Azərbaycanda kriminal "razborka": tapançanı xəncər əvəzlədi

12:00 / 22.11.2015

Şirvanda kriminal "razborka" səngimək bilmir.

Strategiya.az anspress-ə istinadən xəbər verir ki, 16 gün əvvəl - noyabrın 5-də Şirvan şəhəri, H.Əliyev prospektində yerləşən kafedə, kriminal aləmin üzvlərinin ölümlə nəticələnən mübahisəsi dünən Şirvanın Köhnə Şəhər adlanan yaşayış massivində, Kür çayının sahilindəki İsmət Qayıbov adına parkda davam etdirilib.

Qaynağımız bildirib ki, mübahisə Şirvandan olan kriminallarla hacıqabullu kriminallar arasında baş verib. Davada Şirvandan olan kriminallardan xəsarət alanlar olub.

Qarşı tərəfdən yaralananlar olmasa da, avtomobilləri daş, kəsəklə sındırılaraq yararsız hala salınıb. Ərazidə yaşayan sakinlər deyiblər ki, Hacıqabuldan gəlmiş şəxslərin əllərində bıçaq, xəncər görüblər. Hadisə yerinə Şirvan Polis Şöbəsinin əməkdaşları çağırılıblar. Qanlı davanın səbəbi, hələ ki, məlum deyil. Xəsarət alanların kimliyini dəqiqləşdirməyə çalışırıq. Belə məlumatlar var ki, mübahisə noyabrın 5-də baş tutan və "Makarov" tipli silahdan atəş açılmaqla Şirvan sakinləri, əvvəllər məhkum olunmuş, 1990-cı il təvəllüdlü Zaur Vəfadar oğlu Sarıbalayevvə kriminal aləmdə "krıtıy Elvin" kimi tanınan, 1983-cü il təvəllüdlü Nəziyev Elvin Zamanəli oğlununqətli ilə sonuclanan "razborka"nın davamıdır.

Yada salaq ki, baş verən qətl hadisəsi ilə əlaqədar Şirvan sakinləri, 1985-ci il təvəllüdlü Tural Baloğlan oğlu Salmanov və biləvasitə qətli törədən 1989-cu il təvəllüdlü Əli Rasim oğlu Ağamisaxlanılıb. Qan tökülsə də, "razborka" səngimək bilmir. 2 gün əvvəl - noyabrın 19-da qətlə görə həbsə alınan Ə.Ağaminin qardaşı Zaur Ağaminin həyatına qəsd olub. Onu təqib ediblər, Z.Ağami idarə etdiyi maşınla 9 saylı marşrut üzrə hərəkət edən avtobusa çırpılıb. Məlum olub ki, bu qəza da həmin qanlı "razborka"dan qaynaqlanıb. Şirvanda Abdulla ləqəbi ilə tanınan Əli Ağaminin qardaşı Zaur Ağamini "Maqqa" ləqəbli Mahir Tahiroğlu evinə çağırıb. Zaur Ağaminin onun evinə çağırılmasından məlumatlı olan anası bu haqda hüquq mühafizə orqanlarına, DİN 102 xidmətinə məlumat verib. Bundan sonra əməliyyatçılar onun evinə gedib. Z.Ağamiyə Mahir Tahiroğlu evində bıçaqla hədə-qorxu gəlib. Buna görə saxlanılan M.Tahiroğlu Şirvan Məhkəməsinə aparılıb və 15 sutka müddətinə azadlıqdan məhrum edilib.

Bundan sonra Z.Ağami tutulan şəxsin atası Tahir tərəfindən təhdid olunub. Bu gün isə Zaur Ağami qəflətən yoxa çıxıb və sonradan Şirvan şəhərinin "vosmoy" deyilən ərazisində peyda olaraq qəza törədib. Onun kriminal "razborka"ya çağırıldığı haqda da məlumat var. Bildirilir ki, Z.Ağami qəzadan əvvəl təqib olunub. Belə ehtimal var ki, o, dəvət olunduğu "razborka" məkanında qaçıb maşınına əyləşməklə canını qurtarmağa çalışıb və nəticədə qəza törədib.

Qeyd edək ki, noyabrın 5-də gecəyarısı Şirvan şəhəri, Heydər Əliyev prospekti ilə Taleh Ələkbərov küçəsinin kəsişməsində yerləşən kafedə kriminal aləmin üzvlərinin mübahisəsi zəminində 1983-cü il təvəllüdlü Elvin Zamanəli oğlu Nəciyev və 1990-cı il təvəllüdlü Zaur Vəfadar oğlu Sarıbalayev tapançadan ürək nahiyəsindən açılan atəşlə qətlə yetiriliblər. Belə ki, kafenin otağında Elvin Nəciyev "Makarov" tipli tapançadan Zaur Sarıbalayevə atəş açıb. O, aldığı güllə yarasından hadisə yerində ölüb. Şirvan sakini Əli Ağami isə "Makarov" tipli tapançadan açılan atəşlə Elvin Nəciyevi yaralayıb. Sonuncu Şirvan şəhər Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. 

Hadisə yerindən 3 ədəd tapança gilizi və 1 ədəd patron aşkar edilib. Əli Ağaminin qətldə istifadə etdiyi "Makarov" tipli tapança 2 gün sonra Şirvan şəhər Xəstəxanasının ərazisindən götürülüb. Elvin Nəciyevi qətlə yetirən Əli Rasim oğlu Ağami Samur sərhəd-keçid məntəqəsini yeni pasportla keçərkən saxlanılıb. 

Belə ki, həmin pasportda onun ad və soyadı Ağami (anasının qızlıq soyadı) Əli Rasim oğlu, əvvəlki ad və soyadı isə Abdulla Hüseynov olub. O da məlum olub ki, cinayətdə istifadə olunan "Makarov" tapançasını Əli Ağamiyə silahlı insidentlə əlaqədar saxlanılan Tural Salmanov verib.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM