Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Strategiya.az-a verilən məlumata görə, noyabrın 6-da Zərdab rayonunun Əlvənd kəndində yaşayan Aynur Qasımova evdən çıxıb və geri qayıtmayıb.
Noyabrın 16-da onun meyiti Kür çayının Otmanoba kəndinin ərazisindən keçən hissəsində tapılıb.
Faktla əlaqədar cinayət işi başlanıb.
Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.