Strategiya.az bildirir ki, Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Twitter-dəki səhifəsində yazıb.
N.Məmmədov qeyd edib ki, Azərbaycanın və YAP-ın nailiyyətlərlə dolu yolu uzun illər davam edəcək: “Yeni Azərbaycan Partiyası təkcə Azərbaycanın deyil, həm də regionun ən böyük siyasi partiyasıdır. Azərbaycanın və YAP-ın nailiyyətlərlə dolu yolu uzun illər davam edəcəkdir. Bütün Yeni Azərbaycan Partiyası üzvlərini təbrik edirəm!”