Ümumi məlumat
“Parlament-2015” Seçki Monitorinq Koalisiyası2015-ci il noyabrın 1-nə təyin olunmuş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin monitorinqini aparmaq məqsədilə ölkənin 5 qeyri-hökumət təşkilatı (Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi, Qarabağ Araşdırılmalar Mərkəzi, İqtisadi və Sosial İnkişaf Mərkəzi, Tətbiqi Tədqiqatlar Fondu, Azərbaycan Tələbələr Birliyi) tərəfindən yaradılmışdır. Monitorinqin nəticələrinə dair seçki prosesinin mərhələlərinə uyğun olaraq üç hesabathazırlanmışdır.
- Koalisiyanın Azərbaycan Respublikası Milli Məclisinə seçkilərin keçirilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin 28 avqust 2015-ci il tarixli Sərəncamından sonra seçkilərin təşkili, namizədlərin irəli sürülməsi və qeydiyyatı, seçkilərdə iştirak, müşahidəçilərin qeydiyyatı, namizədlər və siyasi qüvvələr arasında bərabər rəqabət imkanları, seçkiqabağı təşviqat, KİV-ə çıxış imkanları, habelə rəsmi seçki orqanlarının fəaliyyəti haqqında (2 oktyabr – 28 oktyabr 2015-ci il) Aralıq Hesabatı29 oktyabr 2015-ci il tarixdə ictimaiyətəaçıqlanmışdır.
- Növbəti hesabat 2015-ci il noyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçirilən seçkilərdə səsvermə prosesinin monitorinqi ilə bağlı olmuşdur. Həmin hesabat Koalisiyanın 500 müşahidəçisinin 118 seçki dairəsi üzrə 1361 məntəqəsində aparılan müşahidələrə əsasən hazırlanmışvənoyabrın 2-də ictimaiyyətə təqdim edilmişdir.
- Koalisiyanın yekun hesabatı isə aparılan monitorinqlərin, “exit-poll”ların və Mərkəzi Seçki Komissiyası tərəfindən seçkinin rəsmi nəticələrinin müqayisəli təhlili əsasında hazırlanmışdır.
Metodologiya və fəaliyyətin təşkili
Monitorinq çərçivəsində rəy sorğularından da istifadə edilmişdir. Təsadüfi seçmə üsulu ilə hər bir seçki dairəsi üzrə 200 nəfər olmaqla, cəmi 23 600 nəfər respondent arasında sorğular keçirilmişdir. Bundan başqa, monitorinqə cəlb edilmiş ekspert və könüllülər əhali ilə fərdi söhbətlər (müsahibələr) aparmışlar. Müsahibələr hər dairə üzrə 50 nəfər olmaqla, cəmi 5900 nəfəri əhatə etmişdir.
Monitorinq çərçivəsində 118 dairə üzrə 1361 məntəqədə müşahidə aparılmışdır ki, bu da ölkə üzrə bütün məntəqələrin 25 faizini təşkil etmişdir. Proses orta hesabla hər seçki dairəsinin 11 məntəqəsində izlənilmişdir.
Müşahidəçilərimiz olduqları dairələr üzrə məntəqələrdə apardıqları müşahidələri qeyd etmiş, onlardan alınmış bütün məlumatlar monitorinq mərkəzində toplanaraq təhlil edilmiş və hesabat hazırlanmış, 2 noyabr 2015-ci il tarixdə mediaya və ictimaiyyətə açıqlanmışdır.
Nəticələr
Koalisiya monitorinqin nəticələrinə dair yekun hesabatında aşağıdakıları bildirir.
Namizədlərin irəli sürülməsi və qeydiyyatı
Milli Məclis üzvlüyünə namizədlərin irəli sürülməsi və qeydiyyatı prosesi avqustun 29-da başlayıb və oktyabrın 2-dək davam etmişdir. Aparılan müşahidələr göstərmişdir ki, namizədlər üçün imza toplanması zamanı hər hansı ciddi qanun pozuntuları baş verməmişdir. İnzibati resurslardan istifadə, qanunsuz müdaxilə, hər hansı namizədin xeyrinə seçici imzalarının verilməsi üçün xüsusi göstəriş və ya tapşırıqların verilməsi halları müşahidə edilməmişdir. İmza toplanması və onların dairə seçki komissiyalarında (DSK) yoxlanılması zamanı meydana çıxan narazılıqlar qanunamüfaviq surətdə və tezliklə araşdırılmış, aradan qaldırılmış, imza vərəqələrindəkiçatışmazlıqlar səbəbindən qeydə alınmayan namizədlərə lazımi izahatlar verilmişdir. Eyni zamanda namizədlərin qeydiyyatı prosesində aşkarlığın və şəffaflığın təmin olunması məqsədilə dairə seçki komissiyaları tərəfindən müvafiq qərarlar qəbul edildikcə bütün namizədlər haqqında məlumatlar MSK-nın internet səhifəsində yerləşdirilmiş və vaxtaşırı yenilənmişdir.
Verilən şikayətlərə Mərkəzi Seçki Komissiyası (MSK) və məhkəmələrdə vaxtında və obyektiv baxılmışdır. Bəzi DSK-ların qərarları ləğv edilmiş, namizədlərin hüquqları bərpa olunmuşdur.
Ümumilikdə seçki komissiyaları tərəfindən cəmi 1246 nəfərin namizədliyi qeydə alınmışdır, 479-u sonradan müxtəlif səbəblərdən öz namizədliyini geri götürmüşdür.Monitoriq zamanı bu prosesdə onların iradələrinə uyğun olmayan hər hansı hala rast gəlinməmişdir. Milli Məclisə noyabrın 1-də keçirilən seçkilərdə 125 yer uğrunda 767 nəfər mübarizə aparmışdır. Namizədliyi irəli sürülən şəxslər bitərəflərdən, 16 siyasi partiya və bir seçki blokunun təmsilçilərindən ibarət olmuşdur.
Siyasi partiyalar və seçki blokları
Qeyd etdiyimiz kimi 1 noyabr 2015-ci ildə Milli Məclisə keçirilən seçkilərdə 16 siyasi partiya və bir seçki blokunun təmsilçilərin iştirak edib. Seçkilər öncəsi siyasi partiyaların Bakıda və bölgələrdə fəaliyyəti üçün tam demokratik şərait yaradılıb. Müşahidələr göstərir ki, seçkilər ərəfəsi siyasi partiyaların Bakıda və əyalətlərdə toplaşmaq və sərbəst fəaliyyət imkanlarına hər hansı məhdudiyyət qoyulmamışdır. Bakı şəhərində mitinq keçirilməsi ilə bağlı bir dəfə Müsavat Partiyası tərəfindən müraciət edilmiş, onlara Bakı şəhər İcra Hakimiyyəti tərəfindən müvafiq yer ayrılmışdır. 150 nəfərə yaxın şəxs mitinqə qatılmışdır və mitinq insidentsiz sona çatmışdır. Kütləvi tədbirlərlə bağlı başqa hər hansı müraciət qeydə alınmamışdır.
Parlament seçkiləri ərəfəsində ölkənin bir sıra partiyaları birgə əməkdaşlıq barədə razılığa gələrək, “Azadlıq 2015” seçki bloku (KXCP, Xalq, Aydınlar, Vətəndaş və İnkişaf, Azadlıq, Böyük Azərbaycan partiyaları) yaradıblar. Digər partiyalar Müsavat, YAP, Demokrat, Ümid partiyaları, Ədalət, Böyük Quruluş, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Milli Dirçəliş Hərəkatı, Vətəndaş Həmrəyliyi Partiyası, Demokratik İslahatlar Partiyası, Milli İstiqlal Partiyası, Ana Vətən, Vəhdət, Sosial Rifah, Milli Demokrat, Demokratik Maarifçilik partiyaları isə təkbaşına seçkilərdə iştirak ediblər. Oktyabrın 28-də Müsavat Partiyası seçkilərində iştirakını dayandırdığınıbildirmiş və partiya adından irəli sürülən namizədlərinin adlarını seçki bülletenlərindənçıxarılmasını tələb etmişlər. Lakin Seçki Məcəlləsinin tələbinə görə namizəd səsverməyə azı 10 gün qalmışa qədər bu addımı ata bilər. Ona görə də Müsavat Partiyasının seçkidən çəkilmək barədə qərarı faktiki olaraq formal xarakter daşımışdır.
Təşviqat kampaniyası
Namizədlərin seçicilərlə görüşləri üçün təşviqat kampaniyasının aparılması üçün bütün şərait yaradılmışdır. Təşviqatın səmərəli təşkili məqsədilə ölkədə 117 seçki dairəsi üzrə 128 açıq və 128 qapalı yer ayrılmışdır. Eyni zamanda seçicilərlə onların yaşayış yerləri üzrə görüşlər üçün geniş imkanlar təmin edilmişdir. Namizədlər bu imkandan bərabər şəkildə istifadə etmiş, ayrılan yerlərdə seçicilərlə ünsiyyət zamanı heç bir məhdudiyyət və pozuntular qeydə alınmamışdır.
Şikayətlərə baxılması
Monitorinqin nəticələri göstərmişdir seçki ilə bağlı bütün müraciətlər seçki komissiyaları tərəfindən Azərbaycan Respublikasının Seçki Məcəlləsi, Avropa Şurasının Venesiya Komissiyası ilə birgə işlənib hazırlanmış “Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında” və “Məntəqə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında” təlimatlara əsasən baxılmışdır. Daxil olmuş şikayət və müraciətlərin hərtərəfli araşdırılması üçün MSK-da qərarla 9 nəfərdən, DSK-larda 3 nəfərdən ibarət ekspert qrupları yaradılmışdır. Ekspert qrupunun üzvü şikayət və ya müraciət daxil olduğu andan etibarən şikayətlərlə bağlı ətraflı araşdırmalar aparmış, iş üzrə sübutlar toplamış, əldə edilmiş sübutları yoxlamış və qiymətləndirmişdir. Şikayətlərə baxılması prosesi ərizəçilər, müşahidəçilər və digər seçki subyektləri üçün açıq aparılmışdır.Eyni zamanda vətəndaşların öz müraciətlərinə baxılması prosesini izləməsi üçün MSK-nın internet səhifəsində müvafiq bölmə fəaliyyət göstərmişdir.
KİV və seçkilər
Seçkinin əsas subyektlərindən biri olan KİV-lərə seçki prosesinin bütün mərhələlərində iştirak üçün geniş imkanlar yaradılmışdır. Seçkiqabağı təşviqat prosesi ilə bağlı olaraq MSK-ya 23 agentlik, 19 qəzet, 3 televiziya və radio müraciət etmişdir və onlar seçki təşviqatı prosesində iştirak etmişlər.
Yerli kütləvi informasiya vasitələri hər hansı qeydiyyat və ya akkreditasiya tələb olunmadan seçkiləri işıqlandırmışlar.
Xarici İşlər Nazirliyi və Mərkəzi Seçki Komissiyası tərəfindən əlaqələndirilmiş şəkildə 27 xarici kütləvi informasiya vasitəsinin 42 nəfər üzvü seçkiləri işıqlandırmaq üçün akkreditasiya edilmişdir.
Səsvermə prosesini də KİV-lər maneəsiz olaraq izləmişlər.
KİV-lərin seçki komissiyalarında, səsvermə prosesində iştirakına və seçkinin, səsvermənin gedişini izləməsinəhər hansı müdaxilə və ya məhdudiyyət faktı qeydə alınmamışdır.
Seçkilərin idarə olunması
Seçki orqanlarının hazırlığı, seçkinin təşkili və səsvermə
Monitorinq aparılmış bütün dairə və məntəqə seçki komissiyalarının fəaliyyəti qanunvericiliyin tələblərinə uyğun qaydada təşkil edilmiş, müxtəlif siyasi partiyaların nümayəndələri və bitərəflər komissiyalarda təmsil olunmuşlar. Dairə seçki komissiyaları yeni və ya əsaslı təmir edilmiş binalarda yerləşdirilmiş, zəruri texnika və avadanlıqla təchiz edilmişdir. Məntəqə seçki komissiyaları da öz fəaliyyətini düzgün qurmuşdur. Aşağı komissiya üzvləri üçün təlimlər keçirilmişdir.
Seçici siyahıları təkmilləşdirilmiş, hər hansı texniki səhv aşkarlanmamışdır. İnternet səhifəsində namizədlər barədə məlumatlar, MSK-nın qərarları, seçki dairələrinin və seçki məntəqələrinin dislokasiyası, seçicilərin axtarış sistemi, əvvəlki seçkilərlə bağlı məlumatlar, seçki komissiyalarının tərkibi, ünvanı, əlaqə məlumatları, seçki məntəqələrinin ünvanı və xəritəsi, seçicilərin siyahısı, seçkiqabağı təşviqatla əlaqədar məlumatlar, mətbuat bülletenləri və ictimaiyyət üçün maraq kəsb edən digər informasiyalar da yerləşdirilmişdir. Komissiyanın sosial şəbəkələrdə də səhifəsi vardır və məlumatlar mütəmadi olaraq həmin səhifədə də yerləşdirilmişdir.
Səsvermə məntəqələri əhaliyə yaxın binalarda yerləşdirilmişdir. 1000 məntəqədə veb-kameralar quraşdırılmışdır. Bu veb-kameralar vasitəsilə internet istifadəçiləri istər ölkə daxilindən, istərsə xaricdən Mərkəzi Seçki Komissiyasının (MSK) internet səhifəsinə (www.msk.gov.az, www.cec.gov.az, www.infocenter.gov.az) daxil olaraq, heç bir qeydiyyat tələb olunmadan səsvermə prosesini, səslərin sayılmasını, nəticələrin müəyyənləşdirilməsini və nəticələr haqqında rəsmi protokolların hazırlanmasını arasıkəsilmədən canlı müşahidə etmək imkanı qazanmışlar.
Müşahidəçilərimizin olduğu seçki dairələri üzrə məntəqələrdəseçki komissiyalarının işinin təşkili qənaətbəxş olmuşdur. Komissiya üzvləri, habelə səsvermə prosesində iştirak edən digər şəxslər və ya təmsilçilər məntəqələrə vaxtında gəlmiş və səsvermə prosesinə hazırlıq mərhələsində iştirak etmişlər.
Seçki bülletenlərinin verilməsi
Seçicilər məntəqəyə daxil olduqda, ilk olaraq, onların səsvermədə olub-olmamaları seçki komissiyasının üzvlərindən biri tərəfindən aydınlaşdırılmışdır. Bunun üçün onların sol əllərinin baş barmaqları xüsusi lazer cihazla yoxlanılmış, heç bir iz olmadıqda seçici səsvermə otağına buraxılmışdır. Seçki Məcəlləsinə uyğun olaraq, seçici məntəqə seçki komissiyasının üzvlərinə yaxınlaşmış, şəxsiyyətini təsdiq edən sənədi təqdim edərək seçki bülleteni almış, barmağı xüsusi mürəkkəblə işarələnmiş və səsvermə kabinəsinə daxil olmuşdur. Bu zaman seçicilərin sərbəst səsverməsinə hər hansı müdaxilə qeydə alınmamış, gizli səsvermənin pozulması halı müşahidə edilməmişdir.
Seçki bülletenləri Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq, seçicilərə verilmişdir. Bəzi seçicilər ailə üzvlərinin yerinə səs vermək üçün onlara əlavə bülleten verilməsini xahiş etmişlər. Lakin komissiya üzvləri bu tələbin, yəni başqasının əvəzinə səs verməyin qanunsuz olduğunu vətəndaşlara izah etmiş, onlara əlavə bülleten verməkdən imtina etmişlər. Bu hal müşahidə aparılan məntəqələrin 7-sində qeydə alınmışdır.
Monitorinq zamanı müşahidəçilərimizin diqqətini bəzi seçicilərin adlarının seçici siyahılarında tapılmaması da cəlb etmişdir. Müxtəlif dairələrə daxil olan 15 məntəqədə 26 belə hal qeydə alınıb.
Səsvermə otağından kənar səsvermə ilə bağlı da hər hansı problem və ya qanun pozuntusu müşahidə edilməmişdir. Müşahidə apardığımız məntəqələrdə daşınan seçki qutularından istifadə hallarına rast gəlinməyib.
Səsvermə prosesinin izlənməsi
Müşahidəçilərin məlumatlarına görə, seçki bülletenlərinin doldurulması və şəffaf qutulara salınması prosesi zamanı monitorinq aparılmış seçki məntəqələrinin əksəriyyətində hər hansı qanun pozuntusu müşahidə edilməmişdir. Seçicilər sərbəst şəkildə səs vermiş, onların iradəsinin əleyhinə olaraq, seçki komissiyalarının üzvləri, müşahidəçilər və ya digər seçki iştirakçıları tərəfindən hər hansı müdaxilə halına rast gəlinməmişdir. Ayrı-ayrı namizədlərin müşahidəçiləri və məşvərətçi səs hüquqlu məntəqə seçki komissiyaları üzvləri üçün tam şərait yaradılmış, onların səsvermə prosesini izləməsinə heç bir maneçilik müşahidə edilməmişdir.
Bununla yanaşı, bəzi məntəqələrdə komissiya üzvlərinə və digər seçki subyektlərinə qarşı kobudluq halları müşahidə edilmişdir. Məsələn, 63 saylı Sabirabad birinci seçki dairəsinin 13 saylı məntəqəsində deputatlığa namizədlərdən biri komissiya üzvlərini təhqir edib. Onun nümayəndəsi 3 vətəndaşın əlindən seçki bülletenlərini zorla alaraq müdafiə etdiyi namizədə vermiş, o isə bülletenləri götürərək məntəqəni tərk etmişdir.
Səsvermə otağından kənarda aparılan müşahidə
Monitorinq zamanı məntəqə seçki komissiyalarının yerləşdiyi ərazi də müşahidə edilmiş və seçkilərin nəticələrinə təsir göstərə bilən pozuntular qeydə alınmamışdır. Dövlət orqanları və ya seçki məntəqəsinin təhlükəsizliyinə cavabdeh olan hüquq-mühafizə orqanlarının əməkdaşları Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq, öz vəzifə salahiyyətlərini icra etmişlər.
Eyni zamanda, seçicilərin məntəqələrə təşkil olunmuş şəkildə gətirilməsi halları baş verməyib. Seçicilərin bizə verdiyi məlumata görə, hər kəs könüllü şəkildə səsverməyə gəlmiş, onlardan hökumət qurumları tərəfindən hər hansı namizədin xeyrinə səs vermək xahiş edilməmişdir.
Bununla belə, monitorinq zamanı bir sıra seçki məntəqələrinin yaxınlığında təşviqat aparılması halları qeydə alınmışdır. Belə ki, bəzi şəxslər səsverməyə gələn seçiciləri konkret namizədə səs verməyə çağırmışlar. Belə hallar 2 məntəqənin yaxınlığında müşahidə edilmişdir.
Səslərin sayılması
Səsvermə yerli vaxtla saat 19:00-da bitmişdir. Seçki qutuları komissiya üzvləri, müşahidəçilər, namizədlərin vəkilləri və jurnalsitlərin iştirakı ilə açılmışdır. Səslərin sayılması zamanı komissiya üzvləri, müşahdəçilər və jurnalistlərin seçki bülletenlərini tam görməsi üçün şərait yaradılmış, sayılan səslər elan edilmiş və qeyd edilmişdir. Müşahidə aparmağı təmin edən şəraitdə və məsafədə seçicilərin səslərinin hesablanması, seçicilərin səsləri hesablanarkən seçki bülleteninin qoyulduğu zərfə, doldurulmuş və ya doldurulmamış hər bir seçki bülleteninə baxmaq üçün tam şərait yaradılmışdır.
Apardığımız monitorinq zamanı müşahidəçilərimiz 90 saylı Ağdaş Seçki Dairəsi, 12 saylı Qaradağ-Binəqədi-Yasamal, 15 saylı Yasamal Birinci Seçki Dairəsində, 82 saylı Ağcabədi Seçki Dairəsi, 83 saylı Ağcabədi-Füzuli Seçki Dairəsi, 85 saylı Şamaxı Seçki Dairəsi üzrə bəzi seçki məntəqəsində pozuntular aşkarlamışlar. Bu məntəqələrdən bəzilərində səslərin sayılması zamanı prosedurların pozulması halları müşahidə olunmuşdur. 90 saylı Ağdaş Seçki Dairəsində bu tipli pozuntuların həmin dairədə seçkilərin nəticələrinəciddi təsir göstərdiyi qənaətindəyik.
Protokolların yazılması
Seçki komissiyalarının sənədləri, o cümlədən səsvermənin nəticələri və seçkilərin yekunları haqqında protokollar qanunvericiliyə uyğun olaraq, səslər sayıldıqdan sonra doldurulmuş və komissiya üzvləri tərəfindən imzalanmışdır.
Protokolların surətləri namizədlərin nümayəndələrinə təqdim edilmişdir.
“Exit-poll” və MSK tərəfindən seçkinin elan olunan rəsmi nəticələrinin müqayisəli təhlili
Milli Məclisə seçkilərdə “exit-poll” keçirmək üçün “ELS” Müstəqil Araşdırmalar Mərkəzi, “Rəy” Monitorinq Mərkəzi, “OpinionWay” Sosioloji Tədqiqatlar İnstitutu (Fransa) ilə birgə Azərbaycan Gənclərinin Hüquqlarının Müdafiəsi Mərkəzi, “AJF&Associatesİnc.” təşkilatı (Amerika Birləşmiş Ştatları) ilə birgə Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqası MSK-da qeydiyyatdan keçmiş və tam sərbəst şəkildə “exit-poll” aparmışdır.
“Exit-poll” aparan təşkilatlar 1 noyabr 2015-ci il saat 19:45-dən etibarən öz hesabatlarını açıqlamışdır. “Exit-poll”un ayrı-ayrı daiərlər üzrə rəqəmləri ekspertlərimiz tərəfindən toplanmış, ayrı-ayrı dairələr üzrə namizədlərin reytinqləri ilə bağlı aparılan monitorinqin nəticələri ilə müqayisə edilmişdir. Bir neçə dairə üzrəbu fərq 4-6 % arasında dəyişmişdir. Belə ki, bizim apardığımız monitorinq zamanı favorit namizədlərin reytinqi ilə “exit-poll” keçirən təşkilatların elan etdiyi nəticələr arasında fərq ortaya çıxmışdır. 112 dairə üzrə “exit-poll”un nəticələri ilə monitorinqin nəticələri arasında kəskin fərq olmamışdır. Əsas fərq hər bir dairə üzrə 0.3%-dən 2.8%-ə qədər olmuşdur. Bu da “exit-poll”un rəqəmlərinin reallığı əks etdirdiyini göstərir.
Mərkəzi Seçki Komissiyası tərəfindən seçkilərin baş tutması və ayrı-ayrı dairələr üzrə lider namizədlərin elan olunması da monitorinq edilmişdir. Müşahidə etdiyimiz 1361 seçki məntəqəsinin hamısında səsvermə vaxtında – səhər saat 8-də başlayıb və axşam saat 19:00-da başa çatmışdır. Həmin məntəqələrdə səsvermədə iştirak edənlərin ümumi sayı 730 mindən çox olmuşdur ki, bu da monitorinq aparılan məntəqələrdəki seçici siyahılarına daxil edilmiş seçicilərin təxminən 57 faizini təşkil edir. Xatırladırıq ki, MSK-nın məlumatına görə, ölkə üzrə ümumi seçici fəallığı 55,7 faiz olub.
Mərkəzi Seçki Komissiyasının seçkilərin nəticələri ilə bağlı araşdırmaları da tərəfimizdən monitorinq edilmişdir. Monitorinq zamanı müşahidə edilən seçki pozuntuları baş verən seçki məntəqlərində nəticələrin etibarsız sayılması və ya ləğv edilməsi MSK-nın şikayətlərə qanun çərçivəsində və obyektiv baxmasını ortaya qoymuşdur. Monitorinq zamanı 90 saylı Ağdaş Seçki Dairəsinin 9 məntəqəsində tərəfimizdən seçki pozuntuları müşahidə edilmişdir. Ona görə MSK-nın bu seçki dairəsində seçkinin ümumi nəticələri ilə bağlı verdiyi qərar təqdirəlayidir.
Bütünlükdə,MSK tərəfindən 58 seçki məntəqəsində nəticələr etibarsız sayılıb. Bu da monitorinqin nəticələri ilə kəskin fərq yaratmır.
Apardığımız müşahidələr və təhlillər, monitorinqin yekun nəticələri, ayrı-ayrı dairələr üzrə namizədlərin reytinqləri haqqında aparılan müşahidələrimizlə MSK-nın elan etdiyi rəsmi rəqəmlər arasında ciddi bir fərq alınmayıb.
Seçkilərin müşahidəsi
Seçkilərin müşahidə edilməsi üçün heç bir məhdudiyyət olmamışdır. Mövcud qaydalara görə, yerli müşahidəçilər MSK və ya dairə seçki komissiyalarında, beynəlxalq müşahidəçilər isə MSK-da akkreditə olunmaqla bütün seçki prosesini maneəsiz şəkildə izləmək hüququ əldə etmişlər. Müşahidəçilərin digər hissəsi olan beynəlxalq kütləvi informasiya vasitələri Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində müvafiq akkreditasiyadan keçmiş, daha sonra MSK-ya müraciət etmiş və onlar müvafiq vəsiqələrlə təmin edilmişlər. Yerli kütləvi informasiya vasitələriisə Seçki Məcəlləsinə uyğun olaraq, seçkiləri izləmək və müşahidə aparmaq üçün azad və sərbəst fəaliyyət göstərmişdir..
Parlament seçkilərini izləmək üçün 63 mindən çox müşahidəçi MSK-da və dairə seçki komissiyalarındaqeydiyyatdankeçmişdir. Bundan əlavə, seçkiləri izləmək üçün 40 beynəlxalq təşkilatdan 494 müşahidəçi Mərkəzi Seçki Komissiyasında qeydə alınmışdır.
Xarici müşahidəçilər Avropa Şurası Parlament Assambleyası, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, Müstəqil Dövlətlər Birliyi, Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat- GUAM, İslam Əməkdaşlıq Təşkilatı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyası, TürkPA- Türkdilli ölkələrin Parlament Assambleyası da daxil olmaqla, 40-dan çox beynəlxalq təşkilatı və 27 ölkəni təmsil ediblər.
İstər yerli, istərsə də xarici müşahidə missiyalarının fəaliyyəti tam təmin edilmişdir. Müşahidə proseslərinə heç bir müdaxilə halları qeydə alınmamışdır. Ona görə də hər iki müşahidə missiyasının təmsilçilərinin seçki ilə bağlı rəyləri müsbət olmuşdur.
Statistikaya görə, veb kameralardan səsvermə prosesinə 200 min baxış olmuşdur. Bunlardan 44%-i ölkə hüdudlarından kənardan olub. Veb kameralara ABŞ, Kanada, Türkiyə, Rusiya və Hollandiyadan daha çox baxış olmuşdur.
Beynəlxalq Müşahidəçilərin rəyləri
Seçkini müşahidə edən xarici müşahidəçilər korpusundan neqativ hallarla bağlı bəyanat və açıqlamalar müşahidə edilməmişdir. Avropa Birliyinin təmsilçilərinin, Avropa Şurasının üzvlərinin, Avropa Demokratiya və İnsan Haqları Fondunun Müşahidə Missiyasının, Rusiya Mərkəzi Seçki Komissiyasının Müşahidə Missiyası, İslam Əməkdaşlıq Təşkilatının (İƏT) müşahidə missiyasının, Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (İCAPP) müşahidə missiyasının, Rumıniya təmsilçilərinin, GUAM PA nümayəndələrinin seçkilərdə apardıqları müşahidələrlə bağlı seçkidən sonra açıqladıqları bəyanatlarında seçkinin azad və demokratik şəraitdə keçirilməsi bildirilib.
Amerika Müşahidəçilər Qrupu da (AMQ) Azərbaycanda keçirilmiş parlament seçkilərinin yekunlarına dair mətbuat konfransı keçirib və seçkinin nəticələrini azad və ədalətli, seçki prosesinin şəffaflığı ilə bağlı bəyanat yayıb.AMQ-nin sədri, ABŞ Konqresinin hərbi xidmət məsələləri üzrə keçmiş rəhbəri Solomon Ortiz qrupun 20 tanınmış keçmiş konqres üzvləri, baş icraçı direktorlar, sahibkarlar, siyasi müşavirlər və Amerikada tanınan digər yüksək səviyyəli şəxslərdən təşkil olunduğunu deyib. AMQ-na ölkə ərazisində seçki məntəqələrini seçməkdə tam azadlıq verildiyini bildirən S.Ortiz deyib ki, 125-dən artıq seçki məntəqəsi təsadüfi qaydada seçilib və müşahidə aparılıb. Seçkinin nəticələrinə təsir edə biləcək hər hansı pozuntu ilə rastlaşılmayıb.
ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosuna (DTİHB) seçkiləri müşahidə etmək üçün Xarici İşlər Nazirliyi tərəfindən 2015-ci ilin iyulunda dəvət göndərilmişdi. 12-14 avqust 2015-ci il tarixində ATƏT DTİHB-nin Ehtiyacların Qiymətləndirilməsi Missiyası (EQM) Azərbaycana səfər edib və səfərin yekunlarına dair Qiymətləndirmə hesabatı hazırlayıb. Hesabatda, EQM əsas ekspert heyətinə əlavə olaraq, seçkilərə iştirakçı dövlətlərdən 30 uzunmüddətli və 350 qısamüddətli müşahidəçinin ezam olunmasını tövsiyə edib. Bununla əlaqədar, Azərbaycan tərəfindən ATƏT DTHİB-ə ünvanlanmış məktubda ölkə əhalisinin sayı və müvafiq olaraq 125 seçki dairəsinə uyğun olaraq, 6 uzunmüddətli və 125 qısamüddətli müşahidəçinin təyin edilməsinin məqbul olduğu bildirilib və ATƏT DTHİB-nin EQM-in hesabatının yenidən nəzərdən keçirilməsi tövsiyə edilib. Lakin ATƏT DTİHB müşahidə aparmaqdan imtina edib. Hesab edirik ki, seçkini müşahidə etməyən qurumun seçkinin nəticələrini şübhə altına alan bəyanat və açıqlamaları ciddi qəbul oluna bilməz.
Yekun
Strategiya.az
Strategiya.az
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM