- Rafael müəllim, ilkin müşahidəmi deyirəm: jurnalistlərdən bərk inciksiniz. Mətbuata verdiyiniz açıqlamalarınızda hətta aqressiv, qəzəbli cavablarınızı da oxumuşam...
- Məsələ ondadır ki, jurnalistlər mənim haqqımda qarayaxma apara bilməzlər. Həyatda özümü elə aparıram ki, onların nə isə xoşagəlməz şeylər yazması mümkün deyil. Sadəcə, jurnalistlər qızımı müzakirəyə çıxarırlar, onun haqqında yazırlar, bu da düzgün deyil. Sənətkar övladını müzakirəyə çıxarmazlar. Çalışırlar, qızım haqqında xeyir sözlərdənsə, şər sözləri işlətsinlər. İstəmirəm kobud danışam, yoxsa qaralamağa qalsa, əstəğfürullah, mən də elə qaralayaram, yeddi qatdan keçər. Mətbuatdan incikliyim övladımla bağlıdır. Çünki sənətkar olmaqla bərabər, özümü elə aparıram ki, lazımsız söz-söhbətə səbəb olmayım. Kimsə axtarıb nə isə tapmaq istəyəndə, tez qızıma sataşır. Mən sizin vasitənizlə xahiş edirəm: jurnalistlər belə şeyləri etməsinlər. Qızım haqqında danışanda mənə toxunurlar. Əgər mənim sənətim haqqında yüksək fikirdəsinizsə, başqa tərəfdən niyə övladımı qaralayıb başımı aşağı edirsiniz?
- Qoqolun “Müfəttiş” əsərində bələdiyyə sədri rolunda çıxış edirsiniz. Məşqlər nə yerdədir?
- “Müfəttiş”in Akademik Milli Dram Teatrına gəlişi yaxşı hadisədir. Çünki bu tamaşa uzun müddətdən sonra səhnəyə qoyulur. Klassik əsərləri repertuara daxil etmək vacibdir. Ümumiyyətlə, teatr hər zaman klassik əsərlərlə qiymətli olub. Sevinirəm ki, “Müfəttiş” bizim teatrda səhnəyə qoyulub və baş rol da mənə həvalə olunub. (Gülür). Bizim hörmətli direktorumuz İsrafil müəllimin təklifi ilə ötən il bu əsər plana daxil edildi və təklif etdi ki, bələdiyyə rəisini Rafael Dadaşov oynasın. Hələ ki, məşqlər davam edir, axtarışlar aparılır, düzəlişlər olunur. “Müfəttiş”dəki ab-hava, dövr, quruluş tamam başqadır. Əgər mən o zamanda olsaydım, əlbəttə, istəyərdim, vəzifəm bələdiyyə rəisi olsun və mən yaxşı yaşayım. (Gülür). Həmin obrazı yaratmaq, tamaşaçıya düzgün çatdırmaq aktyor kimi borcumdur.
- Gənc rejissorla işləməyin üstünlüyü, çətinliyi nədədir?
- Bilirsiniz, mən müşahidə edirəm. Bir var, rejissora tabe oluram, nə deyirsə, onu edirəm, bir də var, müşahidə edirəm ki, görüm, nizamı düz verirmi, düz işləyirmi. Mənim səhnə təcrübəm deyərdim ki, bir neçə rejissorun təcrübəsinə bərabərdir. Özüm hiss edirəm ki, nə düzdür, nə yolunda getmir. Amma susuram ki, görüm, rejissor nə deyəcək, mən düşündüyümü edə biləcəkmi? Görürəm, yox, bizim gənc rejissorlar hələ o səviyyədə deyil, onlar hazır deyillər. İkinci tərəfdən bu gün internetdə o qədər hazır tamaşalar var, gir tamaşanın formasını oradan götür, bura qoy. Hazır tamaşalar o qədərdir, deyərdim, tamaşa hazırlamaq elə də çətin deyil. Baxıb, nəyə isə oxşadacaqsan də!
- Rejissorlardan kimə tabe olmusunuz?
- Birinci növbədə Tofiq Kazımova. Ona çox inanmışam və bu teatra da onun mənə olan inamına görə gəlmişəm. Məmnuniyyətlə işləmişəm Ələsgər Şərifovla. Mənim üçün vacib olan Tofiq Kazımovun yüksək sənətkarlığı idi ki, onun inamı ilə bu yerə gəlib çatmışam. Düzdür, Mehdi Məmmədovla da işləmişəm, amma əsasən Tofiq Kazımova tabe olmuşam. Mərahim Fərzəlibəyovla da uzun illər işləmişik. Onun gözəl xüsusiyyəti var ki, yaxşı səhnə quruluşu verir. Düzdür, aktyorla işləmək qabiliyyəti siz deyən yoxdur. Yəni hər şeyi aktyorun öhdəsinə buraxır ki, özün tap, işlə, oyna. Amma ümumi kompozisiyası gözəl və maraqlı olur.
- İllər keçəndən sonra aktyorun gənclik həyəcanı ilə təcrübəli vaxtlarının həyəcanı arasında fərq olur, yoxsa püxtələşəndən sonra sənətkar üçün çox şey adiləşir? Məsələn, elə sizi götürək...
- Əlbəttə, o dövrlə indiki vaxt arasında böyük fərq var. O dövrdə mən böyük aktyorlarla səhnəyə çıxırdım və təbii ki, onun həyəcanını yaşayırdım. Ümumi cəhət odur ki, mən o vaxt da təbii idim, indi də təbiiyəm.
- Bəs məsuliyyət hissində, işə münasibətdə?
- O vaxt da məsuliyyətli idim, indi də məsuliyyətliyəm. Necə ola bilər, aktyor səhnədə məsuliyyətsiz olsun? Mən sənətkar övladıyam. Nənəm də, anam da, atam da sənətkar olub. Onların işə olan münasibətini, məsuliyyətini görmüşəm. Ona görə də öz işimə heç vaxt səthi, qeyri-ciddi yanaşmamışam. Zalda beş nəfər də olsa, imkan vermərəm tamaşaçı “bu nə oyun idi, Rafael göstərdi” desin. Mən Sofya xanımın, Məlik müəllimin oğluyam. Həyatda da, səhnədə də özümü məsuliyyətsiz apara bilmərəm ki, kimsə desin, elə ata-anadan belə oğul?
- Neçə yaşınızdan sonra hiss elədiniz ki, sizi Məlik Dadaşova, Sofya Hüseynovaya görə yox, özünüzə görə tanıyırlar?
- Bu gün də istəyirəm məni atama-anam görə tanısınlar. Məsələn, istəyirəm, oğluma görə məni tanısınlar. Desinlər, Rafael filankəsin atasıdır. Amma arzu etmirəm ki, atamı-anamı mənə görə tanısınlar. Çünki onlar elə səviyyəyə qalxmışdılar ki, ora çatmaq mümkün deyil.
- Məlik Dadaşova münasibət birmənalı olmayıb, onu istəməyənlər çox olub. Gəncliyinizdə sizə münasibətdə bunun təsiri olubmu?
- Bilirsiniz, Məlik müəllimin hüququ var idi ki, narazılığını, tələblərini hər yerdə desin. Ona görə də belə şeyləri kəskin şəkildə deyirdi, dilə gətirirdi və haqlı idi. Bir var başını aşağı salırsan, axınla üzürsən, bir də var, Məlik müəllim kimi liderlik keyfiyyətlərin olur və ondan istifadə edirsən. Onun ətrafında olan bəzi insanlar münasibətlərinə övladı da qatırdılar. Mən bunu çox kəskin şəkildə öz həyatımda hiss etmişəm. Məsələn, uzun müddət ad almamışam. Bu nəyin nəticəsidir? 60 yaşında xalq artisti olmuşam. Halbuki, 30 yaşımdan populyaram. Hamıdan gec ad aldım, hamıdan gec ev aldım. Nəyə görə bir çox tədbirlərdə iştirak etməmişəm, filmlərə çəkilməmişəm? Bütün bunların səbəbi atama olan münasibətə görə olub. Elə bilirsiniz, Məlik müəllim özü yağ-bal içində yaşayırdı? Onu yaşadan xalqın sevgisi, məhəbbəti, sənətinə olan böyük diqqət idi. Elə bilirsiniz, atam hər şeydən razı getdi? Yox! Hətta 70 illiyini də qeyd etmədilər.
- Sizin və atanızın dostları haqqında danışaq...
- Atamı deyə bilmərəm, mənim sənət dostum yoxdur. İnanmıram ki, onun da sənət dostu olub. Siz mənə o adamı göstərin ki, dost deyilən kəsdən ziyan çəkməsin. Yoldaşlıq etdiyim, oturub-durduğum adamlar var, onlarla dərdləşə də bilərəm, amma dost bir az çətin məsələdir.
- Şöhrəti gündəlik həyatınızda hansı şəkildə hiss edirsiniz?
- Hansı şəkildə deyirsinizsə, o cür də hiss edirəm. Hətta sizə deyim, adamlar var, mənim şəklimi telefonunda saxlayır, yeri gələndə, mənimlə bir yerdə olan şəklini başqalarına göstərir. Bu, mənə insan kimi, aktyor kimi yaşamaq, yaratmaq üçün kömək edir. Cavan olanda mənə yaraşıqlı oğlan kimi münasibət bəsləyirdilərsə, indi sənətkar kimi baxırlar. Heç vaxt şöhrətpərəst olmamışam. Hətta özüm bəzən tanınmağın kompleksini yaşamışam, bəzi yerlərdə rahat ola bilməmişəm. Tanınmaq insanı məcbur edir ki, özünü yığışdırsın. Sizə açıq deyim: demək olar, zarafat etmirəm. Çünki mənimlə də zarafat edə bilərlər və bu, mənə xoş gəlməyə bilər. Anam həmişə mənə deyirdi, istəsən də, istəməsən də Allah sənə şöhrəti, sevilməyi verib. Bu, hər aktyora nəsib olmur. Şöhrət rütbəyə çatmaq, ad qazanmaq deməkdir. Qazandığın sevgini qorumaq da adama asan başa gəlmir. İndiyə qədər özümü elə aparmışam ki, bir adam haqqımda əyri danışa bilməz.
- Hacı İsmayılov bizimlə müsahibədə demişdi ki, tanınmağıma görə qohumlar işlə bağlı, düşdükləri çətinliklə bağlı ağız açırlar ki, məsələn, uşağı işə düzəlt, filankəsə zəng et tapşır və s. Sizdə vəziyyət nə yerdədir, uşağı işə düzəltdirmək üçün sizə müraciətlər olur?
- Hacı müəllim çox populyar və sevilən aktyordur. Ona görə düz deyir, insan tanınanda ondan kömək istəyirlər. Çünki sənin əlin hansısa qapılara çatır. Anam həmişə deyərdi, bəzi yerlərə gedəndə sən mənim yanımda ol. Deyirdim, nə danışırsan, sən xalq artistisən, “Şöhrət” ordeni almısan, mənə nə ehtiyac duyursan, özün o qapını döyərsən də, açarlar da. Deyirdi, yox, mən başqa, sən başqa. Tanınmaq, sevinmək tamam başqa hissdir. O mənada, adama övladın da, ətrafın da köməkliyi dəyir. Məsələn, bizim əmimiz qızı Brilyant Dadaşova. Tanınan, sevilən adamdır, bütün qohum-əqrəba üz tutur ki, kömək et, filan işi həll elə. Bizdə daha çox qadınlardır, ona görə sözləri olanda çox vaxt Brilyanta deyirlər. Amma yeri gələndə, məni də qoşurlar. Əl tutmaq, kömək etmək gözəl şeydir. Deyir, əl tutmaq Əlidən qalıb. Amma biz öz gücümüzdən artıq kömək edə bilmərik. Çox təəssüf ki, sənin ümid etdiyin qapı üzünə açılmır. Ya da açılırsa, həll etmirlər. Bax, bu pisdir. Çünki sən kimisə ümid edirsən ki, mən gedərəm, zəng edərəm. Özü də tam təmənnasız. Əstəğfürullah, öz payıma deyirəm ki, kimdənsə nə isə götürürəm. Qətiyyən! O qədər adama kömək eləmişəm ki... Elə Naxçıvanın özündə kömək ediblər, qardaşım üçün çox şeyi həll etmişəm. Naxçıvan əhlinə minnətdaram, sağ olsunlar. Amma elə vaxtlar olub, çox pis olmuşam, ağız açmışam, etməyiblər. Eləyin də, nə olar, kömək edəndə pis olur? Xahiş etmişəm, filankəs işsizdir, iş verin, ailəsini dolandırsın. Adamı arxayın etmişəm ki, danışdım, sənə iş verəcəklər, sonra zəng edib ki, düzəlmədi...
- Dolanışıq necədir?
- Şükür, şikayətim yoxdur. Allah ulu öndərimizə qəni-qəni rəhmət eləsin. 2002-ci ildə gözəl təşəbbüslə teatra gəldi ki, sizə təqaüd verəcəyəm. Cənab prezident İlham Əliyevdən çox razılıyıq, atasının yolunu ləyaqətlə davam etdirir, bizim imkanları bir az da artırıb. Min manat prezident təqaüdü alıram, mənim üçün böyük köməkdir. Anama deyirdim, neçə ildir teatrda külüng vurub nə qazanmısan? Deyirdi, hər şeyi qoyuram bir kənara, bu yaşlı vaxtımda prezident təqaüdü alıram, mənə böyük kömək olur, əlimdən tutur.
- Toylara tamada gedən aktyorların həmişə tərəfində olmusunuz, onlara haqq qazandırmısınız. Aktyorun toya getməsinə pis baxanlar da olur...
- Aktyor tam təmin olunubsa, adamı çağırıb deyərlər, sənin nədən korluğun var ki, toya gedirsən? Məsələn, ayda 3 min manat pul alan adam 50 manata görə niyə toya getməlidir? Amma cavan aktyorlar toya getməyib nə ilə dolansınlar? Ev yox, dolanışıq yox, insan bəs necə yaşasın? Mən vaxtilə toya getmişəm, tamadalıq etmişəm. Kişi heç vaxt pul qazanmaqdan utanmamalıdır.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM