Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Strategiya.az-a verilən məlumata görə, Baş Cinayət-Axtarış İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 161-ci maddəsi (soyğunçuluq) ilə axtarışda olan Seymur Abuşov tutulub.