22 noyabr - ədliyyə işçilərinin peşə bayramı günü münasibətilə Ədliyyə Nazirliyində təntənəli mərasim keçirilib.
Əsrə bərabər zəngin və şərəfli tarixi yol keçən Azərbaycan ədliyyəsinin yaranmasından 97 il ötür. Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi strateji istiqamətlərə uyğun olaraq, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ədliyyəsi ölkədə geniş vüsət alan məhkəmə-hüquq islahatları çərçivəsində daha da müasirləşərək yeni-yeni uğurlara imza atıb.
Peşə bayramı ərəfəsində Azərbaycan Prezidenti İlham Əliyevin Bakı şəhəri Sabunçu, eləcə də Şəki Məhkəmə komplekslərinin açılışlarını etməsi ədliyyə sisteminə böyük etimadının və yüksək qayğısının təzahürü olmaqla hər bir ədliyyə və məhkəmə işçisi tərəfindən xüsusi iftixar hissi və dərin rəğbətlə qarşılanıb.
Bayram günlərində Azərbaycan Prezidentinin ədliyyə orqanları işçilərini yüksək dövlət təltiflərinə layiq bilməsi dövlətimizin ədliyyə sisteminə göstərdiyi diqqət və qayğının növbəti təzahürü olub.
Əlamətdar gün münasibətilə respublika ədliyyə nazirinin dövlətimizin başçısının rəhbərliyi ilə ədliyyə sisteminin müasirləşdirilməsi üzrə görülən məqsədyönlü işlər barədə kütləvi informasiya vasitələrində geniş məqaləsi və müsahibəsi dərc olunub. Həmçinin Azərbaycan ədliyyəsinin şanlı tarixinə və inkişaf dövrlərinə nəzər salınaraq ədliyyə işçiləri və hakimlər tərəfindən mətbuatda çoxsaylı çıxışlar edilib.
Bayramla əlaqədar, həmçinin ədliyyə orqanlarında və məhkəmələrdə silsilə tədbirlər təşkil edilib, ədliyyə veteranlarına baş çəkilib, böyük bir qrup gənc mütəxəssis ədliyyə qulluğuna qəbul olunur, idman tədbirləri, o cümlədən həvəskar ədliyyə işçilərinin velosiped yürüşü keçirilib. Nazirlikdə elektron məlumat lövhəsi quraşdırılıb.
AZƏRTAC xəbər verir ki, peşə bayramlarını iftixar hissi ilə qeyd edən ədliyyə işçiləri və hakimlər Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, dahi şəxsiyyətin məzarı önünə əklil və gül dəstələri qoyublar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi dərin ehtiramla anılıb, məzarı üzərinə gül dəstələri düzülüb.
Şəhidlər xiyabanında xalqımızın azadlığı və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman Vətən övladlarının əziz xatirəsi anılıb, “Əbədi məşəl” abidəsi önünə əklil qoyulub.
Sonra mərasim Ədliyyə Nazirliyində davam etdirilib.
Mərasimdə ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov, Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev, Ali Məhkəmənin sədri Ramiz Rzayev, milli təhlükəsizlik nazirinin vəzifəsini icra edən Mədət Quliyev, nazirliyin kollektivi, vətəndaş cəmiyyətinin və media nümayəndələri iştirak ediblər.
Əvvəlcə Azərbaycan ədliyyəsinin müasir fəaliyyətinə həsr olunmuş qısametrajlı sənədli film nümayiş etdirilib.
Əlamətdar gün münasibətilə ədliyyə işçilərini təbrik edən nazir F.Məmmədov bu bayramın ulu öndər Heydər Əliyev tərəfindən təsis edildiyini diqqətə çatdıraraq, artıq 16 ildir ki, ədliyyə işçilərinin bu bayramı böyük ruh yüksəkliyi ilə qeyd etdiklərini söyləyib.
Ulu öndər Heydər Əliyevin qanunun aliliyinə, qanunçuluğun təmin olunmasına, ədalətin bərqərar edilməsinə daim xüsusi diqqət yetirdiyini deyən nazir Ümummilli Liderin Azərbaycanda müasir məhkəmə-hüquq sisteminin müəllifi olduğunu söyləyib, bu günlərdə Türkiyədə nəşr olunan “Azərbaycanın səsi” jurnalının xüsusi buraxılışının “Hüquqi dövlət quruculuğunda Heydər Əliyev irsi” mövzusuna həsr olunmasını və nəşrdə ədliyyə orqanlarının fəaliyyətinə də geniş yer verilməsini məmnunluqla bildirib.
Qeyd olunub ki, Azərbaycan Prezidenti İlham Əliyev ulu öndər Heydər Əliyevin ideya və amallarını davam etdirərək ölkəmizi ən sürətlə inkişaf edən dövlətlər sırasına çıxarıb. Ölkə həyatının bütün sahələrində dinamik tərəqqinin və böyük uğurların şahidi oluruq. Noyabrın 1-də azad, şəffaf və ədalətli keçirilən parlament seçkiləri xalqla iqtidarın həmrəyliyini bir daha nümayiş etdirdi.
Ədliyyə və məhkəmə orqanlarının fəaliyyətinə də xüsusi diqqət yetirildiyini deyən F.Məmmədov qanunvericiliyin əsaslı surətdə yeniləndiyini, ədliyyənin, məhkəmə orqanlarının inkişafı, müasirləşdirilməsi ilə bağlı dövlətimizin başçısı tərəfindən fərman və sərəncamların imzalandığını, dövlət proqramlarının icra olunduğunu qeyd edib. Bu müddətdə bir çox ədliyyə işçisinin, hakimlərin yüksək fəxri adlara, ali xüsusi rütbələrə, orden və medallara layiq görüldüyünü vurğulayan nazir bildirib ki, bütün bunlar üzərimizə daha böyük və məsuliyyətli vəzifələr qoyur. Çalışmalıyıq ki, bu etimadı layiqincə doğruldaq.
Nazir Azərbaycan Prezidenti İlham Əliyevin Şəki Məhkəmə Kompleksinin açılışı zamanı keçirilən müşavirədə Məhkəmə-Hüquq Şurasının fəaliyyətini, məhkəmə-hüquq sahəsində aparılan islahatları yüksək qiymətləndirdiyini məmnunluqla xatırladıb, eyni zamanda, dövlətimizin başçısının qarşıya mühüm vəzifələr qoyduğunu bildirib. F.Məmmədov bu vəzifələrin - qanunun aliliyinin, ədalətin, ədliyyə və məhkəmə fəaliyyətində şəffaflığın təmin olunması, korrupsiyaya qarşı qəti və barışmaz mübarizə aparılması ilə bağlı tapşırıqların icrasına dair Məhkəmə-Hüquq Şurasının geniş iclasının keçirildiyini, dövlətimizin başçısının tapşırıqlarından irəli gələn vəzifələrin ətraflı müzakirə olunduğunu bildirib. Bu vəzifələrin icrasına nail olunması üzrə tədbirlərin davam etdiriləcəyini vurğulayan nazir fəaliyyətin Prezidentin yüksək tələbləri səviyyəsində qurulması işində kollektivə uğurlar arzulayıb.
Sonra Prezident İlham Əliyevin bir qrup ədliyyə işçisinin orden və medallarla təltif olunması barədə 2015-ci il 20 noyabr tarixli Sərəncamı oxunub, fəaliyyətdə fərqlənmiş əməkdaşlar mükafatlandırılıb, onlara xüsusi rütbələr, qiymətli hədiyyələr və s. təltiflər təqdim olunub.
Mərasimdə çıxış edən Ali Məhkəmənin sədri Ramiz Rzayev peşə bayramı münasibətilə təbriklərini çatdırıb, Azərbaycan ədliyyə orqanlarının fəaliyyətinin müasir tələblərə, beynəlxalq standartlara cavab verdiyini bildirib. “Ədliyyə sisteminin müasirləşdirilməsi” layihəsi çərçivəsində müasir məhkəmə bina və komplekslərinin istifadəyə verildiyini və hazırda bu prosesin davam etdirildiyini vurğulayan R.Rzayev dövlətimizin başçısının qarşıya qoyduğu vəzifələrin icrasında ədliyyə işçilərinə uğurlar arzulayıb.
Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Azərbaycanın hüquq ictimaiyyəti üçün əlamətdar günün - ədliyyə işçilərinin peşə bayramının ulu öndər Heydər Əliyev tərəfindən təsis edilməsini məmnunluqla xatırladaraq bu bayramın ölkəmizdə geniş qeyd edildiyini vurğulayıb. Son illərdə məhkəmə-hüquq sahəsində mühüm nailiyyətlərin əldə olunduğunu bildirən F.Abdullayev respublikamızda hüquq siyasətinin həyata keçirilməsində ədliyyə orqanlarının aparıcı rolunu xüsusi vurğulayıb.
Müstəqil Azərbaycanın Konstitusiyasının 20 illik yubileyinin ölkəmizdə geniş qeyd olunduğunu vurğulayan F.Abdullayev Əsas Qanunun hüquqi dövlət quruculuğu baxımından ədliyyə orqanlarının da üzərinə böyük vəzifə qoyduğunu qeyd edib. Bildirib ki, ədliyyə orqanları bu mühüm vəzifənin öhdəsindən layiqincə gəlib və bu iş hazırda da davam etdirilir.
Əlamətdar gün münasibətilə ədliyyə işçilərinə təbriklərini çatdıran milli təhlükəsizlik nazirinin vəzifəsini icra edən Mədət Quliyev ulu öndər Heydər Əliyevin məhkəmə-hüquq sahəsini daim diqqət mərkəzində saxladığını bildirib. M.Quliyev Prezident İlham Əliyevin də ədliyyə orqanlarına yüksək diqqət və qayğı göstərdiyini məmnunluqla qeyd edib, dövlətimizin başçısı tərəfindən bayram ərəfəsində ədliyyə işçilərinin təltif edilməsinin bunun göstəricisi olduğunu söyləyib.
Tədbirdə iştirak edən ictimaiyyət nümayəndələri çıxışlarında ədliyyə işçilərini peşə bayramları münasibətilə təbrik edib, ədliyyə orqanlarının cəmiyyətimizdə rolunu və şəffaf fəaliyyətini vurğulayıb, nazirlik tərəfindən ictimaiyyətlə əlaqələrə hər zaman xüsusi önəm verilərək vətəndaş cəmiyyəti institutları ilə səmərəli qarşılıqlı münasibətlərin həyata keçirildiyini bildiriblər.
Dövlət təltiflərinə layiq bilinmiş ədliyyə işçiləri çıxış edərək onlara göstərilən bu yüksək etimadı bundan sonra da doğruldacaqlarını söyləyib, ölkə başçısına dərin minnətdarlıqlarını ifadə ediblər.
Gənc ədliyyə işçiləri ölkəmizdə dövlət gənclər siyasətinin uğurla həyata keçirildiyini, ölkə rəhbərliyi tərəfindən Azərbaycan gəncliyinin inkişafı üçün hər cür şəraitin yaradıldığını dərin minnətdarlıq hissi ilə vurğulayıb, ədliyyə sistemində şəffaf müsabiqə yolu ilə yüksək nəzəri hazırlığa və sağlam mənəviyyata malik gənc hüquqşünasların işə qəbulunun aparıldığını qeyd edərək ədliyyə işçisi adını şərəflə daşıyacaqlarına və daim uca tutacaqlarına söz veriblər.
Tədbirdə ədliyyə işçilərinin Ulu Öndərin müəyyən etdiyi və uğurla həyata keçirilən dövlətçilik amallarına sadiq qalaraq ölkəmizin hərtərəfli tərəqqisində və demokratik-hüquqi dövlət quruculuğu işində Azərbaycan Prezidentinə layiqli yardımçı olmaq üçün əzmkarlıqla və məsuliyyətlə çalışacaqlarından əminlik ifadə olunub.
Strategiya.az
Strategiya.az
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM