Strategiya.az-ın DİN-in saytına istinadən verdiyi məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhər sakini Mirzə Mirzəyevin mənzilindən 2 ədəd qumbara, 1 ədəd nömrəsi silinmiş və lüləsi kəsilmiş “İJ-K” markalı ov tüfəngi və 7 ədəd patron aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.