Azərbaycanda avtomobildə gedərkən çoxlarının azyaşlı uşaqların daşınması qaydalarını bilərəkdən və ya bilməyərəkdən pozduğunun şahidi oluruq. Bu məsələdə istər sürücülər, istərsə də valideynlər az qala kütləvi səhlənkarlıq nümayiş etdirirlər. Amma çoxları anlamır ki, bununla körpələrin həyatını təhlükə altına atmış olurlar.
Məsələ ilə Daxili İşlər Nazirliyi (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev Milli.Az-a açıqlamasında deyib ki, "Yol hərəkəti haqqında" Qanunun 56-cı (Adamların daşınması) maddəsində göstərilir ki, 12 yaşadək kiçik uşaqlar yalnız xüsusi oturacaqlar olduqda avtomobilin ön oturacağında otura bilərlər. Həmin maddədə deyilir: "12 yaşından kiçik uşaqları hesaba almadan, nəqliyyat vasitəsinin texniki xarakteristikasında nəzərdə tutulduğundan artıq sayda habelə, motosikletin arxa oturacağında, minik avtomobilinin qabaq oturacağında uşağı saxlayan xüsusi qurğu olmadıqda, 12 yaşınadək uşaqları həmin nəqliyyat vasitələrində daşımaq qadağandır".
Şöbə rəisinin sözlərinə görə, körpə uşaqları avtomobildə mütləq el arasında beşik deyilən xüsusi oturacaqlarda daşımaq lazımdır: "Onlar çox zaman qəza vaxtı uşaqları qoruyurlar. Amma çox təəəssüf ki, Azərbaycanda bu cür beşiklərdən nadir hallarda istifadə olunur. Ona görə də körpə uşaqların olduğu avtomobillər qəzaya uğrayanda həmin körpələrin həyatını xilas etmək mümkün olmur. İstər sərbəst, istərsə də böyüklərin qucağında olsun, 12 yaşadək uşaqların avtomobillərin qabaq oturacğında daşınması, təhlükəlidir. Amma bu barədə nə qədər deyilsə də, xeyri yoxdur ki, yoxdur. Sürücülər, valideynlər tərəfindən yenə də eyni qayda pozuntularına yol verilir. Hadisələr olduqdan sonra isə artıq peşmançılıq fayda vermir..."
Yol-nəqliyyat məsələləri üzrə ekspert Azər Allahverənov Milli.Az-a bildirib ki, 12 yaşadək uşaqlarla bağlı sərnişindaşıma qaydalarının pozulması faktı varsa, yəni 12 yaşadək uşaqlar ön oturacaqda xüsusi oturacaqlara otuzdurulmursa, İnzibati Xətalar Məcəlləsinin 151.2-ci (Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən yol hərəkəti qaydalarının pozulması) maddəsinə əsasən, həmin sürücülər 60 manat miqdarında və 3 cərimə balı ilə cəzalanırlar. Amma buna baxmayaraq, bu qaydalar yenə də az qala kütləvi şəkildə pozulur: "Çox zaman şahidi oluruq ki, kimsə qabaqda oturub, uşağı da qucağında otuzdurub. Bu, yolverilməz haldır. Xüsusi oturacaqların bir neçə növü var. Onlar elə bir qurğudur ki, təhlükəsizlik kəməri ilə avtomobilin oturacağına bərkidilə bilir, uşaq da onun içində oturanda təhlükəsizliyi daha çox qorunur, onun fiziki xəsarət almaq ehtimalı minimuma enir".
12 yaşadək uşaqların arxa oturacaqlarda daşınması məsələsinə gəlincə, A.Allahverənov qeyd edib ki, bununla bağlı qanunvericilikdə hər hansı məhdudiyyət və ya qadağa yoxdur. Amma ekspertin fikrincə, bunun özü də normal hal deyil: "Təcrübədə belə bir qayda var ki, arxada oturan şəxs uşağı qucağında otuzdurmalıdır. Belə olan halda həmin şəxsin özü təhlükəsizlik kəmərini mütləq bağlamalıdır. Amma Azərbaycan reallığında 12 yaşınadək uşaqlar arxa oturacaqlarda çox vaxt özbaşına otururlar. Təbii ki, bunlar yolverilməzdir. Sürücülər belə məsələlərə maksimum diqqətlə yanaşmalıdırlar. Tövsiyə olunur ki, 12 yaşadək uşaqlar da xüsusi oturacaqlara yerləşdirilsin. Bununla bağlı qadağanın olmaması, məncə, normal hal deyil. Əgər 12 yaşadək uşaq avtomobildə təhlükəsizlik kəmərini bağlaya bilmirsə, onda onun daşınması xüsusi qurğular vasitəsilə həyata keçirilsə, daha məqsədəuyğun olar və uşaqların həyatı da daha effektiv şəkildə qorunar".
Strategiya.az
Strategiya.az
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM