Apteklərdə dərmanları niyə tapa bilmirik?

21:19 / 21.11.2015

Azərbaycanda apteklərdə dərmanların vahid qiymətlə satılmasına başlanıldıqdan, yəni sentyabrın 15-dən sonra ortaya çıxan əsas problemlərdən biri insanların dərman qıtlığından şikayət etməsidir. Artıq bu məsələyə rəsmi səviyyələrdə dəfələrlə münasibət bildirilərək qeyd edilib ki, əslində, Azərbaycanda dərman qıtlığı problemi yoxdur.

Bu, apteklərdə dərmanların vahid qiymətlə satılmasına başlanılmasından sonra Səhiyyə Nazirliyi ilə İqtisadiyyat və Sənaye Nazirliyinin birgə apardığı monitorinqlər zamanı da öz təsdiqini tapıb.

Azərbaycanın baş nazirinin müavini Əli Əhmədovun da bu günki açıqlamasından belə nəticəyə gəlmək olar ki, hazırda yalnız ticarət adı ilə axtarılan dərmanların apteklərdə tapılmamasından söhbət gedə bilər. Çünki ölkədə bütün təsiredici maddələr üzrə dərmanlar var və bu baxımdan qıtlıq yoxdur.

Sual olunur: Onda problem nədir? Əgər dövlət qurumlarının da söylədiyi kimi həqiqətən də apteklərdə dərman varsa, insanlar niyə onları tapa bilmirlər?

Dərmanların vahid qiymətlə satılmasına başlanıldıqdan sonra “Aptek təşkilatlarından dərman vasitələrinin buraxılması” haqqında yeni qaydalar hazırlayaraq onu təsdiq edən Səhiyyə Nazirliyi həmin sənədə belə bir yeni bənd də əlavə etdi ki, artıq reseptlərə dərmanların adları deyil, onların patentləşdirilməmiş adları, yəni təsiredici adı qeyd edilməlidir. Sənəd yalnız bir halda istisnaya yol verir. Qaydalara görə, təyin edilmiş dərman vasitəsinin beynəlxalq patentləşdirilməmiş adı olmadığı hallarda, yəni həmin dərman 3 və daha artıq tərkibli, bioloji oxşar dərman qruplarına aid olduqda resept blankında onun ticarət adı yazılmalıdır. Səhiyyə Nazirliyi də bəyan edib ki, bu, həkimlər qarşısında qoyulan tələbdir və onu pozanlar həkimlər qanunvericiliyə müvafiq qaydada cəzalandırılacaqlar.

Əslində, reseptlərlə bağlı edilən bu dəyişikliyi formal xarakterli dəyişiklik kimi qəbul etmək lazım deyil. Çünki reseptlərdə əsas təsiredici maddənin adının yazılması dərman firmaları ilə əməkdaşlıq edən həkimlərin onun marağına xidmət edən konkret dərman adının yazılması hallarının qarşısını almaqla yanaşı, həmin dərmanlardan istifadə etməli olan insanlara da üstünlük verir. Çünki bu halda pasiyentlər artıq həkimin əvvəllər reseptlərdə yazdığı konkret dərman adlarını axtarmalı olmurlar. Reseptlərdə yazılan təsiredici maddə əsasında dərman alması onlara həm də eyni tərkibli maddə əsasında, fərqli adlarla müxtəlif firmalar tərəfindən istehsal edilmiş dərmanların arasından “cib”lərinə uyğun gələni seçməyə imkan verir.

Təbii ki, Azərbaycanda uzun illərin təcrübəsi reseptlərdə dərmanların konkret adının yazılması ənənəsini qoyduğundan insanlar bu yeniliyə qısa bir zaman ərzində alışa bilməyərək hələ də əllərindəki reseptlərlə konkret dərman axtarır, həmin tərkibli digər adda dərman tapdıqda isə ona ehtiyatla yanaşır və almırlar.

Apteklərdə dərman qıtlığının olmaması barədə gəlinən rəsmi rəyə əsaslansaq, onda belə hesab etmək olar ki, mövcud problemin əsas çıxış yolları həkimlərin bu qaydalara əməl etməsi, pasiyentlərin isə bu yeni tələbdən məlumatlı olmasıdır. Əgər həkimlər dərman firmaları ilə əməkdaşlıq maraqlarını əsas götürərək öz mənafelərini güdməsələr, insanları konkret hansısa adda olan dərmanın daha keyfiyyətli olmasına inandırmaqlarından əl çəksələr, pasiyentlərinin məlumatsızlığından istifadə etməsələr və nəhayət, pasiyentlər dərmanın adının deyil, tərkibinin əsas olduğunu dərk etsələr, onlara verilmiş hüquqdan istifadə edərək həkimlərdən reseptlərdə təsiredici maddənin adının yazılmasını tələb etsələr, axtardıqları dərmanları də qısa müddət ərzində taparlar. Hətta bir deyil, bir necə adla. Demək, problemin həlli üçün insanların bu dəyişiklikləri, dərmanların adlarını deyil, onların tərkiblərinin önəmli olmasını dərk etmələri lazımdır.

Baş nazirin mavini Əli Əhmədovun da “Vətəndaşlar yəqin ki, müəyyən adda olan dərmanlara alışıblar, eyni tərkibdə olan digər dərmanlara bir qədər ehtiyatla yanaşırlar. Bunu başa düşürəm. Amma müəyyən bir müddət keçməlidir ki, vətəndaşlar dərmanın adının deyil, tərkibinin əsas rol oynadığını dərk etsinlər. Bundan sonra problem aradan qalxacaq” söyləməsi də göstrərir ki, problemin həlli yalnız insanların özlərindən, düşüncələrini dəyişmələrindən asılıdır.//Trend


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM