Dünya bazarında neftin ucuzlaşması, Azərbaycanda gəlirlərin azalması və iqtisadi aktivliyin aşağü düşməsi özünü avtomobil bazarında da göstərib.
Məlumata görə, gəlirlər azaldıqdan, üstəlik belə vəziyyətin gələn il də davam edəcəyi məlum olandan sonra avtomobillər sürətlə ucuzlaşmağa başlayıb.
«Yanacaq sərfiyyatına və sığorta xərclərinə baxırlar»
Artıq alıcılar avtomobili alarkən indiyədək o qədər də ciddi nəzərə alınmayan məsələlərə- ehtiyat hissələrinin qiymətinə, yanacaq sərfiyyatına, hətta sığorta xərclərinə də diqqət edirlər. Maşınların qiymətinin aşağı düşməsinə taksilərlə bağlı yeni standartların tətbiqi də səbəb olub. Fins.az-ın məlumatına görə, bütün bunlar nəticəsində avtomobillərin kəskin ucuzlaşması ilə nəticəənəb. Bəzi modellərdə ucuzlaşma 50%-ə çatır. Hətta satılmadığına görə 80-100 min manat ucuzlaşan avtomobillərvar.
«14 ay bazarda qalandan sonra 16 min manata satıldı»
Avtomobil satıcıları “alver”in olmamasında narazıdırlar. Maşın bazarında və avtomobil salonlarında çalışanlar günün bütün günü müştəri gözləməklə keçirirlər. Satıcılar bildirir ki, ötən il ay ərzində 10-12 maşın satılırdısa, indi 3-4 avtomobil satmaq mümkün deyil. Maşınlarla maraqlananlar da kəskin azalıb. Olanlar isə avtomobilə görə çox ucuz qiymət təklif edirlər.
Avtomobil satışlarının azalması nəticəsində qiymətlər də xeyli ucuzlaşıb. Məsələn, avtomobil satıcısı Oley Şamxalov fins.az-a bildirib ki, iyul ayında 18900 manata satılan “Mercedes E 200” avtomobilini hazırda 9-10 min manata alan tapılmır. Onun sözlərinə görə tanışlarından birinə Almaniyadan “Mercedes E 220” avtomobili alıb gətirmək 22 min manata başa gəlib. Avomobil bazarda 14 ay qalandan sonra 16 min manata, həm də hissə-hissə ödəməklə satılıb. Üstəlik, həmin şəxs avtomobilin satılmadığı dövrdə bazarda saxlanılmasına görə 2 min manat da ödəməli olub.
“Mercedes”, “Toyota”, “KİA” və “Hyundai”lar kəskin ucuzlaşıb
Bəzi maşınların qiymətində isə az qala ikiqat ucuzlaşma var. Belə ki, bir neçə ay əvvəl alıcılar arasında çox populyar olan “Mercedes E Class 350” avtomobili 28 min manatdan 16 min manata kimi ucuzlaşıb.
2014-cü il model 2.4 litr mühərrikli «Hyundai Sonata» avtomobili 25 min manatdan 16 min manata, eyni istehsal ilinə və eyni mühərrikə malik «KİA Optima» avtomobili isə 23 500 manatdan - 15 min manata kimi ucuzlaşıb. Bir il əvvəl 18-19 min manata asanlıqla satılan 3,8 litr mühərikli 2008-ci il model «Mitsubishi Pojero» indi 11-13 min manata təklif edilsə də, alan yoxdur.
Avtomobil satıcısının sözlərinə görə, «Toyota» avtomobilləri də 10 min manata kimi ucuzlaşıb. Məsələn, əvvəl 38 min manata satılan 2009-cü il model «Toyota Prado»nun qiyməti 22 min manata kimi ucuzlaşıb. Ötən il 35 min manata satılan 2,7 litr mühərrikli 2012-ci il model «Toyota Prado» isə hazırda 25 min manata təklif edilir.
«Opel» avtomobilləri isə ümumiyyətlə «su qiyməti»nə düşüb - bu maşınlar 5-6 min manata kimi ucuzlaşıb. O.Şamxalovun sözlərinə görə, 2008-ci il model «Opel Vectra» əvvəl 13 min manata satılırdırsa, indi qiymətlər 7 min manata enib. 1998-2003-cü il model 1,6-1,8 mühərrikli «Opel Astra» isə 8 min manatdan 2-4 min manata qədər ucuzlaşıb.
Böhran kiçik biznes avtomobillərini “vurub”
Bəzi avtomobillərin satışının azalması isə iqtisadi böhranla bağlıdır. Bununla bağlı xüsusilə də biznes modellərinin satışı azalıb. O.Şamxalov “Fiat” avtomobillərinin satılmamasını kiçik biznesin azalması ilə əlaqələndirib. Məsələn, əvvəl hər hansı kiçik yük daşımalarda əlverişli olan bu avtomobillərin qiyməti 50 % aşağı düşüb. Belə ki, əvvəl 15 min manata satılan 2012-ci il model “Fiat"lar indi müştərilərə 10 min manata təklif edilir.
Bu avtomobillər 40-80 min manat ucuzlaşıb
Satıçıların sözlərinə görə manatın ucuzlaşmasından sonra avtomobil alıcıları qənaətə üstünlük verməyə başlayıblar. Buna görə də iri mühərrikli və bahalı avtomobillər daha çox ucuzlaşıb. Son illər Bakının imkanlı təbəqəsi arasında populyar olan və statusu nümayiş etdirən “Lexus”, “Galenvagen”, “Maserati”, “Bentley”, “Porsche” və “Range Rover” kimi bahalı markaların qiymətləri 40-100 min manat arasında ucuzlaşıb. Məsələn, əvvəl 100-105 min manata satılan 2012-ci model 5.7 litr mühərrikli “Lexus” hazırda 50-55 min manata satılır. 6.3 litr mühərrikli 2013-cü il model “Gelendevagen” isə 150 min manatdan 100-95 min manata kimi ucuzlaşıb. Tanışlar öz aralarında bu avtomobili 110-120 min manata alırlar. 2012-ci model 4.7 litr mühərrikli “Maserati Cardekho” avtomobili ötən il 145 min manata satılırdı. Bu il isə onun qiyməti 80-95 manata kimi ucuzlaşıb. 2012-ci il model 4.8 l mühərrikli “Porsche Panamera” avtomobilin qiyməti 110 min manatdan 60-65 min manata enib.
“Bentley”lərin qiyməti də göydən yerə «enib»
Ən böyük ucuzlaşma isə “Bentley” və “Range rover” avtomobillərində müşahidə olunur. bu avtomobillər nə az nə çox 80 min manat ucuzlaşıb. 190 min manatlıq 5.0 l mühərrikli 2014-cü il model “Range Rover”lər 110-115 min manata satılır. 2012-ci il istehsalı olan “Bentley Coupe” avtomobilinin qiyməti isə 520 min manatdan 200 min manata enib.
Fins.az
Strategiya.az
KOBİA və Qlobal Sahibkarlar Şəbəkəsi arasında əməkdaşlıq genişlənir
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM