Məlum olduğu kimi, Milli Məclisinin bəzi üzvlərinin, eləcə də bir sıra vəzifəli şəxslərin nurçu olması və onların bu təriqətin Azərbaycanda fəaliyyət göstərən şəbəkəsinə bağlılığı barədə fikirlər ölkə mediasının əsas müzakirə mövzusudur.
“Nurçular siyahısı” günü-gündən genişlənir, bununla bağlı müzakirələr, araşdırmalar, ittiham edilən şəxslərin açıqlamaları intensivləşir.
Belə bir məqamda "AzNews.az" şok effekt yarada biləcək bir video əldə edib. Ötən il yutubda yayılan materialda millət vəkili, adı nurçuların siyahısında hallanan Qənirə Paşayevanın çıxışı yer alıb.
Videoda deputat Qənirə Paşayeva Türkiyədə nurçuların, daha doğrusu fətullahçıların lideri Fətullah Gülənlə bağlı qurumlar tərəfindən reallaşdırıldığı hesab edilən Beynəlxalq Dil və Mədəniyyət Şənlikləri (Uluslararası Dil ve Kültür Şöleni) çərçivəsində keçirilən Tükçə Olimpiyadaları - Musiqi Finalında (Türkçe Olimpiyatları Şarkı Finali) çıxış edir. Mərasim 2013-cü il iyunun 7-də Sinan Erdem adına İdman-Konsert Salonunda keçirilir. Deputat mərasimində çıxışı zamanı bu aksiyanı yüksək qiymətləndirir və bildirir ki, ora toplaşanları eyni duyğunu paylaşaraq, bir qardaşlıq nümunəsi göstərirlər: “Dünyanın bu sevgiyə ehtiyacı var. Bu gün qazanan gözəl türk cəmiyyətidir. Mən dünya ölkələrinə gedəndə türk məktəblərini ziyarət etdim. Həmin müəllimlərə alqış istəyirəm. Bəlkə bizim bir çoxumuzun minlərlə dollar pulla gedə bilməyəcəyimiz yerə onlar sevgisi ilə insanlıq adına gedir”. Daha sonra Q. Paşayeva adıçəkilən tədbirin təşkilatçısı kimi tanınan Fətullah Gülənə işarə edərək, ona xüsusi təşəkkür ismarıcı göndərib: “Hər bir işin bir memarı var. Mən bu işin memarına, dünyaya sevgi yayan o gözəl insana da bir alqış istəyirəm. Hamınızın yerinə ona “Allah razı olsun” deyirəm. Çünki bu gün dünyanın ehtiyacı olan şey bu salonda olan sevgidir, anlayışdır, qardaşlıq duyğusudur. Bu gənclər də dünyaya bunu yayacaq”.
Qeyd edək ki, bir neçə gün əvvəl ANS Azərbaycandakı nurçu deputatların siyahısını təqdim etmişdi. Həmin siyahıda Qənirə Paşayevanın da adı çəkilirdi. Qənirə xanım isə açıqlamasında bu iddiaları rədd etmişdi. Bildirmişdi ki, bu informasiyaları yayanlarla hüquq dilində danışacaq.
Bu video isə millət vəkili ilə bağlı yayılan xəbərlərin əsassız olmadığı qənaətini yaradır.
Həmin videonu təqdim edirik:
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM