Həmçinin Olland sərhədlərin bağlandığını elan etdi.
Parisdə partlayışlar və atışma nəticəsində azı 150 nəfər ölüb.
Trend-in "RİA Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, Parisdə “Bataklan” konsert zalında naməlum şəxslər tərəfindən azı 100 nəfər girov götürülüb.
Parisin Stade de France stadionu yaxınlığında Fransa-Almaniya yoldaşlıq matçı zamanı bir neçə partlayış baş verib.
Prezident Fransua Ollandın da stadionda canlı izlədiyi Fransa–Almaniya dostluq görüşü zamanı stadionun kənarında partlayışlar eşidilib. Dövlət başçısı stadiondan çıxararaq birbaşa Daxili İşlər Nazirliyinə gedib.