Azərbaycanda son həftələrdə WhatsApp mobil ismarış tətbiqində zəng funksiyasının çalışmamasının səbəbləri ətrafında müzakirələr davam edir.
Bir qrup yeni texnologiya eksperti mobil operatorları və İnternet operatorlarını proqramın zəng funksiyasını "bloklamaqda" ittiham etsə də, başqa bir qrup problemi WhatsApp tətbiqində yeniliklər aparılması ilə əlaqələndirib.
İkincilərin fikriylə razılaşan Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RİTN) bildirib ki, Azərbaycanda “WhatsApp” messencerinin işində müşahidə olunan problemlərin ölkənin mobil rabitə operatorları və rabitə administrasiyası ilə bağlılığı yoxdur.
WhatsApp smartfonlar üçün nəzərdə tutulub və mətn, foto, video və audio şəkildə informasiya paylaşmaq imkanı verir, son aylarda isə bu tətbiqlə zəng etmək də aktivləşdirilib.
Hələlik WhatsApp zəngdən istifadənin məhdudlaşdırılması səbəbi bilinməsə də, vətəndaşlar BBC Azərbaycancaya pulsuz zəng imkanından məhrum olduqlarını deyib.
"WhatsApp Zəngdən istifadə edirdim, konturum getmirdi, pulsuz danışırdım", Xəyalə Məmmədova deyib.
"Rahatlıqla danışırdım, əsasən də Türkiyə ilə. Son günlər olmur", Vüsalə Mustafayeva bildiirib.
Ulviyye Ulviyye bildirib ki, "Mənim fikrimcə, Bakcell, Azercell bu WhatsApp call çıxandan qazana bilməyib, ona görə ləğv elədilər Azərbaycanda".
Sevinc Çəltikova isə bildirib ki, o hələ də Bakcell operatorunun 3G şəbəkəsinə qoşularaq WhatsApp üzərindən zənglər edə bilir.
BBC Azərbaycancanın danışdığı vətəndaşlardan çoxu bildirib ki, heç bir mobil operator üzərindən WhatsApp zəngləri edə bilməsələr də, bəzi ərazilərdə sürətli optik şəbəkə üzərindən hələ də WhatsApp zəng etməyə müvəffəq olublar.
BBC Azərbaycancanın Google+ səhifəsində keçirilən sorğuda iştirakçıların çoxu bu mobil tətbiqin zənglərindən istifadə edə bilmədiklərini deyib.
"Rəsmi boyunlarından atsalar da, fakt odur ki, mobil operatorlar və provayderlərin çoxu WhatsApp zəng çıxışını bloklayıb", adının çəkilməsini istəməyən İnformasiya Texnologiyaları (İT) eksperti bildirib.
Bu barədə WhatsApp-dan şərh almaq hələ ki, mümkün olmayıb.
Beynəlxaq İT forumlardakı yazışmalarda bağlı deyilir ki, zənglərdəki problemlər, bir sıra kodların deaktiv edilməsi və ya yeniliklərin tətbiqi, eləcə də, İnternet xidmət provayderlərinin multimedia rabitə sessiyalarının siqnalizasiyası və nəzarəti üçün rabitə protokolunun, SİP-in (Session Initiation Protocol) bloklaması, eləcə də qeyri-rəsmi proqramdan istifadə zamanı meydana çıxa bilər.
BBC Azərbaycancanın danışdığı digər eskpertlər də oxşar fikir söyləyib. Onlar ehtimal edir ki, məhdudlaşdırmaya əsas səbəb "mobil operatorların gəlirinin azalması" ola bilər, lakin "informasiya təhlükəsizliyi" də səbəblər arasındadır.
Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynov deyir ki, insanları pulsuz zəng hüququndan məhrum etmək Konstitusiyaya, həm də qanunlara "ziddir".
"Qadağa qoyulmasını mən düzgün hesab etmirəm. Azərbaycan dünyaya inteqrasiya etmiş bir ölkədir və yəqin ki, tam liberallaşmağa davam etməlidir", o bildirib.
Cənab Hüseynov əlavə edib ki, "onsuz da mobil operatorlar böyük rentabellə işləyən və istehlakçıların daim cibinə girən biznes qurumlarıdır. Belə vəziyyətdə onların WhatsApp qadağa qoyması düzgün deyil".
Ekspert Vahid Qasımov isə BBC Azərbaycancaya müsahibəsində deyib ki, tətbiq "digər ölkələrin bəzilərində də işləmir, bəzən olur, məncə bu sadəcə xırda texniki problemdən irəli gəlir".
"Mobil operatorlardan ikisində işləmir, birində işləyir. İnanmıram ki, bu mobil operatorlardan irəli gəlsin. Bizim operatorlar çox sinxron işləyir, biri problem yaratsaydı, digərləri də qoşulardı", cənab Qasımov ehtimal edib.
İnternet provayderlərinin qadağası ilə bağlı Azərbaycanın iki əsas İnternet operatoru Delta Telecom və Azertelekom BBC Azərbaycancanın sorğularına hələlik cavab verməyib.
RİTN isə rəsmi açıqlamasında bəyan edib ki, nazirlik mobil şəbəkə üzərindən fəaliyyət göstərən proqram əlavələrinin istifadəsinə qadağa qoymaq niyyətində deyil və yeniliklərin tərəfdarıdır.
"Bu tip xidmətlərin qarşısının alınması inkişafın qarşısını almaq anlamına gəlir və belə bir məsələ nazirliyin prioriteti ola bilməz".
Məlumatda deyilir ki, operatorlar RİTN-ə məlumat verib ki, məşhur tətbiqlər vasitəsi ilə bugün mobil rabitə operatorlarının şəbəkəsi üzərindən pulsuz yazılı, səsli mesajların mübadiləsinin aparılması, hətta artıq səsli və görüntülü data məlumatların ötürülməsi mümkündür.
"...operatorlar səsli mobil rabitə xidmətlərindən əldə etdikləri gəlirləri itirsələr də, data xidmətlərindən əldə etdikləri gəlirlər bunu ödəyir. Belə olan halda hər hansı bir mobil tətbiqin məhdudlaşdırılması mobil operatorun maraq dairəsinə daxil ola bilməz", RİTN qeyd edir.
Nazirlik onu da qeyd edib ki, bu messencer hazırda iyunun 18-dən bəri Böyük Britaniya, Almaniya, İtaliya, Fransa, İspaniya kimi inkişaf etmiş ölkələrdə, eləcə də Cənubi Amerika, Hindistan, Avstraliyada problemlərlə işləyir və ya ümumiyyətlə işləmir.
Problemin ən çox müşahidə edildiyi Azercell şirkəti Twitter səhifəsində bildirib ki, şirkət WhatsApp əlavəsinin istifadəsinə "heç bir məhdudiyyət qoymayıb" və mobil internet ilə bağlı şəbəkədə "heç bir çətinlik qeydə alınmayıb".
İndiyə qədər WhatsApp zəng, VoİP-ə (İnternet Protokolu üzərindən səsli kommunikasiya) qoyulan qadağalara görə rəsmi şəkildə Birləşmiş Ərəb Əmirliklərində məhdudlaşdırılıb.
RİTN bildirib ki, Azərbaycanda internet azaddır və ölkədə 3 mobil operator və 40-dan çox internet provayder fəaliyyət göstərir və insanlar daha çox internet traffikindən istifadə edir./atv/
Strategiya.az
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM