"Sən ölən gün qızıma xınayaxdı edəcəm” - ÖLKƏNİ SARSIDAN QƏTLİN MƏHKƏMƏSİNDƏN

20:45 / 13.11.2015

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 1998-ci il təvəllüdlü Aytac Babayevanı qətlə yetirməkdə təqsirləndirilən Gürcüstan vətəndaşı İzzət Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Məlumata görə, proses başlamazdan öncə zalda gərginlik yaranıb. Belə ki, İzzət Rüstəmov zala daxil olan kimi, Aytac Babayevanın anası Gözəl Babayeva üzünü məhkuma tutub: “Kişi niyə qıza əl qaldırır. Onun səsi mənim qulağımdan getmir. Ay əclaf, yatanda Aytacın səsi gəlmir qulağına? Mən hər gün dəfələrlə ölürəm. Onun yatdığı yeri, tozlu kitablarını, geyinmədiyi paltarlarını görəndə ölürəm. Sənə söz verirəm ki, sən ölən günü Aytaca xınayaxdı edəcəyəm. Xına düzəldəcəm. İnşallah, tez öləcəksən. Sən bu əməlinə o biri dünyada necə cavab verəcəksən? Mənim gül kimi qızımı öldürdün. İmkan verin onun üzünə tüpürüm”.

 Bu zaman hakimlər zala daxil olub. Prosesə sədrlik edən Tamella Nəsrullayeva məhkəmə iclası açıq elan edib. Şahid qismində Orxan Axundov dindirilib. O, ifadəsində İzzət Hüseynovla eyni məhəllədə qaldıqlarını, ölən Aytac Babayeva ilə sinif yoldaşı olduqlarını bildirib: “Onlar 9-cu sinifdən bəri bir-birilərini sevirdilər. Bunu hamımız bilirdik.  Bir müddətdən sonra İzzət dedi ki, Aytacla aramızda soyuqluq var. Səbəbini soruşsam da, demədi. Biz də onun üstünə getmədik. Bir gün İzzətlə görüşdük, avtobus dayanacağının qarşısında mənə və digər məhəllə yoldaşımız Orxana qıraqda durmağı tapşırdı. Aytac gəldi, mübahisə elədilər, İzzət Aytacın telefonunu əlindən alıb, yerə çırpdı. Səbəbini bilmədik, soruşmadıq ki, öz aralarında olan işdir. Hadisə günü Rəhim adlı tanışım  zəng edib dedi ki, İzzət Aytacı bıçaqla vurub. İnandırıcı gəlmədi. İzzətə zəng etsəm də, nömrəsinə zəng çatmadı. Sinif yoldaşım Solmaza zəng elədim, o da məlumatsız olduğunu bildirdi”.

 Şahid hakim və prokurorun suallarını cavablandırıb. Bundan sonra zərərçəkmiş şəxsin hüquqi varisi Gözəl Babayeva şahidə sual verib. Bu zaman İzzət Hüseynov yerindən danışaraq, Aytacın anasına söz atıb. Bu zaman zalda gərginlik yaranıb. Gözəl Babayeva İzzət Hüseynovun üzərinə getmək istəsə də, məhkəmə icraçıları və Penitensiar Xidmətin əməkdaşları ona mane olub. Zaldakı gərginliklə bağlı İzzət Hüseynovun qohumlardan birinin ürəyi gedərək dili qatdalanıb. Ona ilk yardım edilib.

 Hakim bildirib ki, cinayət işində adı keçən  şahidlərin hamısı məhkəmədə  ifadə verib. İzzət Hüseynov məhkəmə dövründə ifadə vermədiyinə görə hakim sözü ona verib. Təqsirləndirilən şəxs məhkəmədə sərbəst ifadə verib. O, ifadəsində Aytac Babayevanı məktəbdə gördüyünü deyib. “Aytacdan xoşum gəlirdi. 9-cu sinifdə ona olan hisslərimi özünə bildirdim. İlk başlar mənə inanmırdı. Gözəl xanımda bir dəfə məktəbdə üstümə gəlmişdi. Məni dəhlizdə tutub, qızından əl çəkməyimi bildirmişdi. Sonradan Aytacla münasibətlərimiz yaxşılaşdı. Hazırlığa gedirdi. Gedirdim onunla. Aparıb-gətirirdim. Bizim ailəmizdə hamı Aytacı bilirdi. Onun bacısı, xalası qızları, bibisi qızları da məni tanıyırdı. Aytaca ad günü keçirmişdim. Elə onun xalası qızları, mənim dostlarımla birlikdə şəhərdə kafedə ad günü qeyd etdik. Hər şey yaxşı gedirdi. Səhərə qədər danışırdıq. İki illik danışıqlarımın hamısını məhkəməyə təqdim etmişik. Baxa bilərsiniz. Sonradan birdən-birə aramızda soyuqluq yarandı. Boş-boş şeylərin üstündə bir-birimizi qırırdıq. Mənə dostlarımla çayxanaya getməməyi deyirdi. Mən isə buna razı olmurdum. O, hara gedirdisə, məndən icazə alırdı. Aramızda bir neçə günlük küsülülük yaransa da, tez barışırdıq. Amma yenə boş şeylərin üstündə bir-birimiz qırdıq. Xeyli müddət danışmadıq. 2-ci günlər fizika hazırlığına gedirdi. Getdim həmən yerə. Saat 2-də hazırlığı başlayırdı. Gəlmədi, gözlədim. Saat, haradasa, 4-ə işləyirdi. Aytac dayısı oğlu Orxanın qoluna girərək uzaqdan gəlirdi. Məni görən kimi əlinin Orxanın qolundan çıxartdı. Birinci qısqanmadım, dedim, dayısı oğludur. Sonradan fikirləşdim ki, Aytac niyə məni görən kimi əlini Orxanın qolundan çəkdi? Orxanı səslədim. Dedim ki, qızı hazırlığa qoy, gəl, səninlə işim var. Qoyub gəldi. Oturduq. Mənə dedi ki, sən kimsəm. Özümü təqdim edib, bildirdim ki, Aytacın sevgilisiyəm. Mənə təəccüblə baxdı. O, Aytacla sözləndiyini, bir-birilərini sevdiklərini dedi. Anlamadım. Dedim, axı onun sevgilisi mənəm. Orxan Aytacla avqust ayından danışdıqlarını dedi. Aytacı gözlədim, gəldi. O da Orxanla münasibətlərinin olduğunu dedi.  Əlim-ayağım boşaldı. Həmin yeri tərk etdim. İş yerimi dəyişdim. Məhəlləyə az getdim ki, onun üzünü görməyim. Yeni il günü idi. Telefonuma gizli nömrədən zəng gəldi. Səsimə qulaq asırdılar. Birdən qulağıma Aytacın bacısı Ayşənin səsi gəldi. Bildim ki, mənə zəng edən Aytacdı. Yanvarın 17-də Aytacın ad günü olacaqdı. Əvvəldən bilirdim ki, Aytac  “Panda” kuklası istəyirdi. Alıb, evlərinin qabağına qoydum. Yenə də görüşmək istəmirdim. Bir gün işdən gələndə avtobusda Aytacı gördüm. Tək idi. Yaxınlaşdım. Söhbət elədik. Sabah görüşmək üçün vəd aldım. Evdən çıxanda bıçaq götürdüm. Ona sevgimi sübut etmək üçün özümə xəsarət yetirəcəkdim. Görüşdük. Aytac mənə dedi ki, get, özünə başqa birisini tap. Yeni həyat qur. O, an özümdən çıxdım. Onu çox sevirdim. Dünya başıma yıxıldı sanki. Bilmədən, hiss eləmədən bıçaqla Aytacı vurdum. Hadisənin şokundan həmin yerdən qaçdım. Yolda nə elədiyimi anladım. Aytacı öldürmək üçün ora getməmişdim. Sadəcə sevgimi ona isbatlayacaqdım. Peşmanam. Heç belə şeylərin olacağını güman etməzdim”.

 İzzət Hüseynov hakim və prokurorun suallarını cavablandırıb. Bundan sonra zərərçəkmiş şəxsin hüquqi varisi, Aytacın anası Gözəl Babayeva İzzət Hüseynova suallar verib:

 - “Mənim gözəl qızımı niyə öldürdün, onun günahı nəydi? Onu öldürdüyün yerdə özünü də öldürərdin də. Qoşa basdırardılar sizi. Sevirdin qaçırardın da, niyə gül qoxulu qızı qətlə yetirdin?”

 İzzət Hüseynov suallara cavab verməkdən imtina edib.

 Hakim sənədlərin tətbiqi mərhələsinə keçmək istəyib. Bu zaman İzzət Hüseynovun vəkili çıxış edərək bildirib ki, ekspertiza ilə bağlı vəsatət hazırlayıb. Bununla bağlı o, məhkəmədən vaxt istəyib.

Hakim vəkilin xahişi yerinə yetirib. Məhkəmə prosesi noyabrın 17-də davam edəcək.

 Qeyd edək ki, qətl hadisə bu il fevral ayında Bəhruz Nuriyev küçəsi-81 ünvanında baş verib. Gürcüstan Respublikasının vətəndaşı, 1995-ci il təvəllüdlü İzzət Natiq oğlu Hüseynov aralarında yaranan münaqişə zəminində sevdiyi qızı - 1998-ci il təvəllüdlü Aytac Nazim qızı Babayevanı bıçaqlayaraq qətlə yetirib.

 İzzət Hüseynov hadisənin baş verdiyi yerin yaxınlığında yerləşən kişi salonunda usta kimi işləyib. Aytac Babayeva isə Xətai rayonu ərazisində yerləşən 58 saylı orta məktəbin 11-ci sinif şagirdi olub. lent.az


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM