AZƏRBAYCAN MODELİ

10:36 / 01.03.2014


Hansı ölkədə yaşadığının, hansı xalqın övladı olduğunun doğru təyinatından başlayır hər şey. Burada pafos, bəlağət, “səndən ötrü can verməyə cümlə hazırız” şəklidə deyimlər də normal yasamda, düşüncə sistemində ciddilik şkalasını aşmaz. Əsas odur ki, indiki halı ilə bu dövlətin dünya gəmisində mərtəbəsini və ayrılmış yerini düzgün aydınlaşdırasan. Əsas odur ki, Xocalı və ya 20 yanvar abidəsinə dinc şəraitdə baş çəkməyə gələn çoxluqla deyil, Qarabağı işğaldan azad etmək istəyən azlığın necə artıb-azaldığını müəyyənləşdirib öz xalqının potensialını biləsən.
Bunları biləndən sonra şerlə, mahnı ilə, əzbərlədiyin ideoloji mətnlərdən uzaqlaşaraq siyasət, cəmiyyət həyatına baxışın fövqünə qalxa bilirsən və hər bir addımın optimallığını daha səlis düşünə bilirsən.
Bu üzən gəmidə Azərbaycan adlanan dövlətin yerini dəqiq təyin edəndən sonra, bu iqtidarın xarici siyasət kursunun ağıllı və optimal olduğunu söyləyirsən, olursan iqtidara işləyən.
Dövlət vəsaitini mənimsəyərək vicdanla öz işini görməyənləri tənqid edirsən, olursan müxalifətçi.
Zəif və keyfiyyətsiz təhsil modelimizin içində Türkiyədən gələn məktəb alternativinin ortadan qalxmasına qarşı çıxış edirsən. Oldun Nurçu.
Modern dünyada tarixdən aldığımız mirasın yanlışlığını söyləyib, Səfəvi dünyagörüşünün İran dini fəlsəfi məktəblərinin davamı olduğunu söyləyirsən, olursan antişiə.
Suriyaya yalançı cihad çağırışları ilə yollanmanın İslamla bir əlaqəsi olmadığını dilə gətirirsən, olursan antiislam.
ABŞ-ın İrana qarşı müharibə faciəsi yaşatmaq təşəbbüsünə qarşı çıxırsan, olursan İrançı.
Osmanlı dövlətini də özbəöz Türk dövləti kimi müdafiə edirsən, Nuru Paşanı millətinin xilaskarı sayırsan, olursan Osmanlıçı.
Dini mərasimlərin insanlara cəhalət aşıladığını, pirlərin, qəbirüstü abidələrin İslamla əlaqəsi olmadığına diqqət çəkirsən, Qurandan və Peyğəmbərin sünnətindən başqa məsələlərə aludə olmamağı tövsiyə edirsən, olursan vəhhabi.
Qısa şalvarla, uzun saqqalla, mərsiyə ilə, ələm uçurmaqla tanıdılan İslamın yanlışlığına diqqət çəkirsən, olursan ateist.
Türkiyədə hər cür çevrilişin əleyhinə fikir söyləyirsən olursan AKP-çi. 
Dinçi yobazlıqdan danışırsan, olursan laik, laik yobazlıqdan danışırsan, olursan dinçi. Atatürkçü, Anti-Atatürkçü, Elçibəyçi, Anti-Elçibəyçi, hərəkatçı, cəbhəçi, konstruktiv müxalifətçi, cib müxalifəti...
Bir-birinə daban-dabana zidd olan bu yarlıqlara görə kimsəni qınamağı da düşünmürəm. Sadəcə öz daxili müstəqilliyinin gücünə inanan bir insanın hər hadisəyə, hər təzahürə öz baxışının olacağını idarə olunan insan sürüsü heç cür çözə bilmir, axtardığı, quraşdırdığı, yamadığı qəliblərin içində də istədiyi müddətdə səni saxlaya bilməyəndə əsəbləşməyə başlayır. 
Düşünürlərdən birinin sözü kimi yadımda qalmış: “Cahilin ibadəti onun fəzilətini deyil, cahilliyini daha da artırır.” Cahilin vətənpərvərliyi də elədir, iqtidarçılığı da, müxalifətçiliyi də, vəzifəsi də, səlahiyyəti də, zənginliyi də, yoxsulluğu da...
Bu məmləkətdə müstəqil düşünən insanları nə yuxarıda, nə də aşağıda sevirlər. Mən bunu vaxtilə mərhum Aydın Məmmədova münasibətdə görmüşdüm. Çünki hamı ovcunda tutduğu bardağın içinə dünyanı sadələşdirərək doldurub və o bardağın hüdudlarında səni görməyəndə qorxmağa, paxilliq etməyə, təhlükə mənbəyi kimi görməyə başlayır. Bu zaman heç bir mübahisənin yeri qalmır. “Mənə bircə Allah yetər!” deyib yoluna davam edəcəksən.
Bütün bu yarlıqlar birləşəndə,əslində hamını, hər görüşü əhatə edən bir Azərbaycan modelini tamamlayır. Bəlkə də özümüz başqasına buraxmadan öz qəlibimizi belə bir model üzərindən təyin etməliyik.
Hamını, hər görüşü əhatə edən bir Azərbaycan olanda adamlar gözlərini əllərindəki bardağa zilləməyəcəklər. Hamı özünü tapa biləcəyi bir ünvana -Azərbaycana baxacaq. Bu Azərbaycan məkanca nə qədər artıb-azalacaq, deyə bilmərəm, ancaq hər kəsin düşüncə dalğalarının yayılmasına yetərli bir genişlikdə olacaqdır.

Fazil Mustafa,

Milli Məclisin deputatı




Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM