Fransa polisi noyabrın 13-də baş vermiş silsilə terror aksiyaları ilə bağlı istintaq hərəkətlərini davam etdirir.
İndiyə qədər açıqlanan məlumatlarda terrorçular arasında bir fransız vətəndaşı olduğu bildirilir.
İlkin məlumata əsasən, İsmail Ömər Mustafa adlı bu şəxs 1985-ci il təvəllüdlüdür və Fransanın Şartr qəsəbəsində yaşayıb. Fransa polisi onun şəxsiyyətini “Bataklan” klubunda kəsilmiş barmaq izlərindən müəyyən edib.
Mustafa əvvəllər xuliqanlıqla məhkum olunub. Fransa xüsusi xidmət orqanlarındakı “potensial terrorçu” siyahısında onun adı olmayıb.
Açıqlanmış son məlumatlara görə, İsmail Ömər Mustafa yaxın vaxtlarda Türkiyə üzərindən Suriyaya gedib. Hazırda onun atası, qardaşı və qardaşı arvadı da daxil olmaqla yaxınlarından 6 nəfər həbs edilib. Onların evlərində axtarış aparılır.
Terrorçuların istifadə etdikləri qara rəngli “Seat Leon” markalı avtomobil isə Paris yaxınlığındakı Montröy qəsəbəsində tapılıb. Avtomobildən silah da götürülüb.
Parisdə isə bu gün bazar günü olduğu üçün və xüsusilə polisin xəbərdarlığı nəzərə alındığından əksər müəssisələr və ticarət mərkəzləri qapalıdır. Bütün Fransa ərazisində təhlükəsizlik tədbirləri görülüb, strateji obyektlər və əhalinin sıx toplaşdığı yerlər xüsusi nəzarətə götürülüb.
Ölkə ərazisində təhlükəsizlik tədbirlərini həyata keçirmək üçün Fransa ordusundan 5000 silahlı əsgər cəlb edilib.
Sakinlər terror hadisələrinin baş verdiyi ərazilərə gəlib, qurbanların xatirəsini yad edir, gül qoyur, şam yandırırlar.
Hadisə nəticəsində ölən və yaralananların ailə üzvləri və qohumları üçün Parisin Hərbi Məktəbində xüsusi psixoloji məntəqə açılıb. Son məlumatlara görə, hadisə nəticəsində 129 nəfər ölüb, 352 nəfər yaralanıb. Yaralılardan 90-nın vəziyyəti ağır olaraq qalır. Ölənlərin şəxsiyyətinin müəyyənləşdirilməsi prosesinə də başlanılıb.
Hökumət üzvləri bütün bəyanatlarında xalqı həmrəy olmağa, həmçinin daha ehtiyatlı və diqqətli davranmağa çağırırlar. Fransa rəsmilərinin bəyantlarında tez-tez “ölkənin müharibə vəziyyətində olması” barədə fikirlər səsləndirilir. Prezident Ollanddan sonra Fransanın baş naziri də “ölkənin İŞİD-ə qarşı müharibədə olduğunu” bildirib. O qeyd edib ki, bundan sonra “İslam Dövləti”nə qarşı hücumlar intensiv olacaq.
Bu gün nəşr olunmuş Fransa qəzetlərinin də manşetləri istisnasız olaraq terrorla bağlıdır. Tirajlı qəzetlərin hamısında “Fransa İŞİD-ə qarşı”, “Mən Parisəm”, “Müqavimət göstərək”, “Fransa müharibəyə girir” başlıqlı manşetlər atılıb.
Ölkədə nümayişlərin keçirilməsinə icazə verilməsə də, əhali əsas meydanlara toplaşır. Sabah isə yerli vaxtla saat 12:00-da Fransada 1 dəqiqəlik sükut elan olunacaq.
Bazar ertəsi məktəblərin fəaliyyətini bərpa edəcəyi deyilsə də bu barədə hələlik rəsmi qərar yoxdur. Muzeylər, idman kompleksləri və sair yerlər isə hələ bir müddət bağlı olacaq.
Fransa prezidenti Fransua Olland Xalq Hərəkatı Birliyi Partiyasının sədri Nikolya Sarkozi və ifrat sağ partiya olan Milli Cəbhənin sədri, xanım Marin Le Penle görüşür. Bazar ertəsi isə Olland Versal sarayında parlamentin hər iki palatasının, Milli Assambleya və Senatın sədrləri, parlamentdəki siyasi qrupların rəhbərləri və müxalifət partiyalarının iştirakı ilə toplantı keçirəcək. Bundan sonra isə onun xalqa müraciət edəcəyi gözlənilir (APA).
Strategiya.az
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Bayden ABŞ Məxfi Xidmətinin direktorunun istefa verdiyini açıqlayıb
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM