GƏNC NƏSLİN BAŞI ÜZƏRİNDƏ FƏRHAD MEHDİYEV TƏHLÜKƏSİ

13:27 / 26.11.2015

ERMƏNİLƏRLƏ İŞ BİRLİYİNDƏ OLAN TƏHSİL DƏLƏDUZUNA QARŞI MÜBARİZƏ İŞİNƏ BÜTÜN CƏMİYYƏT DƏSTƏK VERMƏLİDİR 
Hörmətli oxucular, etibarlı mənbələrə istinadən hazırladığımız bu yazı, düşünürük ki, bizdə olduğu kimi, sizdə də heyrət doğuracaqdır. Bəlkə də bir çoxunuz bu məqalədə hardasa bir qərəz olduğunu, yaxud, hansısa sifariş əsasında hazırlandığını zənn edəcəksiniz. Amma bu, əsla belə deyildir. İrəliləyən sətirlərdə tanış olacağınız faktlar, məqalədə ehtiva olunan acı həqiqət hansı məqsədlə yazılması barədə fikirləşməyi arxa plana keçirəcəkdir.
“Sapı özümüzdən olan baltalara” çox rast gəlmişik. Təəssüf doğurucudur ki, Azərbaycanın çörəyini yeyib, suyunu içən, ölkəmizin sərvətindən yararlanan, dövlətimizin təmin etdiyi yaşamaq, işləmək, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq kimi insan və vətəndaş hüquqlarından geninə-boluna faydalanan bəziləri nəhayətdə şəxsi mənafe, korporativ maraqlar naminə Vətənə xəyanət yolunu tutarkən, ağıllarına belə gətirmirlər ki, bu çörək onlara qənim olacaq. Belələri vicdan əzabı çəkmədən, bizim düşmənlərimizlə, halal süfrəmizin başında əyləşib sonradan bizə asi olan ermənilərlə də dostluq edirlər. Belələrini cəzasız qoymaq çox xoşagəlməz tendensiyalara yol aça bilər, ələlxüsus da yetişməkdə olan gənc nəslin vətənpərvərlik tərbiyəsinə mənfi təsir göstərər. Ermənilərlə iş birliyi quran “bizimkilərə” sərt münasibət göstərməsək, Qarabağımızı işğaldan azad etmək vəzifəmizi gənclərə necə ötürə bilərik? Bu estafeti qəbul etməli olanları necə inandıra bilərik ki, öz növbəmizdə bu müstəvidə əlimizdən gələni həqiqətən əsirgəməmişik? Satqınları, dönükləri cəzasız qousaq, elə təsəvvür yaranmazmı ki, baş verənlərə biganəyik? Onları ifşa etmək, layiqli cəzalarını almaları üçün çalışmaq bizim vətəndaşlıq, kişilik, Azərbaycançılıq borcumuzdur. Unutmamalıyıq ki, erməni şovinistləri Türkün, türk Dünyasını əzəli və əbədi düşmənidirlər və hər zaman öz məkrli planlarının qalan hissəsini də həyata keçirmək üçün fürsət gözləyirlər. Bu niyyətlərini həyata keçirmək üçün “milli” satqınlarımız onların yapışa biləcəkləri ən zəif yerimizdir, “Axill dabanımızdır”.



“ORİGİNAL ŞMOTKA” ALVERÇİSİ, SAXTA ALIM
Bu yazıda etibarlı mənbələrə istinadən haqqında söz açdığımız cinayət əməllərinin sahibi Fərhad Mehtiyev 10 ildən çoxdur ki, Rusiyanın Müasir Humanitar Akademiyasının (SQA) Azərbaycanda nümayəndəsidir http://www.muh.ru/branch/partners/  Bu sətirlərin müəllifi təhsil yazarı olduğundan, F. Mehtiyev kimi rektor statuslu bir şəxsi qiyabi də olsa tanımaması ayıb olardı. Tədris ilinin yeni başlaması, müəllimlərin peşə bayramlarının az öncə qeyd olunması kütləvi informasiya vasitələrində təhsil mövzusunu aktuallaşdırdığından, xüsusilə də ali təhsilimizin vəziyyəti barədə məqalələr əhəmiyyət kəsb etdiyindən, mövzu ətrafında informasiya axtarışına qərar verdim. Fərhad Mehtiyevin personası ətrafında dolaşan xəbərlər diqqətimi çəkdi. Onun cəmiyyət üçün həqiqətən təhlükə kəsb edən pozucu fəaliyyətindən şikayətlərə rast gəldim. Həmin materialı öyrənəndən sonra laqeyd qalmağı ziyalılığa zidd mövqe hesab etdiyimdən, bu şəxsin qol qoyduğu cinayətlərin qarşısını almaq üçün mübarizə aparan sağlam fikirli insanlara bacardığım köməyi əsirgəməməyi, onlara informasiya dəstəyi verməyi qərara aldım. 

Öyrəndim ki, özünü gah rektor, gah direktor, gah sədr, gah da professor, akademik adlandıran bu adam on il ərzində (2004-dən bu günədək) yaratdığı onlarla şirkət, qeyri-hökümət təşkilatı və mərkəzlər vasitəsi ilə kullü miqdarda çirkli pullar əldə edib. Gəln həmin şirkətlərin natamam siyahısına göz yetirək:
1. "Bakı innovasiya texnologiyaları mərkəzi” İctimai Birliyi – Azərbaycan
2. "İnnovasiya fəaliyyəti üçün mütəxəssislərin hazırlanma mərkəzi” ictimai birliyi – Azərbaycan
3. "İnnovasiya” MMC – Rusiya (Bu şirkət Müasir Humanitar Akademiya tərəfindən təsis edilsə də, onun saytında olan ünvan və telefon nömrələri məhz F. Mehtiyevə mənsubdur)
4. "İnnovasiya institutu” ictimai birliyi - Azərbaycan
5. "Avrasiya innovasiya institutu” ictimai birliyi - Azərbaycan
6. "İnnovation Technologies in Education” LLP - Britaniya adaları (offşor zona) və s.

Qəhramanımızın biznes şəbəkəsi haqqında daha ətraflı məlumatlara isə Arqument.az saytında rast gəldim: “İlk şirkətini F.Mehtiyev 2003-2004-cü illərdə "Bakı innovasiya texnologiyaları mərkəzi” adlandırır. Öz mühasibələrindən birində o, qeyd edir ki, yeni yaradılan müəssisə innovasiya fəaliyyəti üçün kadr hazırlığı ilə məşğul olacaqdır. Bunun nə olduğunu və ümumiyyətlə belə məfhumun nə məna daşıdığını indiyənə kimi heç kəs bilmir. Sadəcə, F. Mehtiyev belə ifadə işlətməklə, öz personasına maraq yaratmaq və sonralar bundan çirkin məqsədlər üçün istifadə etmək niyyətini güdürdü. 
Digər tərəfdən bu təşkilatı F. Mehtiyevin təhsil prosesinə "girişmək” üçün ilk addım hesab etmək olar. Çünki məhz bu qeyri-hökümət təşkilatı F. Mehtiyev tərəfindən "Müasir Humanitar Akademiya”nın (Rusiya Federasiyasının özəl ali məktəbi) Azərbaycanda filialını açmaq üçün tərəfdaş kimi istifadə olunur. Lakin siyahıda göstərdiyimiz "İnnovasiya” MMC-də bununla bərabər fəaliyyətə başlayır. Bu qarışıqlıqlar F. Mehtiyev və onun "tərəfaşları” tərəfindən həm gəlirləri qizlətmək, həm də maxinasiyalara ciddi don qeyindirmək məqsədi ilə edilirdi. Buna əyani sübut kimi əldə etdiyimiz bir müqaviləni göstərmək istərdik. 
Aşağıdakı linkdəki müqavilə ilə tanış olanda aydın olur ki, bir tərəfdən "İnnovasiya” MMC, digər tərəfdən isə «Innovation Technologies in Education» LLP (Böyük Britaniya adalarında qeydiyyatdan keçmiş şirkət) və onun təmsilçisi, adı heç kimə bəlli olmayan (böyük ehtimalla uydurulmuş) yunan soy adlı birisi Andreas Kakouris və digər tərəfdən Azərbaycan vətandaşı  http://innovation-az.ru/wp-content/uploads/2012/07/SQA-agreement.pdf /   Rusiyanın innovasiya” MMC-zi tərəfindən sənədə imza edən Tatarenko Viktor Titoviçin də arvadının erməni olduğu söylənilir. Fərhad Mehtiyevlə yaxın əlaqələrinə görə Viktor Titoviç “İnnovasiya” MMC-nin qurama üçüncü təsisçilərindən biri kimi özünü və hətta ünvanını belə əsirgəməmişdir. Xatırlsdaq ki, Rusiyanın “İnnovasiya” MMC-nin Azərbaycanda nümayəndəliyi var və həmin nümayəndəlik Bakı şəhəri, 28 May küçəsi – 5 ünvanında “Müasir Humanitar Akademiyanın” tələbələrinə formal da olsa belə xidmət göstərir (bir sözlə, Azərbaycan gəncləri Fərhad Mehtiyevin sayəsində illərlədir ki, dolayısı ilə olsa da belə erməni təbliğatının altındadırlar). Lakin birinci şirkətin adının heç bir məna daşımadığını görən F. Mehtiyev fəaliyyətinə təhsil donu geyindirmək üçün gürultulu adı olan, lakin həqiqətdə adi bir qeyri-hökümət təşkilatı olan "İnnovasiya İnstitutu”, sonralar isə yenədə QHT olan "Avrasiya İnnovasiya İnstitutunu” təsis edir və şübhəsiz ki, yeni status qazanmaq üçün özünə yeni saxta bir vəzifə uydurur – REKTOR”
Sayt yazır ki, Rusiya tərəfi İnnovasiya İnstitutunun və Avrasiya İnnovasiya İnstitutunun təhsilə heç bir aidiyyyatı olmamasını və bunların sadəcə qeyri-hökümət təşkilatı olmasını və hər hansı bir elmi, metodiki, maddi-texniki bazasaya maliksizliyini yaxşı bilirdi: “Yəqin ki, burada da F. Mehtiyev Polyaniçkodan miras qalmış "dostlarından” yararlanır və onların zaminliyi ilə bir sıra Rusiya ali təhsil müəssisələri ilə müqavilələr imzalayır. Bunların arasında qeyd etdiyimiz "Müasir Humanitar Akademiya”sı (Moskva, RF), "Smolnı Universiteti” (Sankt-Peterburq, RF) və s. mövcuddur”. 
Bildirilir ki, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, başda o vaxt ki, təhsil naziri Misir Mərdanov, Aparat rəhbəri İlham Pirməmmədov olmaqla 2000-2010-cu illər ərzində bu fırıldaqçı şəxsə qarşı 10 illərlə mübarizə aparsalar da, Fərhad Mehtiyev müxtəlif donlara girərək, öz qanunsuz fəaliyyətini davam etdirib. Sosial mediada yer alan sonuncu məlumatdan görünür ki, hətta 2013-cü ilin aprel ayında Təhsil Nazirliyinin məktubu əsasında Respublika Baş Prokrorluğu (Korrupsiyaya qarşı Mübarizə İdarəsi) tərəfindən F.Mehtiyevin Azərbaycandakı "Müasir Humanitar Akademiya”sında yoxlama aparılıb.
F. Mehtiyevin mahiyyətini bütün çılpaqlığı ilə əks etdirən və onun hansı əqidə daşıyıcı olması haqqında tam dolğun təsərrüat yaradan bir fakta nəzər salaq. Bu da F. Mehtiyevin uzun illərdi ki, ölkə təmsilçisi olduğu Müasir Humanitar Akademiyası (MHA) haqqındadır. Həmin akademiyanın ilham verici ideoloqu, milliyətcə erməni olan Dmitri Nersesyandır (F. Mehtiyevin "facebook”dakı az olan dostlarındandır:    https://www.facebook.com/farhad.mehtiev?fref=ts ) (Dmitri Nersesyanın https://www.facebook.com/dmitri.nersesyan?fref=tl_fr_box
O da məlum olmuşdur ki, F. Mehdiyev uşaq bağçası və orta məktəbi rus bölməsində oxuyub, ilk illər heç bir ali məktəbə daxil ola bilmədiyi üçün hərbi xidmətə göndərilmişdir. Sonra Moskva komsomol məktəbinə daxil olmuş və həmin məktəbi bitirmişdir. Bu arada Moskvada zəhmətə qatlaşaraq, restoranların birində axşamlar ofisant olaraq çalışmış, şənbə bazar günləri isə “şmotka” alveri ilə məşğul olmuşdur. 2005-ci ildən özünü professor kimi qələmə verən Fərhad Mehtiyevin bu elmi dərəcəni nə vaxt və haradan aldığı hələ də dartışılma mövzusudur. Təəccüblüdür ki, F. Mehtiyev hansı sahə üzrə elmi dərəcə aldığına dair heç bir yerdə bir kəlmə də yazmır, hansısa elmi jurnal və digər nəşrdə çap olunan bir əsərin adını çəkmir. F. Mehtiyev ABŞ-ın “York Universiteti”ndə müdafiə edərək, elmi dərəcə alması haqda hər yerdə yazsa da, o da bildirilir ki, həmin dövrdə F. Mehtiyev ağır insult keçirərək, yataq xəstəsi olub və onun fiziki nöqteyi-nəzərindən bu elmi dərəcəyə yiyələnməsi inandırıcı deyil. 
Arqument.az saytı yazır ki, “York Universiteti” deyilən həmin qurumun ABŞ-a heç bir aidiyyatı yoxdur və o, rusiyalılar tərəfindən qondarma təsis edilib və yalnız virtual olaraq mövcud olan həmin “universitet”dəki əsas simalar da məhz ermənilərdir: “O ki qaldı professor və akademik kimi vəzifə və adlara, hamıya bəllidir ki, bu gün dünyada ictimai əsaslarla və həqiqətdə isə fundamental elmə heç bir aidiyyatı olmayan çoxlu sayda akademiyalar, universitetlər peyda olub. Çirkin əməllər üçün yaradılan belə üzdəniraq "elm mərkəzləri” müəyyən maddi təzminatın müqabilində sağa-sola elmi adlar paylamaqla məşğuldurlar”.
Sadalanan faktlar göstərir ki, F. Mehtiyevin öz şəxsiyyəti ətrafında yaratdığı bütün ad, elmi fəlaiyyət və sairələr tam saxtadır. Həmin saxta titulların kökünü araşdıran Arqument.az saytı F. Mehtiyevin şəklini və ona verilən ordenin F.Mehtiyevə məxsus www.open.edu.az saytından götürülmüş təsvirini görüntüləmişdir lakin nədənsə F.Mehtiyevin sonradan öz saytını bağladığını qeyd etmişdir: “Həqiqətən də, Rusiyada belə bir orden mövcuddur və o ali dövlət mükafatı olmaqla, Rusiya dövləti qarşısında xüsusi xidməti olan adamlara verilir. Ən əsası da odur ki, bu orden digər dövlət mükafatları kimi, Rusiya prezidentinin fərmanı ilə verilir və bu haqda prezidentin saytında məlumat yerləşdirilir. Biz onu tapa bilmədik. Lakin digər məsələni aydınlaşdırmağı bacardıq. Bu orden F. Mehtiyevə mənşəyi bəlli olmayan hansısa Milli Komitə tərəfindən verilib. Bunun mahiyyətini tam başa düşmək üçün Rusiyanın tanınmış saytı olan Polit.ru saytında da olan məqaləni bu ünvanda oxuya bilərsiniz:  http://www.polit.ru/news/2008/10/09/ordena

Bu məqalədə saxta ordenlər paylayan həmin "saxta” komitənin bir keşmiş KQB generalı tərəfindən təsis olunması göstərilir. Və həmin Komitənin saxta fəaliyyəti Rusiya prokurorluq və məhkəmə oqranları tərəfindən ifşa olunub və onun rəhbəri məsuliyyətə cəlb edilib. Fikir verin, yenə də Rusiya xüsusi xidmət orqanı ilə münasibət və əməkdaşlıq. Fikirləşməyə dəyər”.
Qeyri – legitim statuslara istinadlanan F. Mehtiyev bir sıra Rusiya özəl ali təhsil müəssələri ilə müqavilə imzalayaraq, onlar üçün Azərbaycanda tələbə qəbulu təşkil edir. Bu əsasən Rusiyanın Müasir Humanitar Akademiyası ilə bağlı idi. Ancaq az öncə həmin universitetin lisenziyası ləgv edildiyindən, onlar öz tələbələrini sürətli qaydada digər bənzər "universitetlər”ə yerbəyer edilməyə başladılar. Həmin məqsədlə bir qrup işbaz tərəfindən təkcə Moskva şəhərində 10-dan artıq belə üzdəniraq "universitet”in daxil olduğu “karusel” şəbəkəsi yaradılıb. Bu cinayətkar şəbəkənin fəal üzvü olan F. Mehtiyev də həmin "universitet” və "institut”lara qəbul elan edibdir. Diqqətiçəkəndir ki, həmin bu “Moskva "universitetləri”ndə həm rus, hətta Azərbaycan dilində təhsil almaq mümkündür(!?) Bu şirkətlərin F. Mehdiyev tərəfindən Azərbaycanda təşkil olunan elanlarında vəd olunur ki, onları seçmıəklə guya paralel olaraq eyni vaxtda iki ali təhsil "ocağında” oxumaq oluyub nəticədə iki diploma yiyələnmək olar. Faciə bundadır ki, bu cazibədar elanlara inanaraq bu gün də ağına-bozuna baxmadan, öz uşaqlarına ali təhsil vermək arzusunda olanların da sayı azalmır. Şüurlarda möhkəm qərarlaşmış bu mənfi tendensiyadan F.Mehtiyev kimi möhtəkirlərin məharətlə yararlanmaması üçün onun işbaz ortaqlarının Bakıdakı “qərargahlarının adlarını, ünvanlarını göstəməyi özümüzə borc bilirik: Moskva maliyyə-sənaye universiteti "Sinergiya” - Bakı ş., Yasamal ray., Bəxtiyar Vahabzadə küç., 5 (Tel: 012 594 31 53) Ofis - Bakı ş., Cəfər Cabbarlı küç., 29)  və Moskva sosial-humanitar təhsil və servis institutu - Müasir Humanitar Akademiya - Bakı ş., 28 may küçəsi., ev 5, mənzil 51 (Tel: 012 493 10 66)Azərbaycanı Rusiyada təhsil nəzarət edən qurumdan əldə etdiyimiz məlumata görə, adları çəkilən universitetlərdən birincisinin Azərbaycanda filialı mövcud deyil, ikincisinin isə ümumiyyətlə lisenziyası yoxdur.



TƏRƏQQİPƏRVƏR GƏNCLƏR MÜSTƏQİL SURƏTDƏ FƏRHAD MEHTİYEVİN CİNAYƏT ƏMƏLLƏRİNİ TƏHQİQ EDİRLƏR 
Fərhat Mehtiyev Rusiyanın “Müasir Hümanitar Akademiyası”, “Smolni İnstitutu” və Amerikanın “York Universiteti” adı altında aldatdığı, sonra isə öz fırıldaqlarını Anadolu Universitetinə tədbiq edərək tovlamağa başladı yüzlərlə tələbənin heç də hamısı taleyin acı hökmü ilə barışmamışlar. Tərəqqipərvər gənclər özləri də Fərhad Mehtiyevin dələduz əməllərinin ifşası üçün müstəqil surətdə təhqiqatlara başlamışlar. Həmin təhqiqatlar nəticəsində ortaya çıxan, Azərbaycanın və Türkiyənin müxtəlif mətbu və elektron kütləvi informasiya vasitələrində, eləcə də gənc bloggerlərin bloqlarında dərc olunan faktlar və sübutlar Fərhad Mehtiyevin məsuliyyətə cəlb olunaraq barəsində bir neçə maddə ilə cinayət işinin açılmasına və onun uzun müddətə azadlıqdan məhrum edilməsinə tutarlı əsas kimi xidmət edə bilər. Təəssüflər olsun ki, cəmiyyətdə gənclərdən ibarət narazı elektorat yaranmasından qətiyyən narahat olmayan F. Mehtiyev Anadolu Universitetindən əlinin çıxmasından sonra sakit durmayaraq, Rusiyanın “Sinergiya İnstitutu”, “Moskva Sosial Hümanitar Universiteti” və Tükiyənin “İstanbul Universiteti” və s. adlar altında yenidən tələbələri öz tələsinə salmaq üçün çalışmışdır. Gənclər özləri “Sinergiya İnstitutu” və “İstanbul Universiteti” ilə əlaqə saxlayaraq, F. Mehtiyevin verdiyi boş vədlərin üstünü açan cavablar alıblar. Onlara bildiriblər ki: “Bizim Azərbaycanda heç bir nümayəndəliyimiz, nümayəndəmiz və tərəfdaşımız yoxdur, görünür ki, kimlərsə, bizim adımızdan özbaşına istifadə edir...”. 
Daha əvvəl Mehtiyev Fərhat tərəfindən aldadılan və onun əlindən qaçıb Türkiyəyə gedərək orada təhsillərini davam etdirən gənclər vaxtaşırı internet resurslarında çıxış edərək, Azərbaycandakı həmyaşıdlarına müraciət ünvanlamış, onları Fərhadın toruna düşməmələri üçün xəbərdar etməyə çalışmışlar. Həmin xəbərdarlıqlardan bəzi sitatların altını cızırıq:
“Əziz Tələbələr, xatırlayırsınızsa 2012-ci illərdə sizin pullarınız da Fərhat Mehtiyevin Britaniya adalarındakı “American-Turkish Education” şirkətinin Yunanıstandakı hesabına keçirilirdi (əlinizdəki qəbzlərə baxa bilərsiniz). Yəqin ki, elə bu kimi maxinasiyalarına görə işi onun əlindən aldılar. İndi Mehtiyev Fərhat həmin şirkəti bağlayıb və “düşünür” ki, izləri “itirib”, “gizlədib”. Amma sizi əmin edirik ki, yaxın vaxtlarda təkzib olunmaz, tutarlı və canlı dəlillərlə şirkətin ona məxsus olduğu və bu pulların yalnız özü və qardaşı tərəfindən idarə edilməsi, mənimsənilməsi, küllü miqdarda vergiləri vermədiyi isbat olunacaqdır. Ümumiyyətlə 2008-2013-cü illər ərzində “İnnovasiya Fərhad” ləqəbli Mehtiyev Fərhadın “Beynəlxalq miqyaslı Dələduzluq”larının şahidi olacaqsınız... 
...Buna görə sizlər də ayıq-sayıq olun, çünki Mehtiyev Fərhat, Mehtiyev Rəsul, Mehtiyev Salman qardaşları və onların “əlaltı oyunçuları”, bizlərin diqqətini bu pul qaytarmaq mövzusundan yayındırmaq üçün çox lazımsız mövzular ortaya atmağa çalışacaqlar ki, başımızı bununla qatsınlar”.
Bloggerlər Tələbə və Valideynlərdən onların “inbox”larına F. Mehtiyevlə əlaqədar bir çox materialların, o cümlədən videoların göndərildiyini qeyd edirlər. Həmin canlı sübutların birində Fərhat Mehtiyev abituriyent və valideynin diplom tanınırmı sualına belə cavab verir: 
“...Dövlət işinə gedirsinizsə, “Azərbaycandır da”, “kimsə sizi işə götürmək istəyərsə, heç bir diplom tanıtımı istəməz, yox bəhanə axtararsa ki, sizi işə götürməsin, deyər ki, get Təhsil Nazirliyindən təsdiq al. Əfsuslar olsun ki, Təhsil Nazirliyindən başqa nazirliklərdə də belə mənfi hallar var... Nəyə isə, hansısa, bayaqları dediyim kimi, maddi, indi rüşvət deyək, hədiyyə deyək – min dənə adı var. İyrənc, üzr istəyirəm, həyatımızın bir cəhətidir...”

 

 


ERMƏNİPƏRƏST FƏRHAD MEHTİYEVİN QARDAŞ TÜRKİYƏ İLƏ AZƏRBAYCAN TƏHSİL SİSTEMLƏRİ ARASINDAKI KÖRPÜLƏRİ QIRMAQ CƏHDLƏRİ
Sosial medialarda Anadolu Universitetinin Azərbaycandakı distant təhsilinin uğurları ilə yanaşı, bəzi tənqidi fikirlərə də rast gəlinir. Xatırlatmağa dəyər ki, Anadolu Universitetinin Azərbaycandakı tərəfdaş qurumu 2009-cu ildən Avrasiya İnnovasiya İnstutu adlı QHT olmuşdur. Lakin 2014-cü ildə ictimaiyyətə bəlli olmayan səbəbdən universitet bu işi onlardan almışdır. Araşdırılmışdır ki, sosial medialarda yer alan bu tənqidi yazıları həmin QHT-nin sədri Fərhat Mehtiyev təşkil edib. 
10 ildən çox bir müddətə Moskvanın Müasir Humanitar Akademiyasının Azərbaycanda təhsilini həyata keçirmək adı altında min bir oyundan çıxan F. Mehtiyev sonradan bu oyunu Türkiyə təhsilinin başına da açmağa cəhd göstərmişdir. Lakin onun bu cəhdi alınmamış, uğursuzluğa düçar olmuşdur. O, bundan sonra Azərbaycan - Türkiyə təhsil münasibətlərinə qarşı qaragüruhçuluq kampaniyası həyata keçirməyə başlamışdır və Türkiyənin müxtəlif dövlət qurumlarına böhtan xarakterli, bir çox hallarda isə saxta imzalarla minlərlə məktubların göndərilməsini təşkil etmişdir. 2008-ci ildən 26 avqust 2014-cü ilə qədər Anadolu Universitetinin Azərbaycandakı distant təhsil üzrə tərəfdaşı “Avrasiya İnnovasiya İnsitutu” İctimai birliyi (İdarə heyətinin sədri Fərhad Mehtiyev) olmuşdur. Türkiyənin dövlət orqanları universitet ilə birgə hərtərəfli araşdırmalar apardıqdan sonra Avrasiya İnnovasiya QHT-nin tələb olunan səviyyədə şəffaf bir sistem qurmaqdan yayındığını, neqativ hallara yol verdiyini nəzərə alaraq, universitetlə bu qurum arasındakı əməkdaşlığı ləğv etmişdir. Məhz bu qərardan 2 gün sonra, yəni 28 Avqust 2014-cü ildən başlayaraq qurumunda çalışan 2-3 işçisini də öz tələsinə salaraq belə bir çirkin kompaniyaya start vermişdir. Məqsədi isə aydındır: Onun qurumu ilə əməkdaşlıq ləğv edildikdən sonra, heç bir qurumun bu işi müvəffəqiyyətlə yerinə yetirməsinə imkan verməmək, uğurla təhsil alan tələbələrə zərbə vurmaq.
Böyük maxinasiya və dələduzluqla məşğul olan Fərhad Mehtiyev özünün fırıldaqlarını dəyərli insanların üstünə yıxmaq fürsətini də heç vaxt qaçırmayıb. 2010-cu ildə tanınmış türkoloq Çingiz Muxtarı da şərləmişdir. 2008-2010 – cu illərdə Anadolu layihəsində çalışmış tanınmış türkoloq Çingiz Muxtar 2 ilə yaxın müddətə bu layihənin yükünü çiynində daşımışdır. Hansı ki, 2009-cu ilin oktyabrında Fərhad Mehtiyev haqqında 0991020010254400 nömrəli Cinayət işi (təhsil sahəsində qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olma) açılanda, o hüquq mühafizə orqanları tərəfindən həbs edildikdə və buraxıldıqdan sonra uzun bir müddət qorxaraq iş yerinə gəlmirmış. Həmin vaxt layihənin bütün yükü təkbaşına Çingiz bəyin üstündə qalmışdır.Sonra Fərhad Mehtiyev özünü toparlayaraq yenidən ortada peyda olmaqa başdadı. Bu arada Fərhad Mehtiyev hiyləgərlik edərək, nüfuzlu türklərdən özünə yeni bir “arxa”-“dost”lar tapdı (hansı ki sonradan onlara da xəyanət etdiyi bildirilir). 
Fərhad Mehtiyev aralıqdan qeyb olanda Çingiz Muxtar çox çətinliklərə qatlaşmış və layihənin çökməməsi üçün çox xərclər çəkmişdir. Lakin sonda Fərhad Mehtiyev onunla hesablaşarkən onun boynuna özünün mənimsəmiş olduğu 35000 (otuz beş min) manat pulu yükləmişdir.


“YUMURTADAN YUN QIRXAN” FƏRHAD MEHTİYEVİN “PLANŞET” PLANI
Tələbələrə Fərhad Mehtiyev tərəfindən kitabları ölkəyə gətirə bilmədiyi üçün (çox pul xərcləmək istəmədiyindən) planşetlər (türkcesi: tablet) verilmişdir. Ədalət naminə deyək ki, distant təhsil alan tələbələrə planşetlərin verilməsi müsbət haldır, lakin təbii ki kitablar olduğu halda əlavə elektron tədris vasitəsi kimi və keyfiyyətli olmaq şərti ilə. Lakin ona qarşı etirazlara baxmayaraq, Fərhad Mehtiyev Çin istehsalı olan keyfiyyətsiz planşetlər almışdır və 95 dollara başa gələn planşetin qiymətini 2012-ci ilin oktyabr ayında verdiyi maliyyə hesabatlarında 120 evro göstərmişdir. Sonradan “facebook” səhifələrində saxta profillərlə bunu özünün aldığını yox, başqalarının aldığını göstərməyə cəhd etmişdir. Fərhad Mehtiyev planşetlərin alınması barədə rəsmi məktub yazaraq bir planşeti 120 Evroya aldığını bildirmişdir. Biz dəqiq sübut üçün Fərhad Mehtiyevin öz dəsti-xətti ilə yazılmış həmin məktubun hələlik 2-ci səhifəsindən tək bircə bəndini orjinaldan sizə təqdim edirik: 
“…hər tələbəyə 111 evro təşkil edir. –hər tələbəyə tablet almışam (3G, android ilə, rəngli monitor ilə 16 Co yaddaş ilə) kutusu ilə, yol masrafı, qömrük xərci 120 evro təşkil edir”. 
Gördüyünüz kimi, Fərhad Mehtiyevin planşetləri (tabletləri) özünün aldığı yuxarıda öz yazdığı yazıda sübut olunur.


FƏRHAD MEHTİYEV ÖZ ÇİRKİN NİYYƏTLƏRİNİ HƏYATA KEÇİRMƏK ÜÇÜN QOHUMLARINI DA GÜNAHA BATIRMIŞDIR

Fərhad Mehtiyevin açdığı “Təhsil və Karyera” qəzetinin bəzi nömrələrinin birinci səhifəsində : “Avrasiya İnnovasiya İnstitunu”nun qəzeti olduğu göstərilmişdir. Lakin qəzetin bütün nömrələrində Təsisçi Aygün Abdullayeva adlı bir şəxsin adı çəkilmişdir. Azərbaycandakı müxbirlərimizin dəqiq araşdırmaları nəticəsində qəzetinin Təsisçisi olan Aygün Abdullayevanın Fərhad Mehtiyevlə hansı qohumluq əlaqəsində olduğu müəyyənləşdirilmişdir. Sən demə, bu Fərhad Mehtiyevin dogma bacısısıymış (ailə qurduqdan sonra soyadı Abdullayevaya dəyişilmişdir) . Çirkin məqsədlərini həyata keçirmək, dəyərli insanlar haqqında böhtanlar yazmaq məqsədi ilə Fərhad Mehtiyev açdığı bu qəzetə öz dogma bacısını Təsisçi etmiş, sonra isə bu qəzetdə saxtakarlıqla məşğul olmuşdur. Bəlkə bu qəzetin açılmasından və ya qardaşının belə fırıldaqlarından heç bacısının xəbəri yox?. Bu haqqda hələlik dəqiq bir şey deyə bilmərik. Fakt isə odur ki, Salman və Rəsul qardaşlarını da icraçı kimi özünə şərik edən Fərhad Mehtiyev öz çirkin niyətlərini həyata keçirmək üçün hər kəsi “kullana”a bilər. F. Mehtiyevin özünüsığorta məqsədilə “ən yaxşı müdafiə - hücumdur” prinsipi ilə yazdığı və aldatdığı bəzi savadsız tələbələrə imza atdıraraq müxtəlif ali instansiyalara göndərdiyi dezinformasiya xarakterli məktubları da “American Turkish Education” şirkətinin Azərbaycan nümayəndəliyinin direktoru vəzifəsində çalışan qardaşı SALMAN MEHTİYEV təşkil etmişdir. Ümumiyyətlə, F. Mehdiyevin “Ailə ansamblı”nın siyahısında onun yaratdığı “pozucu örgütün” üzvü olan 7 nəfər Mehtiyev soyadlı şəxsin olduğu bildirilir.
Belə çıxır ki, təkcə tələbə olmaq potensialı daşıyan gənc nəsli deyil, Fərhad Mehtiyevin qohumlarını da onun məkrli niyyətlərinin qurbanı olmaq təhlükəsindən qorumaq lazımdır. 

http://bakunews.az/gundem/8062-genc-nesln-bash-uzernde-ferhad-mehtyev-tehlukes.html

 


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM