nın şimal bürosunun verdiyi məlumata görə, balıqçıLaçın Laçınovun meyiti dənizin Niyazabad kəndi sahilində aşkarlanıb.
Qeyd edək ki, noyabrın 4-də Xəzər dənizinin Xaçmaz sahilində içərisində 3 nəfərin olduğu balıqçı qayığı ilə əlaqə kəsilmişdi. Onların axtarışına Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin xilasediciləri, helikopteri cəlb olunmuşdu.
Bir gün sonra balıqçılardan birinin - Tikanoba kənd sakini Həmzə Nurəddinovun meyiti sahildən 500 metr içəridə tapılıb. Meyit Xəzər dənizinin Xaçmaz rayonunun Çayqaraqaşlı kəndi istiqamətində aşkarlanıb.
Noyabr ayının 12-də isə balıqçı İlqar Daşdəmirovun meyiti dənizin Niyazabad kəndi sahilində tapılaraq ailəsinə təhvil verilib.
Strategiya.az