Strategiya.az-a daxil olan açıqlamada bildirilir ki, bu gün bəzi kütləvi informasiya vasitələrində “Sədərək” Ticarət Mərkəzində ölüm hadisəsinin baş verməsi ilə bağlı yanlış məlumat yayılıb: “Bildiririk ki, 2015-ci il noyabrın 16-da “Sədərək” Ticarət Mərkəzinin Elit korpusunda daxili nizam-intizam qaydalarını pozduğuna görə vətəndaşla ictimai asayişi təmin edən polis əməkdaşları arasında insident yaşanıb. Nəticədə insidentə səbəbkar olan şəxs saxlanılaraq, polis bölməsinə aparılıb. Hadisə zamanı ölüm faktının qeydə alınması ilə bağlı yayılmış məlumat həqiqətə uyğun deyil”.