Suriyadan müharibənin dəhşətlərindən qaçan insanlar pənah gətirdikləri Avropada badalaq, dəyənəklə qarşılaşır. Qitədə məskunlaşan miqrantlar isə qorxu ab-havasında yaşayır, qaldığı yerlər oda verilir, ya da irqçi münasibətlə üzləşirlər. Avropa ölkələri köməksiz qaçqınları futbol topu kimi bir-birilərinə ötürür, topun, yəni onların öz ərazisində qalmamasına çalışır.
İŞİD-in Parisdə silsilə terror aktları törətməsi Avropanın köhnə qitəyə üz tutan miqrantlara qarşı münasibətini daha da sərtləşdirib. Polşa kimi bəzi dövlətlər ümumiyyətlə miqrant qəbul etməyəciyini açıqladığı halda, digərləri isə yalınız müharibələrin baş verdiyi ölkələrdən qaçqın qəbul edə biləcəyini bildirib. Hərçənd bir müddət əvvəl miqrantların qəbulu üzrə Avropa ölkələri üçün müəyyən kvota ayrılmışdı.
İndi Yaxın Şərqdən, Afrikadan və digər ölkədən miqrant görəndə Avropanın simasından zəhrimar yağır. Bu günlərdə Serbiya 200 miqrantı Makedoniyaya geri göndərsə də, rəsmi Skopye onları nəinki qəbul etməyib, hətta dəyənəklərlə qarşılayıb. Makedoniya sərhədində gördükləri mənzərədən qorxuya düşən qaçqın uşaqların ağlayışına sanki göy də qoşularaq güclü yağış yağdırırdı. İndi özünüzü bir anlıq miqrantların yerinə qoyun. Bunu təsəvvür etmək belə, insanda vahimə yaradır.
Hazırda həmin miqrantlar tərəfsiz bölgədə kimsəsiz, biçarə vəziyyətdə qalıb. Elə bir təəssürat yaranır ki, sanki Yer planetində onlara yer tapılmır. Bəlkə onları kosmik gəmiyə doldurub başqa planetə göndərək. Tərslikdən başqa planetlərdə hələ həyat tapılmayıb, əgər tapılsaydı inanın ki, belə də olacaqdı. İnsanlıq, dəyərlər itəndə qaçqınlarla bağlı ağlasığmaz təkliflər irəli sürülür. Hələ iyul ayında amerikalı milyonçu Ceyson Buzi istənilən ölkədən olan qaçqının yaşaya biləcəyi dövlət yaratmağı təklif etmişdi. Yəhudi əsilli milyonçu qeyd etmişdi ki, özünün “Qaçqınlar milləti” layihəsini həyata keçirmək məqsədilə ölkələrin istifadə etmədiyi torpaqları almaq və ya dənizdə adalar yaratmaq lazımdır. C.Buzi İsraili misal çəkərək belə layihənin uğur qazanacağına əminliyini bildirmişdi: “İsrail demək olar ki, qaçqınlar ölkəsi kimi yaradılıb, amma yalnız yəhudi qaçqınlar əsasında”. Görünən odur ki, hər şey milyonçunun təklifinə doğru gedir.
Bəli, miqrantların üst-başından çirk yağır, nə vaxt çimdiklərini bir Allah bilir, ola bilsin ki, bəziləri müxtəlif xəstəlik daşıyıcılarıdır. Lakin onlar Maldiv adalarından deyil, cəhənnəmə çevrilmiş Suriyadan, İraqdan və Əfqanıstandan gəlir. Onlar ilk növbədə insandırlar, sonra isə müsəlman, suriyalı və s. Miqrantların Avropaya axın etməsi nəticəsində sərhədlərdə yaranan mənzərələr müəyyən qədər II Dünya müharibəsi illərində nasistlərin yəhudilərə qarşı münasibətini xatırladır - sərhəddəki polislərin miqrantları müşahidə edərkən ağızlarını xəstəlik ehtimalına qarşı bağlamaları, qaçqınlara ərzaqların normal paylanılması əvəzinə heyvanlara yem verilirmiş kimi üzərlərinə atılması.
Təsadüfi deyil ki, BMT hazırda Avropadakı miqrant böhranının II Dünya müharibəsindən bəri ən böyük böhran olduğunu açıqlayıb. Hazırda dünya üzrə 60 milyondan çox insan qaçqın və məcburi köçkün vəziyyətindədir. Deməli III Dünya müharibəsi gedir, lakin örtülü formada. Avropa ölkələrinin qəbul etmək istəmədiyi miqrantları dəniz udur. İlin əvvəlindən Aralıq dənizində ölən miqrantların sayı 3 500 nəfəri ötüb.
Paris hadisələrindən sonra ABŞ-ın 30-a yaxın ştatı da avropalı həmfikirlərinə qoşularaq suriyalı qaçqınları qəbul etməkdən imtina ediblər. Adama deyən lazımdır ki, sənin babanın babasının babası məhz Amerika torpaqlarına çağırılmamış miqrant kimi gəlməyibmi? Sonra isə buraları özünküləşdirib yerli əhaliyə divan tutmayıbmı? İnsafən demək lazımdır ki, Nyu-Yorkun meri Bill de Blazio imtina qərarını qəbul edənlərə keçmişlərini xatırladıb və vicdanlarına qulaq asmaları üçün dəniz sahilində Aylinin cansız bədəninin əks olunduğu fotonu göstərib.
Miqrantlarla bağlı yaşananlar Qərb demokratiyası, dəyərləri üçün bir imtahandır. Hələ ki, Qərb bu sınaqdan üzü ağ çıxmır və ona utanc gətirən addımlar atır. Ümidsizliyin mühasirəsində olan miqrantların əlindən tutacaq öz dövləti yoxdur. Onlar ortalıqda qalıb. Düzdür, 2 milyondan çox suriyalı qaçqını öz ərazisində yerləşdirən başda Türkiyə olmaqla azsaylı ölkələr olsa da, bu kifayət etmir. Qaçqınların yeganə ümidi Allaha qalıb. İndi onların insanların başını kəsəndə, günahsız insanları öldürəndə “Allahu Əkbər” (Ən Böyük Allahdır) deyə qışqıranlardan daha çox “Allahu Əkbər” deməyə haqqı çatır. “Allahu Əkbər” deyib ümidsizliyə qapılmamaq üçün.../Trend/
Strategiya.az
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM