Strategiya.az-ın DİN-in saytına istinadən verdiyi məlumata görə, Dədə Qorqud kəndində qanunsuz ov etmiş İmişli rayon sakini Vüsal Hümbətov və Etiram Əhmədzadə Saatlı rayon Polis Şöbəsi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi əməkdaşları tərəfindən tutulublar. V.Hümbətovdan “TOZ-63” markalı ov tüfəngi və 24 ədəd patron, E.Əhmədzadədən isə “İJ-18” markalı ov tüfəngi götürülüb.