Sərsəng su anbarı: Azərbaycana qarşı ekoloji terror və humanitar böhran
Əsrlər boyu qonşu dövlətlərin ərazilərinə göz dikən ermənilər millətçiliyi və şovinizmi, qonşu xalqlara nifrət ideologiyasını rəhbər tutaraq son iki əsrdə "ictimai-mədəni", siyasi və hətta terrorçu təşkilatlar yaratmış, bu məqsədlə erməni diasporunun və lobbisinin imkanlarını səfərbər etmişlər. Bu mənfur siyasətin məqsədi, eyni zamanda, azərbaycanlıları qədim torpaqlarından sıxışdırıb çıxarmaq, bu ərazilərdə erməni tarixçilərinin və ideoloqlarının uydurduğu "dənizdən-dənizə böyük Ermənistan" dövləti qurmaq olmuşdur.
Artıq 24 ilə yaxın bir müddətdir ki, Ermənistan Azərbaycana silahlı təcavüz etməklə Dağlıq Qarabağ və ətraf 7 rayonu, ümumilikdə torpaqlarımızın 20%-ni işğal edib. 1988-93-cü illər ərzində Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan Respublikasının 1,7 milyon hektar ərazisi işğal olunmuşdur. Bu illər ərzində Birləşmiş Millətlər Təşkilatı və beynəlxalq təşkilatlar məsələ ilə əlaqədar bir sıra qətnamələr qəbul edərək təcavüzkarı pisləyiblər və işğal altındakı ərazilərin azad olunmasını tələb ediblər. Lakin bu da bir həqiqətdir ki, qəbul olunan qətnamələrin heç biri yerinə yetirilməyib və əslində bu qətnamələrin kağız üzərində qalmasının əsas səbəblərindən biri də odur ki, bu sənədlərdə işğalçı dövlətə qarşı hər hansı bir sanksiya tətbiq edilməsi nəzərdə tutulmayıb. Problemin beynəlxalq hüquq normaları çərçivəsində ədalətli həlli bu təşkilatların imkan və iradələri daxilində olsa da, onlar bu istiqamətdə hələ də konkret nəticə əldə edə bilməyiblər.
İşğalçılıq siyasətini həyata keçirmək üçün Ermənilər ekoloji terror vasitələrinə əl atmış, bununla da nəinki insanlığa qarşı, həm də təbiyyətə qarşı amansız cinayətlərə başlamışlar. Dediklərimizə nümunə olaraq erməni işğalçılarının Sərsəng su anbarı vasitəsilə həyata keçirdikləri ekoloji fəlakət dünya miqyasında aparılan ən böyük humanitar böhranlardan biridir.
Ermənilərin hərbi təçəvüzü nəticəsində işğal etdikləri ərazilərimizdə kənd təsərrufatı ücün əhəmiyyət kəsb edən su anbarları, su depoları, çaylar, göllər və bulaqlar da onların nəzarəti altına kecib. Bunların arasında 1964-cü ildə tikilən Xacıncay su anbarı, 1965-ci ildə tikilən Qanlı Göl su anbarı, 1977-ci ildə tikilən Arpaçay su anbarı, 1962-ci ildə tikilən Ağdamkənd su anbarı və 160-dan cox su deposu da vardır ki, onlar da real təhlükə mənbəyinə çevrilmişdir.
Sərsəng su anbarı 1976-cı ildə Tərtər çayı üzərində 726 metr hündürlükdə inşa edilmişdir. Sərsəng bəndi 12 kilometr uzunluğu olan çayın üzərində tikilib. Onun ümumi sututumu 565 mln m³, bəndin hündürlüyü isə 125 m-dir. Sərsəng su anbarı respublikada bəndinin hündürlüyünə görə ən yüksək su anbarıdır. Sərsəng su anbarı hazırda işğal altında olan Ağdərə rayonunun ərazisində yerləşir. Ərazilərimiz erməni işğalçıları tərəfindən işğal olunmamışdan əvvəl Sərsəng su anbarından kanallar vasitəsilə Azərbaycanın düzənlik hissələrində yerləşən 7 rayonunun ərazilərindəki 100 min hektara yaxın torpaq sahəsini suvarma suyu ilə təmin edirdi (Tərtər, Ağdam, Bərdə, Goranboy, Yevlax və Ağcabədi və s.).
Yalnız Sərsəng su anbarının işğalı nəticəsində 100 min hektar sahədə kənd təsərrüfatı bitkilərinə suvarma suyunun verilməməsi respublikanın bu regionuna əvəz olunmaz zərər vurmuşdur. Hazırda su anbarına və onun qurğularına 20 ildən artıq müddətdir ki, texniki xidmət göstərilmədiyi üçün o qəza vəziyyətindədir. İstismar müddətini başa vuran qurğular isə su bəndinin hər an sıradan çıxma təhlükəsini yaradır. Bu isə o deməkdir ki, sözügedən anbarda suyun həcminin kəskin artması işğal olunmuş Azərbaycan əraziləri ilə qonşu rayonlarda ekoloji fəlakət qaçılmazdır. Digər tərəfdən, Sərsəngin suyunun ermənilər tərəfindən lazımsız yerlərə axıdılması cəbhəyanı rayonların iqtisadiyyatına ciddi zərər vurur. Sərsəng su anbarı işğal altında olandan bəri ermənilər illik su sərfinin 85-90 faizini qəsdən, su lazım olmayan vaxtlarda, xüsusilə qış aylarında buraxırlar. Lazım olan vaxtlarda isə illik su normasının 10-15 faizini buraxırlar ki, bu da suyun səviyyəsinin aşağı düşməsinə və suvarmanın qeyri-mümkünlüyünə səbəb olur. Belə vəziyyət əkin sahələrinin suvarılmasında problemlər yaradır, yaşıllıqlar susuzluqdan quruyaraq məhv olur, ciddi ekoloji gərginlik yaranır.
Bu səbəbdən Sərsəng su anbarının işğal olunmuş ərazilərdə qalması onun aşağı byefində yerləşən 400 min nəfər əhali üçün ciddi təhlükə yaradır. Su anbarının təbii fəlakət, texniki və əvvəcədən düşünülmüş təxribat xarakterli səbəblər üzündən dağılma ehtimalı böyükdür. İndi elə ola bilər ki, işğal altında olan Sərsəng Su Anbarı partladıla və bunun nəticəsində 7 rayon su altında qala bilər. Belə olan halda isə indiki ərazilərimizin də işğal təhlükəsi yaranar.
Hər an təxribat, texnogen və ya təbii fəlakət nəticəsində baş verə biləcək qəza ekoloji böhranla və bioloji müxtəlifliyin məhvi ilə yanaşı, Azərbaycanın işğal edilməmiş ətraf düzənlik rayonlarında məskunlaşmış mülki əhalinin kütləvi şəkildə məhv edilməsi və yenidən bölgədə humanitar böhran vəziyyətinin yaranması ehtimalı böyükdür. Odur ki, hazırda həmin əhalinin həyatı Sərsəng su anbarında yaranmış vəziyyətlə bağlı daim təhlükə altındadır, onlar bu təhlükəli vəziyyətin girovuna çevriliblər.
Sərsəng su anbarı və onun bəndində yerləşən bütün hidrotexniki qurğular Böyük Bəndlər Üzrə Beynəlxalq Konqrensin təsnifatına görə, təhlükəlilik baxımından ən yüksək – birinci kateqoriyaya aid olduğundan onun gövdəsində yerləşdirilmiş nəzarət ölçmə cihazlarının göstəriciləri daim yoxlanılmalı, qəza baş verməməsi üçün dərhal müvafiq tədbirlər görülməlidir.
İşğalçı ermənilər qışda suyu Sərsəng su anbarından buraxır və bunun nəticəsində təmas xəttinin yaşayış olan hissəsində torpaqlar su altında qalır, yollar dağılır, sel baş verir. İnsanların və kənd təsərrüfatının suya çox böyük ehtiyac duyduğu yay mövsümündə isə suyun qarşısı kəsilir. Azərbaycanın kənd təsərrüfatına ciddi ziyan vurulur, əkin sahələrinin suvarılmasında problemlər yaranır, yaşıllıqlar quruyaraq məhv olur, torpağın bioloji strukturunda dönməz proseslər baş verir, bölgədə ciddi ekoloji gərginlik yaranır.
Azərbaycan Milli Məclisinin deputatı, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının prezidenti, AŞPA üzvü Elxan Süleymanov AVCİYA-nın təşkilatçılığı ilə həyata keçirilən "Sərsəng - hümanitar faciənin qarşısının alınması" ilə bağlı geniş miqyaslı layihə həyata keçirməyə başlayıb.
Layihədə Qarabağ problemi bir nömrəli istiqamət elan edilib. Layihənin məqsədi Sərsəng su anbarının vəziyyəti, onun törədəcəyi humanitar fəlakət və ekoloji böhran vəziyyəti barədə tək Azərbaycan cəmiyyətini deyil, eyni zamanda dünya ictimaiyyətini məlumatlandırmaq, beynəlxalq təşkilatlarda müvafiq sənədlərin qəbul edilməsinə nail olmaq, mümkün humanitar fəlakətin və ekoloji böhranın qarşısının alınması istiqamətində tədbirlər paketi hazırlamaqdan ibarətdir.
Layihənin əsas məqsədi isə odur ki, beynəlxalq ictimaiyyət, nüfuzlu qurumlar işğal edilmiş Azərbaycan ərazilərində yerləşən su təchizatı və irriqasiya sistemlərinin beynəlxalq hüququn fundamental prinsipləri pozulmaqla Ermənistan tərəfindən qeyri-qanuni blokada edilməsini kəskin şəkildə pisləsinlər, Ermənistanı su anbarı və bütün əlaqəli irriqasiya sistemləri üzərindəki nəzarəti əvvəlki beynəlxalq qətnamələrə uyğun şəkildə Azərbaycan hakimiyyətinə təhvil verməyə məcbur etsinlər.
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Sədarət Komitəsinin “Azərbaycanın işğal altında olan ərazisindəki Sərsəng su anbarının təhlükəli vəziyyətinin yarada biləcəyi humanitar fəlakətə dair” qətnamə təklifi AŞPA-nın Dubrovnikidə keçirilən Büro iclasında təsdiqlənib. Qətnamə təklifi məruzəçi təyin edilmək üçün Sosial Məsələlər, Səhiyyə və Davamlı İnkişaf Komitəsinə göndərilib.
Qeyd edək ki, sənəddə işğal edilmiş Azərbaycan ərazilərində yerləşən su təchizatı və irriqasiya sistemlərinin beynəlxalq hüququn fundamental prinsipləri pozulmaqla Ermənistan tərəfindən qeyri-qanuni blokada edilməsi faktı kəskin şəkildə pislənir və Ermənistanın gücdən bu şəkildə sui-istifadə etməsi qeyri-insani davranış hesab olunur. Assambleya Ermənistan hərbi qüvvələrini su anbarı və bütün əlaqəli irriqasiya sistemləri üzərindəki qeyri-qanuni nəzarəti əvvəlki beynəlxalq qətnamələrə uyğun şəkildə Azərbaycan hakimiyyətinə təhvil verməyə çağırır. Qətnamə hər hansı hərbi təxribat planlarının qarşısını almaq və cari şərtlərdə kütləvi insan itkilərinə səbəb olacaq hər hansı qəza və ya təbii fəlakətə hazır olmaq məqsədilə beynəlxalq ictimaiyyəti dərhal tədbir görməyə səsləyir.
İşğal olunmuş ərazilərdən keçən təbii su mənbələrimiz də Ermənistan tərəfindən həddindən artıq çirklənməyə məruz qalır. Araz və Kür çaylarının qolları olan uyğun olaraq Oxçuçay və Ağstafaçayın Ermənistan tərəfindən ən ağır formada çirkləndirilməsi nəticəsində sözügedən çaylarda canlı aləmin yaşayışı üçün böyük təhlükə yaranmışdır.
Terrorist ermənilər Tərtər cay, Xaçınçay, Köndələnçay, Bazarçay, Həkəri, Bəsitçay, Qarqarçay, Çaylaqçay, Oxçuçay vasitəsi ilə Azərbaycan ərazisinə zəhərli maddələr axıdırlar. Mənbəyini Zəngəzur dağlarından götürən Oxçuçay Ermənistan ərazisindən keçdiyi ücün Qacaran, Qafan mis mədənlərinin zəhərli tullantıları təmizlənmədən bu çaya axıdılır. Oxçuçayın hövzəsi demək olarki, həddindən çox zəhərləndiyi ücün “ölü” zonaya çevrilib. Demək olar ki, ermənilər heç nəyə məhəl qoymadan bütün çaylar kimi, Kür və Araz çaylarını da zəhərləməkdə davam edirlər. Bununla ermənilər bir daha sübut edirlər ki, onlar nəinki cəmiyyətə qarşı, təbiyyətə qarşı terror aktı həyata keçirirlər.
Sərsəng su anbarından işğaldan əvvəl saniyədə 90 kubmetr su axıdılırdı ki, bununla da 7 rayon ərazisində 113 min hektar sahə suvarılırdı. Lakin, hazırkı
durumda çaylarda su tamamilə kəsilib, anbardan saniyədə cəmi 1-1,5 kubmetr su verilir. Bu sudan isə ətraf ərazilərdəki əhali məişət problemlərinin həll olunmasında istifadə edirlər. Suyun həddindən artıq kimyəvi zəhərlənməyə məruz qalması bu ərazidə yaşayan insanlarda dəri-zöhrəvi və mədə-bağırsaq xəstəliklərinin də geniş yayilmasına səbəb olur.
İşğalçı Ermənistanın təmizlənmədən birbaşa Tərtər çayına axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində çayda və Sərsəng su anbarında biogen maddələrin miqdarı normadan dəfələrlə artıq olmuş, suyun tərkibində olan spesifik çirkləndiricilərdən fenol və mis birləşmələri yol verilən qatılıq həddini isə (YVQH) bir neçə dəfə keçmişdir.
Kənd təsərrüfatının inkişaf etdirilməsi, məhsuldar torpaqların suvarılması üçün su anbarının yaradılması, bölgənin elektrik enerji təchizatınin yaxşılaşdırılması, məqsədilə Tərtər çayı üzərində 1976-1977-ci illərdə gücü 50 MVt olan eyni adlı su elektrik stansiyasının istifadəyə verilmişdi. Sərsəng su elektrik stansiyası ermənilər ücün elektrik enerjisi istehsal edir. Terrorist ermənilər atəşkəsi pozmaqla yanaşı, Sərsəng su anbarından da öz cirkin əməllərini həyata keçirmək ücün istifadə edirlər. Ermənilər hətta su vasitəsi ilə minaları axıdırlar ki, Azərbaycan ərazisində partlasın və bunun nəticəsində əhaliyə və ekologiyaya ziyan dəysin.
Separatçı Dağlıq Qarabağ rejiminin baş nazir müavini Artur Ağabekyan kütləvi informasiya vasitələrində absurd təşəbbüslə çıxış edərək bildirib ki, rejim Tərtər və Sərsəng su ehtiyatlarının Azərbaycanla birgə qorunmasını istəyir. Əgər Azərbaycan bu təkliflə razılaşmasa, onda separatçı rejim öz resurslarından istifadə edərək maraqlarını qoruyacaq.
İşğal olunmuş ərazilərdə 460 növdən çox yabanı ağac və kol bitkiləri bitir. Bunlardan 70-i endemik növ olub, dünyanın heç bir yerində təbii halda bitmir. Sərsəng su anbarının imkanlarından istifadə edə bilməmək nəticəsində bu bitkilərin bir çoxu məhv olaraq dünya florasının xəzinəsindən silinmək üzrədir.
Eyni zamanda, bu ərazilərdə “Azərbaycan Respublikasının Qırmızı Kitabı”na daxil edilmiş məməlilərin 4, quşların 8, balıqların 1, amfibiya və reptililərin 3, həşəratların 8, bitkilərin isə 27 növü də məhv olmaq təhlükəsi ilə qarşılanmışdır.
Erməni işğalçıları tərəfindən təmas xəttində yerləşən ərazilər düşünülmüş şəkildə od vurularaq yandırılır. Yanğınlar ermənilərin nəzarətində olan min hektarlarla əraziləri əhatə etməklə, eyni zamanda, digər ərazilərə də yayılaraq ətraf mühitə və canlı təbiətə çox ciddi ziyan vurur. Ümumilikdə götürdükdə Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan ordusunun əsgərləri tərəfindən qəsdən törədilmiş yanğınlar nəticəsində 96 min hektar otlaq, biçənək və yaşıllıqlar, həmçinin meşə sahələri yanaraq məhv olmuş, torpağın üst münbit qatı yararsız hala düşmüşdür.
İşğal olunmuş ərazilərdə erməni işğalçılarının canlı təbiətə və bəşəriyyətə qarşı yönəlmiş əməlləri barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Avropa Vəhşi Təbiətin və Təbii Ətraf Mühitin Mühafizəsi üzrə Bern Konvensiyasının Baş Katibinə, Biomüxtəliflik üzrə Konvensiyanın İcraçı katibinə, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının
katibliyinə, Təbiətin və Təbii Sərvətlərin Mühafizəsi üzrə Beynəlxalq Birliyin Prezidentinə rəsmi müraciətlər edilmiş, beynəlxalq təşkilatların diqqətinə bu istiqamətdə təxirəsalınmaz tədbirlərin görülməsinin zəruriliyi çatdırılmışdır.
İndi Sərsəng su anbarının hər hansı bir formada qəzaya uğraması və ya hər hansı bir təxribat nəticəsində partladılması Azərbaycan xalqının və Azərbaycan torpaqlarının önəmli bir hissəsinin böyük zərərlə üzləşəcəyi qaçılmazdır. Beynəlxalq bir komissiya qurulmalıdır ki, bu komissiya Sərsəng su anbarının mövcud vəziyyətini araşdırıb, təhqiq edib dünya ictimaiyyətinə çatdırsın. Bundan sonra bütün zəruri addımlar atılmalıdır.
Bu məsələ ilə bağlı hər bir Azərbaycan vətəndaşı ardıcıl şəkildə mübariz olmalı, dünya ictimaiyyəti tərəfindən problemlərimizin həlli istiqamətində adekvat və obyektiv reaksiyaya nail olmaq üçün əlindən gələni əsirgəməməlidir.
Fəlsəfə üzrə fəlsəfə doktoru,
dosent, Rəşad Əsgərov
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM